Boşanma təbliğatı PİK HƏDDƏ – Ailələrin dağılmasını da şənlik kimi qeyd edirlər...

Bu gün bir sıra sosial şəbəkələr və televerilişlər açıq-aydın boşanmanı təbliğ edir. Hər yerdə boşanmaq bir qurtuluş kimi təşviq edilir. Bəzi hallarda qadınlar boşanmaları münasibətilə şənlik təşkil edib, bunu bayram da edirlər.

Ən pisi də odur ki, bu təbliğatın izləyici sayı günbəgün artır. Bu da məsələni kommersiyalaşdırır. Yəni bu gün efirdə kimlərinsə boşanması geniş müzakirə edilirsə, bu həm də yeni-yeni sponsorların ortaya çıxması deməkdir.

Nə etməli?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan sosioloq Üzeyir Şəfiyev deyir ki, Azərbaycanda boşanma bumu yaşanır:

“Ölkəmizdə heç vaxt olmadığı qədər boşanma statistikası var. 2024-cü ildə 49 min 508 nikah, 21 min 384 boşanma qeydə alınıb. Bu rəsmi statistikadır. Əgər buraya boşanmanı realllaşdırmamış  birlikdə ikən ayrılanları, yəni münaqişəli cütlüküləri də əlavə etsək, vəziyyət daha düşündürücü olur. Boşanmalarda iki yeni tendensiya özün göstərir. Birinci tendensiya bizdə çox nadir hal olan “boz boşanma”, yəni 50 yaşdan yuxarı cütlüklər arasında boşanmaların artmasıdır (7-8 min), ikinci tendensiya uşaqlı ailələrdə boşanmanın üstünlük təşkil etməsidir. Əlbəttə, boşanmanın səbəbləri çox spesifik, fərqlidir”.

Bu prosesi tətikləyən faktorlar var.

Müsahibimiz qeyd edib ki, Azərbaycan cəmiyyətində düşüncə transformasiyası baş verir:

“Bu da səbəbsiz deyil. Qərb mərkəzli güclərin klassik ailə institutunu hədəf almaq, qadın hüquqları adı ilə qadın kişi qarşıdurması yaratmaq, aqressiv feminist dalğanı Azərbaycana yansıtmaq cəhdləri var. Problemin həlli üçün ilk növbədə mətbuat, sosial media, sosial şəbəkə platformaları sağlam olmalı, ailə dəyərləri bu platformalarda deqradasiyaya uğramalıdır.

Əfsuslar olsun ki, günümüzdə “ailə dəyərləri” sözügedən platformalarda zərbə altına düşür.

Əgər boşanmış məşhur imzalar bu platformalar vasitəsilə boşanmanı təbliğ edirlərsə, sosial şəbəkələrdə boşanma partiləri keçirilirsə və onlara “sağ əlin mənim başıma, mən də edəcəm” komenti yazılırsa, əgər bir əməkdar artist mətbuatda boşandıqdan sonra “gözəlləşmişəm” deyirsə, bir məşhur müğənni yoldaşınının xəyanətini xəyanətlə cavablandırdığını efirlər vasitəsilə tamaşaçıya yansıdırsa, bu ailə dəyərlərinin sosial şəbəkə və televiziyalar vasitəsilə ayaqlar altına atılması deyilmi?!”

Ailə münasibəti kommersiyalaşıb

Psixoloq Gülnar Orucova deyir ki, boşanmaların sayının çoxalmasının iki səbəbi var:

“Birinci səbəb odur ki, ikili münasibətlər kommersiyalaşıb. Bu gün həm oğlan, həm də qız qarşı tərəfə “pul kisəsi” kimi baxır. Sonrakı mərhələdə bu ümidlər boşa çıxanda artıq ailədaxili münaqişə başlayır.

İkinci səbəbsə odur ki, ailəyə kənar müdaxilələr çoxalıb. Əgər əvvəllər ailəyə müdaxilə daha çox qayınana tərəfindən olurdusa, indi mənzərə dəyişib. İxtiyari şəxs başqasının ailəsi haqqında söz sahibi kimi danışır. Fikir verin, televerilişlərdə dəvət olunan istənilən şəxs cütlüyə “ağıl verir”. Bəzi hallarda isə odun üstünə körüklə gedirlər. Sanki insanlar başqalarının əzabından, problemindən ləzzət alır. Bir sıra insanlar çalışırlar ki, ətrafdakı insanlar daha bədbəxt və zavallı olsun. Sanki bu həmin adama əhatəsində seçilmək imkanı verəcək”.

