Xalqının qənimət övladı..

Cəsarətli ziyalıdır. Sovet ideoloğiyası dövründə adamların zehninə aşılanmış xalq qəhrəmanları haqqında sərt çıxışlar etməkdən çəkinmir. Bəzi sərkərdələr, dini ayinlər barəsində çoxluğun qəbul edə bilmədiyi yazılarla gündəmə gəlir, məzəmmətlə üzləşir. Nə dərəcədə haqlı-haqsız olduğunu deyə bilmərəm. Çünki haqqın oxşarı yer üzündə olsa da, əsl haqq Allahın yanındadır. Çox insanlar onu bu dünyada axtararkən min bir əzabla üzləşib, gedəndə də, haqq vay, deyib gediblər…
Deputat kimi də fəaliyyəti qənaətbəxşdir. Sözün düzünü deməkdən, insanların ağrı-acısını dilə gətirməkdən çəkinmir...

Həmkarlarının böyük əksəriyyətindən fərqlənir- mətbuata açıqdır, jurnalistlərdən qaçmır...
O, 1965-ci ildə dünyaya gəlib. 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Ermənilərin Dağlıq Qarabağ iddiasına qarşı xalq hərəkatında fəal iştirak edib, müxtəlif dövrlərdə AXC sədrinin müşaviri, sədrin müavini olub.

1992-1993-cü illərdə Prezident Aparatı dövlət-hüquq şöbəsinin müdiri vəzifəsində işləyib. 1995-1998-ci illərdə Türkiyədə Əbülfəz Elçibəyin özəl təmsilçisi olub. 2001-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçib.

2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Parlamentin İnsan Hüquqları Komitəsinin üzvüdür.

Fəlsəfə elmləri namizədidir. 12 kitabın müəllifidir. Ailəlidir, 2 övladı var...

...Ölkə mətbuatını gündəlik izləyən insanlar da yəqin ki, buna şahidlik edər. Hər gün ən azı bir yazısı ilə mətbuatda görünür. Əlbəttə ki, buna geniş dünya görüşü, dərin savad, zəngin bilik, güclü mütaliyə lazımdır. Bütün bunlar onu sözün əsl mənasında maarifpərvərə çevirib. Bildiklərini insanlara çatdırmaq təşnəsi onu rahat buraxmır. Bu keyfiyyət yalnız alimlərdə olur…

Söhbət Fazil Musatafadan gedir. O Fazil Mustafadan ki, əqidəsini yox, cəhalətə qarşı mübarizə üsulunu dəyişib. Belə insanlar bir xalqın qənimət övladlarıdır…
Bəli, o, cəmiyyətimiz üçün çox qiymətli ziyalıdır…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Niyə payızda daha çox kökəlirik?

Niyə payızda daha çox kökəlirik?

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

End of content

No more pages to load

RADİO