“BakuBus” nə qədər xanım sürücünü işə GÖTÜRÜB? – Rəsmi AÇIQLAMA

Xəbər verildiyi kimi "BakuBus" MMC  qadın sürücülər üçün vakansiya elan edib. Avtobus sürücüsü kimi işləmək istəyən 10 qadın qeyd edilən vakansiya üçün quruma müraciət etmişdi.

Maraqlıdır, hazırda avtobus sürücüsü kimi işləmək istəyən qadınların sayı artıb?

Məsələ ilə bağlı Bizim.Media -ya açıqlama verən "BakuBus" MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva bildirdi ki , BakuBus MMC fəaliyyətə başladığı gündən etibarən ictimai nəqliyyat sahəsində xidmət keyfiyyətinin artırılması ilə yanaşı gender bərabərliyinin təşviqi və inklüziv iş mühitinin yaradılmasını da daim diqqət mərkəzində saxlayıb.

Ə.Əliyeva qeyd edib ki, vakansiyaya  müraciət edənlərin sayında artım müşahidə olunur:

“Bildiyimiz kimi, Azərbaycanda ictimai nəqliyyatda qadınların sürücü kimi təmsil olunması çox nadir haldır. Lakin, biz BakuBus olaraq inanırıq ki, qadınların bu sahəyə cəlb edilməsi xidmət mədəniyyətinə, təhlükəsizlik səviyyəsinə və cəmiyyətin sosial inkişafına müsbət təsir göstərəcək. Müvafiq vəzifə üzrə əməkhaqqı 1460 AZN məbləğində müəyyən olunub. 15-dən çox xanım namizəd vakansiyaya müraciət edib”.

Əsmər Əliyevanın sözlərinə görə işə qəbul prosesində qadın sürücülər üçün heç bir say məhdudiyyəti qoyulmayıb:

“Mövcud qanunvericiliyin tələblərinə əsasən, namizədlərin D kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır. Artıq bir neçə qadın namizədlə ilkin mərhələ üzrə görüşlər keçirilib. AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) və BakuBus MMC-nin birgə təşəbbüsü ilə namizədlər “D” kateqoriyalı sürücülük vəsiqəsi əldə etmək məqsədilə müvafiq sürücülük kursuna yönləndiriləcək. Kursu müvəffəqiyyətlə başa vurmuş şəxslər Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən keçirilən nəzəri və praktiki imtahanlarda iştirak edərək sürücülük vəsiqəsi əldə etdikdən sonra, “BakuBus” tərəfindən təşkil olunan praktik təlimlərə cəlb ediləcək və təlimləri uğurla tamamlayan namizədlər şirkətin marşrut xətlərində fəaliyyətə başlayacaqlar”- deyə  Ə.Əliyeva bildirib

Ə.Əliyeva vakansiyanın hələ də aktiv olduğunu vurğulayıb.

Gülər Həsənli, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya Üçüncü Dünya müharibəsinə başlamağı planlaşdırmır - Peskov

Rusiya Üçüncü Dünya müharibəsinə başlamağı planlaşdırmır - Peskov

Yol Polisi Hacıqabuldakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Yol Polisi Hacıqabuldakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Ağdaşda “Mercedes” yanıb kül oldu

Ağdaşda “Mercedes” yanıb kül oldu

ABŞ senatoru Lindsi Qrem vəfat etdi

ABŞ senatoru Lindsi Qrem vəfat etdi

Manikür ustaları işsiz qalacaq: Yeni texnoloji inqilab - VİDEO

Manikür ustaları işsiz qalacaq: Yeni texnoloji inqilab - VİDEO

Trampın Ukraynaya münasibəti ciddi şəkildə dəyişib – WSJ

Trampın Ukraynaya münasibəti ciddi şəkildə dəyişib – WSJ

Yeni Zelandiyada Baş nazir Narendra Modini maori rəqsi ilə salamladılar - VİDEO

Yeni Zelandiyada Baş nazir Narendra Modini maori rəqsi ilə salamladılar - VİDEO

Holanddan azarkeşinə doğum günü sürprizi - VİDEO

Holanddan azarkeşinə doğum günü sürprizi - VİDEO

Ağac hərəkətdə olan mopedin üstündə düşdü - ANBAAN VİDEO

Ağac hərəkətdə olan mopedin üstündə düşdü - ANBAAN VİDEO

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

End of content

No more pages to load

RADİO