18 nömrəli tam orta məktəbdə bullinqə qarşı maarifləndirmə sessiyaları keçirilib

Bullinq şagirdlərin psixoloji sağlamlığını ciddi şəkildə pozan, onların inkişafına mənfi təsir göstərən, özlərinə inamını və sosial bacarıqlarını zədələyən hərəkətlərdir. Bu səbəbdən də bullinqin qarşısını almaq və məktəblərdə sağlam psixoloji mühit yaratmaq son dərəcə vacibdir.

Elə bu məqsədlə də cari ilin yanvar ayında Kapital Bank-ın təşəbbüsü və maliyyə dəstəyi, “Dərs Evi” tədris mərkəzinin təşkilatçılığı, eləcə də Azərbaycan Respublikasının Təhsil İnstitutunun tərəfdaşlığı ilə “Dəyişiklik səndən başlayır!” adlı sosial layihəyə start verilib. Layihə ümumtəhsil məktəblərində bullinqə qarşı mübarizə və bu mövzuda maarifləndirməni hədəfləyir.

Bizim.Media xəbər verir ki, layihə çərçivəsində Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə məktəbin şagird və müəllim heyəti, eləcə də valideynlər üçün davamlı maarifləndirici ssesiyalar keçirilib.

Təlimlər “Travli.net” mərkəzinin ekspertləri və “Dərs Evi” tədris mərkəzinin mütəxəssisləri tərəfindən icra edilib.

Daha sonra layihənin effektivliyinin ölçülməsi məqsədi ilə sorğu və qiymətləndirmə mərhələsi baş tutub.

Qeyd edək ki, “Dəyişiklik səndən başlayır!” layihəsinin ilk mərhələsində beynəlxalq “Travli.net” mərkəzinin ekspertləri tərəfindən “Dərs Evi” tədris mərkəzinin müəllimləri üçün xüsusi təlimlər təşkil olunub. Bu təlimlər sayəsində müəllimlər bullinqlə bağlı bilik və bacarıqlarını təkmilləşdirərək digər müəllim həmkarlarına, şagird və valideynlərə maarifləndirici sessiyalar keçmək bacarıqlarına yiyələniblər.

Layihənin əsas məqsədi məktəblərdə psixoloji mühiti daha da sağlamlaşdırmaq, şagirdlər arasında zorakılıq hallarının qarşısının alınması, müəllim və valideynlərin bullinqin tanınması və qarşısının alınması istiqamətində maarifləndirilməsidir.

Bu yanaşma təhsil mühitində qarşılıqlı anlayış və empatiyanın güclənməsinə xidmət edir.

Kapital Bank Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən mövzulara xüsusi önəm verir. Bullinqə qarşı bu təşəbbüs Bankın sosial rifaha, təhsilin inkişafına və gələcək nəsillər üçün sağlam mühitin formalaşmasına verdiyi töhfənin daha bir nümunəsidir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/prgtk , Birbank kartı sifarişi üçün – //kbl.az/prcrc.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya Üçüncü Dünya müharibəsinə başlamağı planlaşdırmır - Peskov

Rusiya Üçüncü Dünya müharibəsinə başlamağı planlaşdırmır - Peskov

Yol Polisi Hacıqabuldakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Yol Polisi Hacıqabuldakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Ağdaşda “Mercedes” yanıb kül oldu

Ağdaşda “Mercedes” yanıb kül oldu

ABŞ senatoru Lindsi Qrem vəfat etdi

ABŞ senatoru Lindsi Qrem vəfat etdi

Manikür ustaları işsiz qalacaq: Yeni texnoloji inqilab - VİDEO

Manikür ustaları işsiz qalacaq: Yeni texnoloji inqilab - VİDEO

Trampın Ukraynaya münasibəti ciddi şəkildə dəyişib – WSJ

Trampın Ukraynaya münasibəti ciddi şəkildə dəyişib – WSJ

Yeni Zelandiyada Baş nazir Narendra Modini maori rəqsi ilə salamladılar - VİDEO

Yeni Zelandiyada Baş nazir Narendra Modini maori rəqsi ilə salamladılar - VİDEO

Holanddan azarkeşinə doğum günü sürprizi - VİDEO

Holanddan azarkeşinə doğum günü sürprizi - VİDEO

Ağac hərəkətdə olan mopedin üstündə düşdü - ANBAAN VİDEO

Ağac hərəkətdə olan mopedin üstündə düşdü - ANBAAN VİDEO

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

End of content

No more pages to load

RADİO