“Sözü bilmirik necə yazaq” - Azərbaycan dilini kim bu günə qoyub?

Son illərə nəzər saldıqda Azərbaycan orfoqrafiyasındakı edilən dəyişikliklər bir çox insanları, əsasən də jurnalist və dövlət qurumlarını çaş-baş salıb. Bu haqda normal lüğət kitabları və informasiya mənbəyi olmadığı üçün orfoqrafiyada edilən dəyişiklər özü ilə bir çox problemlər gətirir. 

Dilimizdə elə sözlər var ki, əvvəlcə yazılışı başqa cür təklif olunsa da, daha sonra sözlər yenidən köhnə yazılış formasına qaytarılıb.

Məsələn əsgər-əskər, əsginaz-əskinaz sözləri çaşqınlığın əsas səbəblərindən biridir. Bu sözlərdə bir zamanlar g hərfinin k hərfi ilə əvəz olunması təklif olunurdu. Xatırladım ki, hətta bu dəyişikliklər  bir müddət yazılarda da tətbiq olunmağa başladı. Üzərindən bir müddət keçdikdən sonra isə Orfoqrafiya Komissiyası bir araya yığışaraq, bu dəyişiklikləri doğru bilmədikləri üçün bu işə qol qoymadılar. Ancaq günümüzün bu gününə qədər bu sözləri k hərfi ilə yazanlar hələ də var. Onu da qeyd edim ki, hətta g, k məsələsi insanlar arasında mübahisə predmetinə də çevrilib.
 

Gələk başqa bir məsələyə. Qanunvericiliyə əsasən, orfoqrafiya lüğətləri 5 ildən bir təkmilləşdirilib nəşr edilməlidir. Olsun, biz buna qarşı deyilk. Lakin nəzərə alsaq ki, “təkmilləşmə” bizim xeyrimizə işdəmədiyi üçün, bu problemə baxış bucağını dəyişir.


Çünki bu dəyişikliklər insanlar arasında yetərincə təbliğ olunmur, onların üzləşdikləri çətinliklər nəzərə alınmır. Əgər bu məsələlərə ciddi riayət olunsa idi yəqin ki, bir qurum “maliyə”, digəri isə “maliyyə” yazmazdı. Elə götürək yaxın xarici ölkələri. Bu regionlarda dövlət orfoqrafiyasına dəyişiklik olunan kimi ilk növbədə orfoqrafik lüğət tərtib olunaraq, insanlara paylanılır ki, onlar öz ana dillərinin normativlərini dəqiq bilsinlər. Ancaq göründüyü kimi bizdə məsələlər çayın tam əksinə üzür. Çünki çap olunduğu deyilən lüğət bir müqəddəs varlığa çevrilərək yoxa çıxıb. Onu deyəsən hələ də görən olmayıb. 

Problemlərlə üzləşən isə əsasən qələm əhli olur, çünki doğru bilib yazdığımız sözün yazılışı bizə “xəyanət” edıb, başımızı aşağı sala bilər. 

Dilçi alim, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu Bizim.Media-ya açıqlamaında isə bildirib ki, sözlərin düzgün yazılışları yeni dərc edilən Azərbaycan dilinin orfoqrafiya lüğətində öz əksini tapıb. 

“Aprel ayında Dilçilik İnstitutunun və Monitorinq mərkəzinin saytında lüğətin veb variantı yayımlanıb. Maraqlananlar ora baxa bilər. Orada bütün sözlərin düzgün yazılışını görə bilərsiniz. Bu lüğətdə müzakirə olunan problemlərə son qoyulub. Onu da qeyd edim ki, bütün bu düzəlişlər Nazirlər Kabineti tərəfindən təsdiq olunub”.

Alim həmçinin qeyd edib ki, lüğətin kitab versiyası çapdan çıxsa da o satışda yoxdur, ancaq qurumlara paylanılır.
 

“Lüğətin kitab versiyası da çapdan çıxıb. Ancaq biz bunu hamıya çatdıra bilmərik. Lüğət kitab mağazalarında yoxdur, biz bu kitabı yalnız təşkilatlara veririk.


Sözlərin düzəlişi əvvəlcə Orfoqrafiya Komissiyası tərəfindən 1 il müddətinə müzakirə edildi, daha sonra qərar qəbul edilməsi üçün Nazirlə Kabinetinə təqdim olunub. Kabinet tərəfindən təsdiq olunduqdan sonra isə, lüğət halında çap edilərək, ictimaiyyətə təqdim olunub. Yaxın günlər ərzində lüğətdə heç bir dəyişiklik gözlənilmir”.

