İşıq və qazda sabit tarifin tətbiqinin məqsədi AÇIQLANDI

“Sabit tarif xərc əsaslı metodologiyanın tarif elementlərindən biridir. Bu dünya təcrübəsində geniş tətbiq olunan yanaşmadır. Sabit tarif elementinin tətbiqində əsas məqsəd əlavə tarif elementi yaratmaqla maliyyə yükünü artırmaq deyil. Bu özü-özlüyündə metodoloji yanaşmalara zidd olar”.

Bizim.Media xəbər verir ki, bunu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” Qanunda dəyışiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Direktor müavini vurğulayıb ki, təchizat subyektlərinə tariflər vasitəsilə daxilolmalar həmin təchizat xidməti ilə bağlı yol verilən tarif xərcləri səviyyəsində məhdudlaşdırılıb.
 

“Hər hansı əlavə tarif elementlərinin tətbiqi hər hansı formada qadağan deyil və tarif xərclərini artıra bilməz. Sabit tarifin tətbiqində əsas məqsəd tarif elementlərinin təchizat xərclərinin sabit və dəyişkən xərclər baxımından strukturlaşdırılması, o cümlədən xərclərin istehlak tariflərinə ədalətli şəkildə ötürülməsinin təmin olunmasıdır.


Fərz edək ki, 2 abonentimiz var, birinin 1, digərinin 2 mənzili var, hər ikisinin istehlak səviyyəsi eynidir. Bu məsələyə istehlak tarifi istiqamətindən baxdıqda 1 və 2 mənzili olan abonent eyni ödənişləri edir. Dəyuişiklikdəm sonra 3 mənzilin infrastuktur xərcləri 2 abonent arasında bölüşdürüləcək. Bu mövzuda bölgünün daha ədalətli şəkildə təmin olunmasını sabit tarif elementinin tətbiqində görürük. Sahə üzrə xərclər hətta istehlak olmasa belə, həmin abonentin xərclərinə aid ediləcək”, - deyə o qeyd edib.

Energetika nazirinin müavini Samir Vəliyev də öz növbəsində qanunvericiliyə yeni daxil edilən sabit tarif anlayışına belə izah verib:

“Deyək ki, vətəndaş elektrik enerjisinə ayda 5 manat pul ödəyir. Buraya həm bilavasitə elektrik enerjisinin istehsalına, həm də onun paylanılması, ötürülməsinə və sair çəkilən xərclər daxildir. Yeniliyə əsasən, elektrik enerjisinə görə ödənilən vəsait iki hissədən ibarət olacaq. Məsələn, hər hansı 10 binanın 8-də yaşayış var, amma 2-də yaşayış yoxdur. Amma transformator məntəqəsi onsuz da qurulmalıdır. Onun xərci tarifin içərisində olmalıdır. Amma yenilik ondan ibarətdir ki, onun xərci ayrılsın. Həmin iki mənzildə yaşamayanlar da ayda həmin sabit tarifi ödəyəcəklər. Əslində, bu, həmin binada yaşayanların yükünü azaldacaq. Bu istiqamətdə yük paylaşılacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: “İnternet insanları psixi cəhətdən xəstə edir” – VİDEO

Tramp: “İnternet insanları psixi cəhətdən xəstə edir” – VİDEO

Paşinyandan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı AÇIQLAMA

Paşinyandan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı AÇIQLAMA

Soyuducuda qatıq mayalamaq olar?

Soyuducuda qatıq mayalamaq olar?

Leyla Əliyevanın İsmayıllı səfərindən maraqlı FOTOLAR

Leyla Əliyevanın İsmayıllı səfərindən maraqlı FOTOLAR

Növbəti 48 saatda səsini yüksəlt: 3 bürc üçün fürsət qapısı açıldı

Növbəti 48 saatda səsini yüksəlt: 3 bürc üçün fürsət qapısı açıldı

Abituriyentlərin NƏZƏRİNƏ: Buraxılış imtahanlarının sual sayı AZALDILDI - RƏSMİ

Abituriyentlərin NƏZƏRİNƏ: Buraxılış imtahanlarının sual sayı AZALDILDI - RƏSMİ

Göygöldə 62 yaşlı qadın dəm qazından boğuldu

Göygöldə 62 yaşlı qadın dəm qazından boğuldu

Bu şəxslər üçün dövlət rüsumu 550 manat OLACAQ

Bu şəxslər üçün dövlət rüsumu 550 manat OLACAQ

Milli Məclis İlham Əliyevi TƏBRİK ETDİ

Milli Məclis İlham Əliyevi TƏBRİK ETDİ

Buraxılış imtahanları ilə bağlı ŞAD XƏBƏR

Buraxılış imtahanları ilə bağlı ŞAD XƏBƏR

“Sabah” Simiçlə bağlı qərarını VERDİ

“Sabah” Simiçlə bağlı qərarını VERDİ

Magistraturaya qəbulda YENİLİK – İmtahanda bu bacarıq da YOXLANACAQ

Magistraturaya qəbulda YENİLİK – İmtahanda bu bacarıq da YOXLANACAQ

Bu şəxslər üçün lizinq mexanizmləri sadələşdirilə bilər – TƏKLİF

Bu şəxslər üçün lizinq mexanizmləri sadələşdirilə bilər – TƏKLİF

Prezident: “Azərbaycan və Çexiya energetika sektorunda çox etibarlı tərəfdaşlardır”

Prezident: “Azərbaycan və Çexiya energetika sektorunda çox etibarlı tərəfdaşlardır”

Sabahın havası: Bakıda külək güclənəcək

Sabahın havası: Bakıda külək güclənəcək

Xankəndidə sərnişinlər ictimai nəqliyyatda NFC və QR ödəniş sistemindən istifadə edəcək – FOTO

Xankəndidə sərnişinlər ictimai nəqliyyatda NFC və QR ödəniş sistemindən istifadə edəcək – FOTO

Dam örtüyü çökən Lənkəran Dairəvi qalada bərpa işlərinə başlanılıb

Dam örtüyü çökən Lənkəran Dairəvi qalada bərpa işlərinə başlanılıb

İlham Əliyev: “Çexiya ilə çox fəal siyasi dialoqumuz var”

İlham Əliyev: “Çexiya ilə çox fəal siyasi dialoqumuz var”

İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

Gülay artıq Kamilin soyadından İSTİFADƏ ETMİR - VİDEO

Gülay artıq Kamilin soyadından İSTİFADƏ ETMİR - VİDEO

Şabranda selin dağıtdığı 11 körpü bərpa edilir – FOTO/VİDEO

Şabranda selin dağıtdığı 11 körpü bərpa edilir – FOTO/VİDEO

Ağcabədidə iki nəfəri qətlə yetirən şəxs TUTULDU

Ağcabədidə iki nəfəri qətlə yetirən şəxs TUTULDU

"Real Madrid" Mbappeni "itirdi"

"Real Madrid" Mbappeni "itirdi"

Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI

Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI

End of content

No more pages to load

RADİO