Buna görə Bakıda bu il ağcaqanad çoxdur - Adil Qeybulla

Son günlər sosial şəbəkələrdə valideynlər arasında uşaqlarda həşərat dişləmələri ilə bağlı narahatlıq yaradan paylaşımların sayı artıb. Xüsusilə göz ətrafında yaranan şişkinliklər, qızartılar və allergik reaksiyalar diqqət çəkir.

Həkimlər bildirirlər ki, havaların istiləşməsi, yağıntıların artması və ekoloji amillər həşəratların, xüsusilə də ağcaqanadların sayının çoxalmasına səbəb olur. Bu isə həm uşaqlar, həm də böyüklər üçün sancılma riskini artırır.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı professor Adil Qeybulla "demokrat.az"a açıqlamasında bildirib ki, son dövrlərdə müşahidə olunan yağışlar və bunun nəticəsində yaranan durğun su hövzələri həşəratların çoxalması üçün əlverişli şərait formalaşdırır.

Onun sözlərinə görə, xüsusilə Bakıda və ətraf ərazilərdə yaranan gölməçələr ağcaqanadların sürətlə artmasına səbəb olur.

"Bakıda yağış sularının artması, gölməçələrin yaranması və suların zirzəmilərə, müxtəlif ərazilərə dolması nəticəsində həşəratların, xüsusilə də ağcaqanadların sayı artır. Bu artım onların çoxalması üçün əlverişli mühitin yaranması ilə bağlıdır. Durğun sular ağcaqanadların çoxalması üçün ən uyğun mühit hesab olunur və qısa müddətdə onların sayında ciddi artım müşahidə edilə bilər”.

Professor qeyd edib ki, həşəratların sayının artmasına təsir göstərən amillər təkcə yerli hava şəraiti ilə məhdudlaşmır. Qlobal iqlim dəyişiklikləri də bu prosesdə mühüm rol oynayır.

"Bundan başqa, regionda mövcud olan münaqişələr, qlobal istiləşmə və ümumi iqlim dəyişiklikləri flora və faunaya ciddi təsir göstərir. İqlim dəyişdikcə bəzi canlı növlərinin yayılma arealları da dəyişir və əvvəllər müşahidə olunmayan vəziyyətlər ortaya çıxa bilir”.

Adil Qeybulla bildirib ki, ağcaqanad sancmaları əksər hallarda ciddi problem yaratmasa da, bəzi insanlarda daha ağır reaksiyalar müşahidə edilə bilər.

"Ağcaqanadların çoxalması insanların sancılma riskini artırır. Sancma nəticəsində toksiki ödem, allergik reaksiyalar, qızartı, qaşınma və digər narahatlıqlar yarana bilər. Xüsusilə uşaqlarda və allergiyaya meyilli şəxslərdə bu reaksiyalar daha qabarıq şəkildə özünü göstərə bilir”.

Professorun sözlərinə görə, uşaqlarda göz qapaqları və üz nahiyəsində yaranan şişkinliklər valideynləri daha çox narahat etsə də, bunun qarşısını almaq üçün profilaktik tədbirlər görmək mümkündür.

"Bu səbəbdən qorunmaq üçün repellentlərdən, yəni qovucu iyli maddələrdən istifadə olunur. Uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş elektrik şəbəkəsinə qoşulan xüsusi repellentlər də mövcuddur. Müxtəlif istehsalçıların təqdim etdiyi bu vasitələr həşəratların yaşayış məkanlarına yaxınlaşmasının qarşısını almağa kömək edir. Xüsusilə gecə saatlarında, yuxu zamanı ağcaqanad hücumları daha çox olduğundan onların istifadəsi vacib sayılır”.

Mütəxəssis diqqətə çatdırıb ki, ağcaqanadlar bəzi yoluxucu xəstəliklərin daşıyıcısı ola bildiyindən bu məsələyə ciddi yanaşmaq lazımdır.

"Azərbaycanda malyariya daşıyıcısı olan ağcaqanad növləri mövcuddur. Malyariya əsasən isti bölgələrdə yayılsa da, iqlim və relyef dəyişiklikləri bu növlərin digər ərazilərə, o cümlədən Bakıya yayılma riskini artırır. Buna görə də vəziyyət daim nəzarətdə saxlanılmalıdır”.

Professor əlavə edib ki, dünyada daha təhlükəli infeksiyaların yayılmasında rol oynayan bəzi ağcaqanad növləri də mövcuddur.

"Eyni zamanda Afrikada hemorragik qızdırmaların yayılmasına səbəb olan bəzi ağcaqanad növləri də mövcuddur və hələlik Azərbaycanda geniş yayılmasa da, gələcəkdə risk tamamilə istisna edilmir. Bu baxımdan həşəratlarla mübarizə tədbirlərinin sistemli şəkildə həyata keçirilməsi vacibdir”.

Adil Qeybulla hesab edir ki, ağcaqanadların çoxalmasının qarşısını almaq üçün həm aidiyyəti qurumlar, həm də vətəndaşlar üzərlərinə düşən tədbirləri görməlidirlər. Zirzəmilərdə və həyətlərdə durğun suların aradan qaldırılması, yaşayış məntəqələrinin dezinfeksiya olunması və fərdi qoruyucu vasitələrdən istifadə həşəratların yaratdığı risklərin azaldılmasına kömək edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

End of content

No more pages to load

RADİO