Əhalinin DİQQƏTİNƏ! Evlərin sığortalanması ilə bağlı MÜHÜM YENİLİK

Daşınmaz əmlakın sığortalanması məsələsi hələ də ölkəmizdə populyarlıq qazanmayıb. Məhz bu səbəbdən yanğın, subasma və digər səbəblərdən əmlakları ziyan görərkən vətəndaşlar çıxılmaz vəziyyətdə qalırlar. Halbuki, daşınmaz əmlakın sığortalanması vətəndaşı bir sıra xoşagəlməz hadisələrdən və qayğılardan xilas edir.

Təbii ki, bu məsələdə maarifləndirmənin aşağı səviyyədə olması da öz sözünü deyir.

Ölkənin regionlarında yaşayanların çoxu daşınmaz əmlakın icbari sığortası barədə məlumatlı deyil və bu növ sığortaya pul verməyi itki hesab edir. Bu mənada daşınmaz əmlakın icbari sığortası ilə bağlı əhalinin maarifləndirilməsi tədbirləri davamlı olaraq həyata keçirilməlidir.

Nəzərə alaq ki, daşınmaz əmlakın icbari sığortası elektron qayda da həyata keçirilə bilir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov bildirib ki,  daşınmaz əmlakın sığortalanması elektron qaydada aparmaq mümkündür:

“Necə ki sözügedən metod avtomobillərin sığortalanmasında tətbiq edilir. Vətəndaşlar istənilən vaxtda sayta daxil olaraq əmlaklarını icbari sığorta edə bilərlər. Üstünlük odur ki, bunu cəmi 24 saat ərzində etmək mümkündür.

Elektron qaydada icbari sığorta etdirmək qaydası

Belə ki, vətəndaş elektron qaydada məlumatları yükləyir. Sığorta yazıldıqdan sonra ödənişlə bağlı telefona bildiriş kodu gəlir. Bundan sonra vətəndaş bildiriş koduna əsasən terminallarda və yaxud bank mobil tətbiqlərində ödənişi həyata keçirir. Beləliklə də sığorta müqaviləsi icra edilmiş olur.

Bu gün yazılmış müqavilə axşam saat 24-dən etibarən qüvvəyə minmiş olur. Bu sistem əmlakın sığortalanması prosesini sadələşdirir. İnsanlar bu sistem vasitəsilə sığortalayacağı daşınmaz əmlakın qiymətini də əvvəlcədən öyrənmiş olur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

DİM bu gün daha bir imtahan keçirəcək

DİM bu gün daha bir imtahan keçirəcək

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

Bu gün abituriyentlər imtahan verəcəklər

Bu gün abituriyentlər imtahan verəcəklər

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

End of content

No more pages to load

RADİO