Qusarda Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri keçirildi - FOTO

Qusar rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Zəfər tariximizin başlanğıcı – 15 İyun Milli Qurtuluş Günü” mövzusunda ümumrayon tədbiri keçirilib.

Qusar rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, tədbirdə Qusar Rayon İcra Hakimiyyəti başçısının I müavini Şahid Fərəməzov, RİH başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kollektiv üzvləri iştirak ediblər.
 

Tədbir öncəsi ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib. Ardınca “Milli Qurtuluşdan Zəfərə doğru” adlı şagirdlərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib. Qusar Rayon Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Qusar Rayon İcra Hakimiyyəti başçısının I müavini Şahid Fərəməzov tədbiri giriş nitqi ilə açıb. Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədr müavini Neva Abdurahmanova, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş Vəfadar Babaverdiyev, Qusar şəhər 4 saylı tam orta məktəbin tarix müəllimi Bahaddin Osmanov çıxış ediblər.
 

Sonda Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş etdirilib.

Həmçinin Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar rayon Mədəniyyət Mərkəzinin kənd klub müəssisələrinin təşkilatçılığı ilə rayonun bir sıra kəndlərində də 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı tədbirlər keçirilmiş, bayram konsertləri təşkil edilib. Kənd klub kollektivləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyalar, musiqi və rəqs nömrələri, vətənpərvərlik ruhunda ifalar, şagirdlərin ifasında səsləndirilən şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.


















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Haluk Levent saxlanıldı

Haluk Levent saxlanıldı

Yunanıstan XİN başçısı: Türkiyə ilə dialoqdan imtina etmək "fəlakətli" siyasətdir

Yunanıstan XİN başçısı: Türkiyə ilə dialoqdan imtina etmək "fəlakətli" siyasətdir

Zelenski Baş nazir postuna namizədlərlə görüşlər keçirdi - FOTO

Zelenski Baş nazir postuna namizədlərlə görüşlər keçirdi - FOTO

Putinin sentyabra qədər "imkan pəncərəsi" qalıb – Sonra stavkalar kəskin artacaq

Putinin sentyabra qədər "imkan pəncərəsi" qalıb – Sonra stavkalar kəskin artacaq

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər

5 komissiya, 55 il davam edən araşdırma... – Kirovun qətlinin AÇILMAYAN SİRRİ

5 komissiya, 55 il davam edən araşdırma... – Kirovun qətlinin AÇILMAYAN SİRRİ

Türkiyə hökuməti sosial şəbəkələrdə 4,3 min səhifəni blokladı

Türkiyə hökuməti sosial şəbəkələrdə 4,3 min səhifəni blokladı

ABŞ-da körpü Trampın adını daşıyacaq

ABŞ-da körpü Trampın adını daşıyacaq

Xaçmazda 64 yaşlı kişi hündürlükdən yıxılaraq VƏFAT ETDİ

Xaçmazda 64 yaşlı kişi hündürlükdən yıxılaraq VƏFAT ETDİ

"İsrail ən böyük dostunu itirdi"

"İsrail ən böyük dostunu itirdi"

Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI

Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI

Netanyahu Lindsi Qremin dəfn mərasimində iştirak etmək üçün ABŞ-a gedə bilər

Netanyahu Lindsi Qremin dəfn mərasimində iştirak etmək üçün ABŞ-a gedə bilər

Cənubi Koreya KXDR-dən kömək istədi

Cənubi Koreya KXDR-dən kömək istədi

Yayda ətir: "Ağır" qoxulardan necə qaçmalı?

Yayda ətir: "Ağır" qoxulardan necə qaçmalı?

İşğal altındakı Krımda şok qiymət: Bir litr benzin 450 rubla satılır - FOTO

İşğal altındakı Krımda şok qiymət: Bir litr benzin 450 rubla satılır - FOTO

İspaniyada festivalda 13 nəfər yaralandı - FOTO-VİDEO

İspaniyada festivalda 13 nəfər yaralandı - FOTO-VİDEO

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Oman İrana NOTA VERDİ

Oman İrana NOTA VERDİ

SEPAH ABŞ raketini "ən yeni" hava hücumundan müdafiə sistemi ilə vurub? - İDDİA

SEPAH ABŞ raketini "ən yeni" hava hücumundan müdafiə sistemi ilə vurub? - İDDİA

Zibil poliqonundakı yanğın üç gündür davam edir - VİDEO

Zibil poliqonundakı yanğın üç gündür davam edir - VİDEO

ABŞ-İran dialoqunun pozulmasında günahkar kimdir?

ABŞ-İran dialoqunun pozulmasında günahkar kimdir?

İranın üç raketi İordaniya ərazisinə düşdü

İranın üç raketi İordaniya ərazisinə düşdü

Tovuzda fərdi ev yandı - XƏSARƏT ALAN VAR

Tovuzda fərdi ev yandı - XƏSARƏT ALAN VAR

İşdən çıxarılan baş nazir Ukraynanın ABŞ-dakı səfiri olacaq?

İşdən çıxarılan baş nazir Ukraynanın ABŞ-dakı səfiri olacaq?

End of content

No more pages to load

RADİO