Möhsün müəllimlə söhbətimizdən sonra mənə də yeni orfoqrafiya lüğəti maraqlı oldu. Bunun üçün əvvəlcə dilçilik institutunun saytında lüğət axtarışına çıxdım. Lakin şox təssüf olsun ki, hər yeri axtarsam da lüğətin elektron variantını saytda hec cür tapa bilmədim. Bəlkə də var, bu haqda dəqiq məlumat verə bilməyəcəm. Daha sonra ümidlə, Monitorinq Mərkəzinin veb səhifəsinin axtarışına çıxdım, ancaq heyiflər olsun ki, burada da oxum daşa dəydi. İnternetdə sayt barəsində heç bir məlumat əldə edə bilmədim. Buradan başa düşdüm ki, lüğəti axtarmaq üçün gərək xəfiyə olasan. Çünki, onu hec cür asanlıqla, hamının başa düşəcəyi tərzdə tapmaq olmayacaq.

Göründüyü kimi dilimizdə olan problemlər hələ də davam edəcək. 

Ən azı yaxın 10 ildə bizim “y” yoxsa “yy” ətrafında qızğın müzakirələrimiz davam edəcək...

Zəruri qeyd:

Əgər lüğət kitabı 5 ildən bir təkmilləşdirilib çap olunursa, onda beş il öncə parta arxasında sözün yazılışını bir cür öyrənib, beş il sonra sinifdə imla və ya inşa yazan şagirdin səhvlərinin günahı kimin üstündə qalacaq? Yoxsa, məktəblinin də boynunun borcudur ki, Dilçilik İnstitutunun hər yeni “düzəlişi”ndən xəbədar olsun? 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ermənistanda iki məntəqədə səsvermənin nəticələri LƏĞV EDİLİB

Ermənistanda iki məntəqədə səsvermənin nəticələri LƏĞV EDİLİB

Tramp İranla razılığın əldə olunduğunu BƏYAN ETDİ

Tramp İranla razılığın əldə olunduğunu BƏYAN ETDİ

Buna görə Bakıda bu il ağcaqanad çoxdur - Adil Qeybulla

Buna görə Bakıda bu il ağcaqanad çoxdur - Adil Qeybulla

Türkiyədə təyyarə radar dirəyinə çırpıldı -Bütün sərnişin təxliyə olundu - VİDEO

Türkiyədə təyyarə radar dirəyinə çırpıldı -Bütün sərnişin təxliyə olundu - VİDEO

Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq?- VİDEO

Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq?- VİDEO

Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”

Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”

İsrail HƏMAS-ın qurucularından olan Həsən Yusifi azadlığa buraxdı

İsrail HƏMAS-ın qurucularından olan Həsən Yusifi azadlığa buraxdı

Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? - VİDEO

Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? - VİDEO

Azərbaycan və Tailand arasında ilk konsulluq görüşü keçirildi - FOTO

Azərbaycan və Tailand arasında ilk konsulluq görüşü keçirildi - FOTO

Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu MƏLUM OLDU

Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu MƏLUM OLDU

Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

Estoniyanın Azərbaycanda səfirliyi açıldı

Estoniyanın Azərbaycanda səfirliyi açıldı

DÇ-2026: Açılış matçının heyətləri açıqlandı

DÇ-2026: Açılış matçının heyətləri açıqlandı

Beyləqanda 11-ci sinif şagirdi vəfat etdi

Beyləqanda 11-ci sinif şagirdi vəfat etdi

Dünya çempionatının açılış mərasimi başlayıb - FOTO/VİDEO

Dünya çempionatının açılış mərasimi başlayıb - FOTO/VİDEO

“Zirə” Amin Seydiyevlə müqavilə bağladı - FOTO

“Zirə” Amin Seydiyevlə müqavilə bağladı - FOTO

Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ - FOTO

Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ - FOTO

Fransa klubunun futbolçusu “Sabah”da

Fransa klubunun futbolçusu “Sabah”da

BMT rəhbəri İsrail və “Hizbullah”a ÇAĞIRIŞ ETDİ

BMT rəhbəri İsrail və “Hizbullah”a ÇAĞIRIŞ ETDİ

Zakir Həsənov 11 ölkənin iştirak etdiyi beynəlxalq TƏLİMDƏ - FOTO

Zakir Həsənov 11 ölkənin iştirak etdiyi beynəlxalq TƏLİMDƏ - FOTO

İranda Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxdı - VİDEO

İranda Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxdı - VİDEO

Beyləqanda iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO

Beyləqanda iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO

BƏƏ və İran rəsmiləri münaqişədən sonra ilk dəfə GÖRÜŞDÜ

BƏƏ və İran rəsmiləri münaqişədən sonra ilk dəfə GÖRÜŞDÜ

Gülay canlı efirdə ağladı - VİDEO

Gülay canlı efirdə ağladı - VİDEO

End of content

No more pages to load

RADİO