Leyla və Arzu Əliyevalar London Dizayn Biennalesində - FOTO

London Dizayn Biennalesi-2025 çərçivəsində Azərbaycan pavilyonunun rəsmi açılışı olub.

Azərbaycan London Biennalesində ilk dəfə təmsil edilir.

Bizim.Media xəbər verir ki, milli pavilyon çərçivəsində Heydər Əliyev Mərkəzi və IDEA İctimai Birliyinin təqdim etdiyi MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisində təbiət incəsənətin, yaddaşın və gələcəyin mənbəyi kimi təsvir olunur və insanın təbiətlə dərin bağları müasir incəsənət və ekoloji düşüncə vasitəsilə araşdırılır.
 

Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva planetimizdə iqlim dəyişikliyi nəticəsində yaranan mövcud problemlərə diqqət çəkərək təbiətlə yenidən əlaqə qurulmasının vacibliyini, qayğının, yaradıcı düşüncənin rolunu vurğulayıb.


“Təbiət bizim evimizdir. Qlobal dəyişikliklər fonunda biz yalnız məsuliyyət deyil, eyni zamanda incəsənət, gözəllik, qadın duyumu vasitəsilə təbiətin ritmlərini, səsini yenidən eşitmək imkanı əldə edirik”, - deyən Leyla Əliyeva bildirib ki, “Ana təbiət” beynəlxalq incəsənət layihəsi Bakıda Heydər Əliyev Mərkəzindəki debütü, Bəhreyn İncəsənət Mərkəzi və Romadakı MAXXI incəsənət muzeyindəki uğurlu təqdimatından sonra səyahətini davam etdirir. Londondakı sərgi bu yolun mühüm mərhələsinə çevrilib və Azərbaycan bir daha sübut edir ki, mədəniyyət, ekologiya və humanist dəyərlərin qovşağında qlobal dialoq aparmaq gücünə malikdir.

London Dizayn Biennalesi-2025-in direktoru Viktoriya Broaks çıxışı zamanı pavilyonun şeiriyyətini diqqətə çəkib və ekoloji çağırışa verdiyi bədii cavabı yüksək qiymətləndirib.

Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Britaniya parlamentinin Lordlar palatasının üzvü lord Con Alderdays mədəni mübadilənin və ekoloji dialoqun davamlı gələcək üçün əhəmiyyətini vurğulayıb.

London Dizayn Biennalesi tarixi “Somerset House” binasında iki ildən bir keçirilən beynəlxalq sərgidir. Biennale müxtəlif ölkələrdən rəssam, dizayner, memarları bir araya gətirir. London Dizayn Biennalesi bu il “Səthin əks olunması” (Surface Reflections) mövzusunu əhatə edir.

Azərbaycan pavilyonu iyunun 29-dək ziyarətçilər üçün açıq olacaq.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

DİM bu gün daha bir imtahan keçirəcək

DİM bu gün daha bir imtahan keçirəcək

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

Bu gün abituriyentlər imtahan verəcəklər

Bu gün abituriyentlər imtahan verəcəklər

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Bəzi BÜRCLƏRİ sürpriz günlər gözləyir

Qızardılmış ət sevənlər OXUSUN

Qızardılmış ət sevənlər OXUSUN

End of content

No more pages to load

RADİO