Arif Alışanovun qardaşı oğlunun məhkəməsində: 200 min dollardan 40 mini qaytarılıb

Valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Yadigar İsrafilov dindirilib.

O bildirib ki, Nizamini ortaq dostları vasitəsilə tanıyıb:

"Pul qazanmaq niyyətimiz vardı. Birinci dəfə 8 min dollar verdim, müəyyən qədər faizlə pulu qaytardı. İşlərimiz əvvəl çox yaxşı gedirdi. Mütəmadi olaraq pul verirdim, qaytarırdı. 2023-cü ildən sonra problemlər yarandı. 200 min dollar vermişəm. Həmin pulu iki dəfəyə verdim. Yanında digər zərərçəkən Zeynal Usubov olub. Demişdi ki, qazancın 50 faizi mənimdir. Pulları investisiya saytında işlədib qazanc qaytaracaqdı. Hər ay 2500 dollar pul verirdi. Ümumilikdə, 200 min dollardan 40 min dolları qaytarıb".

Zərərçəkən deyib ki, hazırda pulunu tələb edir və şikayətçidir:

"Zeynal Usubovla dost olmuşam. Ortaq biznesimiz olub. Onun işlətdiyi obyektlərdə işləmişəm. Zeynalın vasitəsilə avtosalonlarla işbirliyi etmişik. Əvvəllər mən Dubayda fəaliyyət göstərirdim. Orada da maşın işi ilə məşğul olmuşam. Hazırda orada yaşayıram".

Prosesdə Nizami Alışan epizod üzrə ifadə verib. O bildirib ki, bu iş xarici valyuta bazarı ilə bağlı olub:

"İstənilən qədər pul qoya bilirsən, həmin pul qalxa-enə bilir. 2012-ci ildən Azərbaycanda investisiya ilə bağlı sayt fəaliyyətə başladı. Mən də bu işi bilirdim, sosial mediada maliyyə bazarları ilə bağlı blogerlik edirdim. Analitik yazılar, xarici birjalarla bağlı paylaşımlar etmişəm. 10 mindən artıq izləyicim var. Zərərçəkən Babəklə xaricdə bir yerdə oxumuşuq. Babəklə sosial-iqtisadi məsələləri müzakirə edirdik. Məndən aldığı məsləhətlərlə Türkiyədə xeyli pul qazandı.
 

Qızıl və türk lirəsi ilə bağlı proqnozlarımız özünü doğrultmuşdu. Babək özü mənə dedi ki, gəl sənə pul verim, birjada oyna. Hətta deyirdi ki, öz pulundur. Deyirdi ki, özünə nə yatırım edirsənsə, mənə də onu elə. İlkin olaraq Babək 100 min dollar verdi. Həmin vaxt mənim birjalarda yarım milyon pulum vardı.


İlkin olaraq 7-8 min dollar qaytardım. Sonradan işlərimiz yaxşı getdi, 30-35 min dollar da verdim. Sonra Babək 400 min dollar pul göndərmək, Zeynal adlı dostunu da qoşmaq istədiyini dedi. Mən istəmirdim, amma dostum idi. Zeynal da 400 min dollar pul yatırdı. Bununla da onlardan 900 min dollar yatırım oldu. Hər ay ona 100 min dollar verirdim. Lakin Babək deyirdi ki, azdır. Babək artıq üstümə gəlirdi.

Artıq risklər etdim, nə qədər itkilər verdim. Bu işin riskli olduğunu həmişə demişəm. O, 900 min dollarını istədi, mən isə ona dedim ki, o pulu çoxdan qaytarmışam. 2020-2023-cü il ərzində 2-3 milyon dollar pul qaytarmışam. Lakin o əl çəkmədi, pulunu tələb etdi. Hətta 900 min dolları və üstündə 3-4 aylıq faizi də istədi. Sonra haqqımda şikayət etdi və mən tutuldum".

Proses iyunun 23-də davam edəcək.

Qeyd edək ki, cinayət işi üzrə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov zərərçəkən kimi tanınıblar.

İttihama görə, təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

Zərərçəkənlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir. Nizami Alışan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir.

O, ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkəni, AzTV-nin keçmiş sədri Arif Alışanovun isə qardaşı oğludur.

Təqsirləndirilən şəxsin mərhum atası polkovnik Akif Alışanov Sumqayıt Mühafizə İdarəsinin rəisi, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xalq artistinin qızı ilə rəqsi hər kəsi KÖVRƏLTDİ - VİDEO

Xalq artistinin qızı ilə rəqsi hər kəsi KÖVRƏLTDİ - VİDEO

İranlı hakerlər on minlərlə ABŞ hərbçisinin məlumatlarını ələ keçirdi

İranlı hakerlər on minlərlə ABŞ hərbçisinin məlumatlarını ələ keçirdi

İsrail səfiri Ukrayna XİN-ə çağırıldı - Rusiya taxılına görə...

İsrail səfiri Ukrayna XİN-ə çağırıldı - Rusiya taxılına görə...

Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - FOTO

Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - FOTO

Bu gün görkəmli oftalmoloq alim ZƏRİFƏ ƏLİYEVANIN doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim ZƏRİFƏ ƏLİYEVANIN doğum günüdür

Külək nə vaxt dayanacaq... - AÇIQLAMA

Külək nə vaxt dayanacaq... - AÇIQLAMA

“Sabah” “Karvan-Yevlax”ı məğlub etdi

“Sabah” “Karvan-Yevlax”ı məğlub etdi

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Millimiz Qazaxıstana qalib gəldi

Millimiz Qazaxıstana qalib gəldi

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

Soyuducunun üstünə əşya qoyanlara xəbərdarlıq

Soyuducunun üstünə əşya qoyanlara xəbərdarlıq

Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə- VİDEO

Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə- VİDEO

NATO hər il keçirilən sammitlərdən imtina edə bilər - ABŞ-a görə...

NATO hər il keçirilən sammitlərdən imtina edə bilər - ABŞ-a görə...

İranın üçmərhələli təklifi ilə bağlı Ağ Evdən AÇIQLAMA

İranın üçmərhələli təklifi ilə bağlı Ağ Evdən AÇIQLAMA

Xəzərdə üzən gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Xəzərdə üzən gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Putin: "Rusiya İranın suverenliyini dəstəkləməyə davam edəcək"

Putin: "Rusiya İranın suverenliyini dəstəkləməyə davam edəcək"

Space TV-də daha iki verilişin yayımı dayandırılıb

Space TV-də daha iki verilişin yayımı dayandırılıb

İraqda sementdaşıyan maşın onlarla insanın ölümünə səbəb oldu - VİDEO

İraqda sementdaşıyan maşın onlarla insanın ölümünə səbəb oldu - VİDEO

“Dedi 2 günə gələcək, gəlmədi” - 10 gündür suları yoxdur -VİDEO

“Dedi 2 günə gələcək, gəlmədi” - 10 gündür suları yoxdur -VİDEO

End of content

No more pages to load

RADİO