Uzun illərin problemi HƏLLİNİ tapdı – Oğuzun iki ucqar kəndinin yolları YENİLƏNİR - FOTO

Oğuz rayonunda uzun illər yolsuzluqdan əziyyət çəkən kəndlərin yol infrastrukturu yenidən qurulur.

Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, artıq Mollalı və Tərkeş kəndlərində təmir-tikinti işlərinə başlanılıb.

Oğuzun ucqar kəndlərində bu sahədəki problemlər illərlə sakinlərin gündəlik həyatına çətinliklər yaratmışdı.

Xüsusilə Tərkeş kəndində yolların bərbad vəziyyətdə olması səbəbindən nəqliyyat vasitələri tez-tez sıradan çıxır, məktəblilər və xəstələr üçün gediş-gəliş çətinləşirdi. Artıq bu vəziyyət dəyişir.
 

Tərkeş kəndində yol tikintisinə start verilib. Hazırda kənd yollarında suötürücü qurğular quraşdırılır, ağır texnika vasitəsilə qum tökülərək yollar hamarlanır. Sakinlər də tikinti briqadalarına fəal şəkildə yardım edir.


Bizim.Media-ya danışan kənd sakini Ceyhun Məmmədov bildirib ki, yollar bərbad vəziyyətdə idi:

“Maşınlarımız tez-tez xarab olurdu, uşaqlar məktəbə gedə bilmirdi, xəstələrimiz üçün yol böyük problem idi. İndi isə yol çəkilir, hamı çox sevinir.”

Digər sakin İslam Rəşidov qeyd edib ki, kənd əhalisi illərdir bu məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciətlər etmişdi, nəhayət səsləri eşidilib:

“Əl əməyinə ehtiyac olan işlərdə biz də geri durmuruq, kömək edirik,” – deyə o, bildirib.
 

Mollalı kəndində də vəziyyət yaxşılığa doğru dəyişir. İki il əvvəl yolsuzluq probleminin gündəmə gətirildiyi kənddə artıq suötürücülər yenilənib, yol qum tökülərək düzəldilib. Kənd sakini Tarverdi Abdullayevin sözlərinə görə kənd Qəbələ-Oğuz yolundan cəmi 4,5 km aralıda yerləşir. Maşınlar hər gün dağılırdı. Təcili yardım belə çatmırdı. İndi körpülər salınır, yollar çəkilir, vəziyyət düzəlir. 


Qeyd edək ki, Qaraməryəm–İsmayıllı–Şəki magistral yolunu Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndləri ilə birləşdirəcək ümumi uzunluğu 17 km olan avtomobil yolunun əsaslı təmiri üçün dövlət büdcəsindən ilkin olaraq 1,5 milyon manat vəsait ayrılıb. Tikinti işlərinin 2025-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulur.




















Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

DİM bu gün daha bir imtahan keçirəcək

DİM bu gün daha bir imtahan keçirəcək

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

Bu gün abituriyentlər imtahan verəcəklər

Bu gün abituriyentlər imtahan verəcəklər

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

End of content

No more pages to load

RADİO