Rusiyanın paytaxtı Moskvada Vnukovo hava limanında polis yoxlama aparır.
xa0
Moderator.az-ın Trend-ə istinadən məlumatına görə, buna aeroport ərazisində bomba qoyulması barədə anonim zəng səbəb olub.
Qeyd olunur ki, hazırda hava limanının bütün ərazisində xüsusi itlərin vasitəsilə axtarış davam etdirilir.
xa0
Bununla belə, aeroport rəhbərliyi təxliyənin planlaşdırılmadığını, hava limanının adi rejimdə işini davam etdirdiyini bildirib.
Eyni zamanda, Domodedovo və Şeremetyevo hava limanlarına analoji anonim zənglərin daxil olduğu deyilir.
Hər üç aeroportda axtarışlar davam etdirilir.