Mövsümdən əvvəl satılan qarpızlar TƏHLÜKƏ SAÇIR – Nələrə DİQQƏT edək?

Yay mövsümünün gəlməsi ilə qarpız, yemiş və digər sulu meyvələr bazarlarda geniş yer almağa başlayıb. Bu meyvələr orqanizmə faydalı olsa da, onların düzgün seçilməməsi və həddindən artıq qəbulu sağlamlıq üçün risklər yarada bilər.

Qida üzrə ekspert Fərid Səfərov Bizim.Media-ya açıqlamasında  bildirib ki, yay meyvələri – qarpız, yemiş, ərik, gavalı, alça, əncir və üzüm həm tərkibi, həm də dadı baxımından yay aylarında orqanizm üçün faydalıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda qarpızdan zəhərlənmə halları artıb – VİDEO


Onun sözlərinə görə, qarpız və yemiş əsasən iyul və avqust aylarında yetişir:

“Tərkibində su çox olduğu üçün susuzluğu aradan qaldırır, isti havalarda bədəni sərinlədir. Lakin şəkərin yüksək olması bu meyvələrin normadan artıq istifadəsini riskli edir. Diabet və piylənmə riski olan şəxslər bu xüsusda diqqətli olmalıdır” - deyə o, bildirib.

Ekspert qeyd edib ki, bəzi hallarda meyvələrin mövsümündən əvvəl bazara çıxarılması üçün kimyəvi maddələrdən istifadə olunur:

“Tərkibində kimyəvi maddələr olan məhsullar olduqca təhlükəli və risklidir. Eyniylə bu aylarda satışa çıxarılan qarpız və yemişlərdə də bu maddələrdən istifadə edilir. Bu isə xüsusilə zəhərlənmə halları ilə nəticələnə bilər”,  - deyə ekspert xəbərdarlıq edib.

Fərid Səfərov əlavə edib ki, qarpız seçərkən qabığının tünd yaşıl olması və üzərindəki zolaqların aydın görünməsi tövsiyə olunur:

“Yumşalmış, əzilmiş, solğun rəngli meyvələrdən uzaq durmaq lazımdır. Kəsilmiş qarpız soyuducuda saxlanmalı, lakin uzun müddət gözlədilməməlidir. Əgər meyvənin iyi dəyişibsə, tumları yerindən çıxıbsa və ya səthi yumşalıbsa, onun istifadəsi tövsiyə olunmur”,  - deyə o, bildirib.

Fərid Səfərov qeyd edib ki, sağlam qarpızın tərkibində özünəməxsus şirin iy, tünd qırmızı rəng və dolğun dad olmalıdır. Bu meyvələrin xarici görünüşü, qoxusu və dadı onların təbii və təhlükəsiz olub-olmadığını göstərir.


Ekspert vətəndaşlara yalnız mövsümündə yetişmiş, təbii və  meyvələrə üstünlük verməyi tövsiyə edir.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

DİM bu gün daha bir imtahan keçirəcək

DİM bu gün daha bir imtahan keçirəcək

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

Bu gün abituriyentlər imtahan verəcəklər

Bu gün abituriyentlər imtahan verəcəklər

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

End of content

No more pages to load

RADİO