ChatGPT-dən istifadə insanın idrak qabiliyyətlərini zəiflədir - ARAŞDIRMA

Massaçusets Texnologiya İnstitutunun alimləri tərəfindən aparılmış yeni bir araşdırma, süni intellektin insan beyninə təsiri ilə bağlı ciddi narahatlıqlar doğurub. 

Bizim.Media Valyuta.az-a istinadən xəbər verir ki, ChatGPT kimi süni intellekt əsaslı çat-botlardan istifadə edən insanların idrak fəaliyyətində “dəhşətli nəticələr” müşahidə edilib.

Təcrübə çərçivəsində 54 tələbə esse yazma tapşırıqları yerinə yetirib və onlar üç qrupa bölünüb: birinci qrup ChatGPT və digər dil modellərindən istifadə edib, ikinci qrup internet axtarış sistemlərinə müraciət edib, üçüncü qrup isə heç bir xarici vasitədən istifadə etmədən işləyib.

Təcrübə zamanı iştirakçıların beyin aktivliyi elektroensefaloqrafiya vasitəsilə izlənilib. Nəticədə məlum olub ki, mütəmadi olaraq süni intellektdən istifadə edən şəxslərdə idrak aktivliyi əhəmiyyətli dərəcədə azalıb. Onlar məlumatları yadda saxlamaqda çətinlik çəkib, fikirlərini formalaşdırmaqda problemlər yaşayıb və ümumi zehni fəaliyyət səviyyələri aşağı düşüb. Bu təsir xüsusilə dörd aylıq intensiv istifadə dövründən sonra daha da aydın şəkildə özünü göstərib.
 

Tələbələr qruplarını dəyişdikdə isə süni intellektdən imtina edərək müstəqil işləməyə keçən iştirakçılar əvvəlki idrak səviyyələrini sürətlə bərpa edə bilməyiblər. Digər tərəfdən, əvvəldən müstəqil çalışan və sonradan süni intellektdən istifadə etməyə başlayan şəxslər qısa müddətli məhsuldarlıq artımı yaşasalar da, zamanla onların da idrak qabiliyyətlərində azalma qeydə alınıb.


Mütəxəssislər bildiriblər ki, süni intellekt faydalı bir alət olsa da, onun həddindən artıq istifadəsi təhsilə və tənqidi düşüncə qabiliyyətinin inkişafına mənfi təsir göstərə bilər. Bu xüsusilə təhsil müəssisələrində daha aktualdır; çünki belə texnologiyalardan asılılıq, bilik səviyyəsinin aşağı düşməsi ilə nəticələnə bilər.

Araşdırma eyni zamanda ətraf mühitlə bağlı narahatlıqları da gündəmə gətirib. Belə ki, ChatGPT kimi sistemlərə göndərilən hər sorğu əhəmiyyətli enerji resursları tələb edir.

Məsələn, hər 10–50 sorğu üçün serverlərin soyudulması məqsədilə təxminən 50 ml su istifadə olunur. Artıq söz və ya rəsmi ifadələrin əlavə edilməsi isə emal ediləcək məlumat miqdarını artırır və enerji sərfiyyatını yüksəldir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

DİM bu gün daha bir imtahan keçirəcək

DİM bu gün daha bir imtahan keçirəcək

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

Bu gün abituriyentlər imtahan verəcəklər

Bu gün abituriyentlər imtahan verəcəklər

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

End of content

No more pages to load

RADİO