Rusiyada miqrantlarla bağlı növbəti TƏLƏB – Soydaşlarımıza da təsir göstərəcək...

Rusiya miqrantlara qarşı qanunları sərtləşdirməkdə davam edir. İndi də Rusiyada əmək miqrantlarını ölkə ərazisinə daxil olarkən depozit qoymağa məcbur etmək təklif olunur. Rusiya Dövlət Dumasının "Yeni İnsanlar" fraksiyasının deputatları bu təklifin yer aldığı məktubu daxili işlər naziri Vladimir Kolokoltsevə göndəriblər.

Təklifə əsasən, əmək miqrantları Rusiya ərazisində qanunvericiliyi pozduqları təqdirdə, öncədən qoyduqları depozit onların deportasiya xərclərini qarşılamaq üçün istifadə olunacaq.

Görəsən, bu fonda Rusiyadakı soydaşlarımızı nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirir ki, bu təklif müəyyən mənada Azərbaycandan olan miqrantlara da mənfi təsir göstərəcək:

“Şəxs hətta 90 gün müddətinə gedərək Rusiyada qalmaq istəsə belə, bu bəhanələrin hamısı ona da şamil olunacaq. Bu da öz növbəsində Rusiyaya gedib qısa müddətdə qalmaq istəyən insanlarımızın qərarına mənfi təsir götərə bilər.

Amma uzun müddətə gedənlər təbii ki, bu qərarı gözlərinin qarşısına alıb, Rusiyaya səfəri planlaşdırılmış şəkildə edəcəklər. Düzdür, bu onlara maddi cəhətdən müəyyən problemlər yaradacaq. Lakin insan getməkdə qərarlıdırsa, bu məqamı da gözünün önünə gətirəcək. İstənilən halda bu miqrantlar üçün elə də xoş hesab olunan hal deyil. O səbəbdən ola bilər Rusiyaya getmək istəyən bəzi soydaşlarımızın qərarlarına mənfi təsir göstərsin”.

Deputat vurğulayır ki, verilən bu təkliflə Rusiya öz vəsaitlərinə qənaət etməyi düşünür:

“Son zamanlar Rusiyada miqrantlarla bağlı çoxsaylı təkliflər verilir. Ölkədə miqrasiya prosesi idarəolunmaz səviyyədə gedirdi. 10-15 il bundan əvvəl Rusiyada 2-4 milyon qanunsuz miqrant yaşayırdı. Rusiya hökuməti hazırda çalışır ki, miqrasiya prosesini qanuni şəkildə təşəkkül tapan bir femomenə çevirsin və bu ölkə iqtisadiyyatına maksimum fayda versin. Ötən ilin son rəqəmlərinə görə, 2024-cü ildə qanunsuz miqrantların sayı 1 milyondan da qat-qat azdır. Bu da tətbiq edilən qadağa və qanunların müsbət təsir etməsinin nəticəsidir.

Dövlətin aydiyyatı strukturları genişmiqyaslı tədbirlər həyata keçirən zaman miqrantların böyük hissəsinin maliyyə imkanlarının Rusiyadan öz vəsaitləri hesabına çıxmalarına imkan vermədiyini üzə çıxardılar. Ona görə də deportasiya hadisəsi dövlət hesabına baş verirdi.

Nəticə etibarı ilə 2024-ci ildə bu iş üçün 21 milyon manatlıq vəsait xərclənib. Deportasiya olunanlar da əsasən Mərkəzi Asiya ölkələrindən gələnlərdir. Amma Azərbaycandan olanlar da var. Azərbaycandan olan miqrantlar ikinci beşliyə daxil idilər. İndi təklif olunan depozit məsələsi də bilavasitə bununla bağlıdır. Rusiyada sözügedən addım şəxsin qanunsuz miqrant olduğu aşkarlandıqda, onun məhz qoyduğu depozit hesabına deportasiyasının həyata keçiriləcəyini nəzərdə tutur”.

Müsahibimizin fikrincə, bu addım məsuliyyət aləti kimi də dəyərləndirilə bilər:

“Çünki şəxs depozitə müəyyən məbləğdə vəsait qoyduqda miqrant çalışacaq ki, maksimum qaydalara uyğun davransın və haçansa ölkə ərazisini qanuni yolla tərk etməli olanda həmin vəsaiti tam şəkildə əldə etsin. Depozitlə bağlı irəli sürülən təklifin məqsədlərindən biri də Rusiyanın maliyyə yükünü azaltmaqdır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı səsvermə DAYANDIRILDI

İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı səsvermə DAYANDIRILDI

Tramp Hörmüzün blokadaya alındığını elan etdi – Neft sürətlə BAHALAŞDI

Tramp Hörmüzün blokadaya alındığını elan etdi – Neft sürətlə BAHALAŞDI

Sosial şəbəkələrdə satılan arıqlama məhsulları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Sosial şəbəkələrdə satılan arıqlama məhsulları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Tramp ABŞ-İran danışıqlarının niyə dayandığını AÇIQLADI

Tramp ABŞ-İran danışıqlarının niyə dayandığını AÇIQLADI

Azərbaycanda doğum səviyyəsi niyə aşağı düşür? - ARAŞDIRMA

Azərbaycanda doğum səviyyəsi niyə aşağı düşür? - ARAŞDIRMA

ABŞ-nin Hörmüz boğazı ilə bağlı bəyanatına İrandan cavab: “İmkan verməyəcəyik”

ABŞ-nin Hörmüz boğazı ilə bağlı bəyanatına İrandan cavab: “İmkan verməyəcəyik”

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ

Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc İTKİN DÜŞDÜ

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc İTKİN DÜŞDÜ

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndidəki Zəfər parkında -FOTO

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndidəki Zəfər parkında -FOTO

Qubada keçmiş məhkum “Makarov”la tutuldu – FOTO

Qubada keçmiş məhkum “Makarov”la tutuldu – FOTO

Azərbaycanda “TikTok” istifadəçilərinin SAYI AÇIQLANDI

Azərbaycanda “TikTok” istifadəçilərinin SAYI AÇIQLANDI

Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü Qusarda anıldı – FOTO

Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü Qusarda anıldı – FOTO

Qlobal gündəmin Şuşa gündəliyi – Prezidentin çıxışından TARİXİ MESAJLAR

Qlobal gündəmin Şuşa gündəliyi – Prezidentin çıxışından TARİXİ MESAJLAR

End of content

No more pages to load

RADİO