Gəncliyin “SİRRİ” – Yeni trend arxasınca qaçanları gözləyən QORXUNC FƏSADLAR

Gəncliyin sirrinin bu üç hərfdə (NAD) gizləndiyini çoxu bilmirdi, artıq müasir tibb onu da üzə çıxartdı. Daha doğrusu, insanın kölgəsini də pula çevirən kapitalizm bu dəfə də işə qarışdı. Əslində vücudun özünün təbii yolla yaratdığını insan nəfsi və tənbəlliyi ucbatından gözardı edir və bu zaman süni proseslər müdaxiləyə keçir, lazım olan “gənclik eliksiri” yeni texnoloji üsullarla orqanizmə qaytarılır.

NAD+ nədir?

Bu, enerji bərpası və bədəndə düzgün hüceyrə funksiyası üçün vacib olan koenzimdir (bədəndə ifraz olunan və hər hüceyrədə olan vitamin kimi bir maddədir. Hüceyrələri sərbəst radikalların zədələnməsindən qoruyan bir antioksidandır. NAD+ beyin fəaliyyətini dəstəkləyir, xroniki yorğunluğu azaldır və yaşlanma əleyhinə təsir göstərir.

Sözü gedən maddəni özümüz də təbii yolla istehsal edə bilərik. Məsələn sağlam pəhriz, fasiləli oruc, daimi fiziki fəaliyyət NAD+ səviyyələrini artırmağa kömək edə bilər. Xüsusən də yeməkdən sonrakı ilk bir saat ən yüksək NAD+ vaxtıdır, bu zaman yüngül idman, gəzinti, rəqs və s. çox təsirli olar. Bundan başqa, hinduşka əti, banan, kakao, balqabaq toxumu və çiyələkdə, ton balığı, qızılbalıq, hinduşka əti, avokado, fıstıq, yumurta və qara düyü də də var.

Nəzarətsiz aparılan bu biznes xoşagəlməz fəsadlara yol aça bilər

Amma çox zaman insanlar bunu fərdi sağlamlığı üçün deyil, trend üçün edirlər. Millətimizin sevimli şüarı olan “qonşudan qalma dala” prinsipi burda da keçərlidir. Amma mütəxəssislər trend arxasınca qaçanlara xəbərdarlıq edirlər. Nəzarətsiz aparılan bu biznes xoşagəlməz fəsadlara yol aça bilər.

Bizim Media xəbər verir ki, “Citomed” klinikasının direktoru Elnurə Quliyeva bu barədə paylaşım edib.

“Bütün günü İnstagramda influencer, bloger və digər məhşurlara NAD+ vuraraq “Xroniki yorğunluqdan azad oldum” mesajı verənlər xəbərsiz uçuruma getdiklərini anlamırlar.

Maraqlısı da odur ki, biri də qalxıb “Bu xroniki yorğunluğun altında yatan səbəblər nədir? Bunu mənə vurdurmaq olarmı? Vurdurandan sonra məni hansı risklər gözləyir?” suallarını vermir”.

E. Quliyeva bildirir ki, trendə çevrilən NAD+ hüceyrə yenilənməsini dəstəkləyən, yaşlanma əleyhinə olan, enerji səviyyəsini artıran  preparatdır. Amma bu preparat qaraciyər, ürək, qan-damar, mədə-bağırsaq və s. kimi xəstəliklərdə möcüzəvi təsirə malik deyil və bir preparatla bütün problemlər həll olunmur.

“Uçuruma getdiklərini anlamırlar”

Mütəxəssis diqqətə çatdırır ki, NAD+ qəbul edərkən uyğun doza düzgün şəkildə tətbiq olunmalıdır. Əks halda allergik reaksiyalar ola bilər. Serum sürətli şəkildə bədənə vurularsa, orqanizmdə maye yüklənməsi, elektrolit balans pozulması ola bilər.

“Bunları nəzərə alaraq harada, kimin və hansı şəraitdə tətbiq etdiyini mütləq öyrənmək lazımdır. İnstagram səhifəsindəki bəzəkli cümlələrə, mərkəzin görüntüsünə, fəaliyyəti tənzimlənməyən kosmetoloqların vizual görüntüsünə aldanıb NAD+ vurduran insanlar sonra canları ilə əlləşirlər”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya Üçüncü Dünya müharibəsinə başlamağı planlaşdırmır - Peskov

Rusiya Üçüncü Dünya müharibəsinə başlamağı planlaşdırmır - Peskov

Yol Polisi Hacıqabuldakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Yol Polisi Hacıqabuldakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Ağdaşda “Mercedes” yanıb kül oldu

Ağdaşda “Mercedes” yanıb kül oldu

ABŞ senatoru Lindsi Qrem vəfat etdi

ABŞ senatoru Lindsi Qrem vəfat etdi

Manikür ustaları işsiz qalacaq: Yeni texnoloji inqilab - VİDEO

Manikür ustaları işsiz qalacaq: Yeni texnoloji inqilab - VİDEO

Trampın Ukraynaya münasibəti ciddi şəkildə dəyişib – WSJ

Trampın Ukraynaya münasibəti ciddi şəkildə dəyişib – WSJ

Yeni Zelandiyada Baş nazir Narendra Modini maori rəqsi ilə salamladılar - VİDEO

Yeni Zelandiyada Baş nazir Narendra Modini maori rəqsi ilə salamladılar - VİDEO

Holanddan azarkeşinə doğum günü sürprizi - VİDEO

Holanddan azarkeşinə doğum günü sürprizi - VİDEO

Ağac hərəkətdə olan mopedin üstündə düşdü - ANBAAN VİDEO

Ağac hərəkətdə olan mopedin üstündə düşdü - ANBAAN VİDEO

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

End of content

No more pages to load

RADİO