Pul insan xoşbəxtliyinin bir ünsürüdür...

Müsahibimiz qeyd edir ki, bəziləri elə düşünür ki, çoxlu pulu olanda xoşbəxt olacaq:

“Əsla! Pul insanı xoşbəxt etmir. Ən yaxşı haldı hansısa istəyini reallaşdırmaqda vasitəçi olur. Xoşbəxtlik qarşılıqlı hörmətdir, sədaqətdir, hüzndür. Bax bu amillər olan ailə xoşbəxt ailədir. Və ailənin sirlərini ictimailəşdirmək əxlaqsızlıqdır. Bu qalanı içəridən dağıtmaqdır. Heç kimə ixtiyar verilmir ki, milyonların qarşısında oturub kiməsə “ailə dəyərləri”ndən dərs desin”.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Haluk Levent saxlanıldı

Haluk Levent saxlanıldı

Yunanıstan XİN başçısı: Türkiyə ilə dialoqdan imtina etmək "fəlakətli" siyasətdir

Yunanıstan XİN başçısı: Türkiyə ilə dialoqdan imtina etmək "fəlakətli" siyasətdir

Zelenski Baş nazir postuna namizədlərlə görüşlər keçirdi - FOTO

Zelenski Baş nazir postuna namizədlərlə görüşlər keçirdi - FOTO

Putinin sentyabra qədər "imkan pəncərəsi" qalıb – Sonra stavkalar kəskin artacaq

Putinin sentyabra qədər "imkan pəncərəsi" qalıb – Sonra stavkalar kəskin artacaq

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər

5 komissiya, 55 il davam edən araşdırma... – Kirovun qətlinin AÇILMAYAN SİRRİ

5 komissiya, 55 il davam edən araşdırma... – Kirovun qətlinin AÇILMAYAN SİRRİ

Türkiyə hökuməti sosial şəbəkələrdə 4,3 min səhifəni blokladı

Türkiyə hökuməti sosial şəbəkələrdə 4,3 min səhifəni blokladı

ABŞ-da körpü Trampın adını daşıyacaq

ABŞ-da körpü Trampın adını daşıyacaq

Xaçmazda 64 yaşlı kişi hündürlükdən yıxılaraq VƏFAT ETDİ

Xaçmazda 64 yaşlı kişi hündürlükdən yıxılaraq VƏFAT ETDİ

"İsrail ən böyük dostunu itirdi"

"İsrail ən böyük dostunu itirdi"

Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI

Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI

Netanyahu Lindsi Qremin dəfn mərasimində iştirak etmək üçün ABŞ-a gedə bilər

Netanyahu Lindsi Qremin dəfn mərasimində iştirak etmək üçün ABŞ-a gedə bilər

Cənubi Koreya KXDR-dən kömək istədi

Cənubi Koreya KXDR-dən kömək istədi

Yayda ətir: "Ağır" qoxulardan necə qaçmalı?

Yayda ətir: "Ağır" qoxulardan necə qaçmalı?

İşğal altındakı Krımda şok qiymət: Bir litr benzin 450 rubla satılır - FOTO

İşğal altındakı Krımda şok qiymət: Bir litr benzin 450 rubla satılır - FOTO

İspaniyada festivalda 13 nəfər yaralandı - FOTO-VİDEO

İspaniyada festivalda 13 nəfər yaralandı - FOTO-VİDEO

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Oman İrana NOTA VERDİ

Oman İrana NOTA VERDİ

SEPAH ABŞ raketini "ən yeni" hava hücumundan müdafiə sistemi ilə vurub? - İDDİA

SEPAH ABŞ raketini "ən yeni" hava hücumundan müdafiə sistemi ilə vurub? - İDDİA

Zibil poliqonundakı yanğın üç gündür davam edir - VİDEO

Zibil poliqonundakı yanğın üç gündür davam edir - VİDEO

ABŞ-İran dialoqunun pozulmasında günahkar kimdir?

ABŞ-İran dialoqunun pozulmasında günahkar kimdir?

İranın üç raketi İordaniya ərazisinə düşdü

İranın üç raketi İordaniya ərazisinə düşdü

Tovuzda fərdi ev yandı - XƏSARƏT ALAN VAR

Tovuzda fərdi ev yandı - XƏSARƏT ALAN VAR

İşdən çıxarılan baş nazir Ukraynanın ABŞ-dakı səfiri olacaq?

İşdən çıxarılan baş nazir Ukraynanın ABŞ-dakı səfiri olacaq?

End of content

No more pages to load

RADİO