Ağdaş rayonunun Abad kəndində qətl hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, kənd sakini Ələşrəfov Mustafa Qulu oğlu aralarında baş verən dava zamanı ov tüfəngindən atəş açaraq qardaşı, 1968-il təvəllüdlü Ələşrəfov Qələndər Qulu oğlunu güllələyib.
Q.Ələşrəfov aldığı xəsarətlər səbəbindən dünyasını dəyişib.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Bizim.Media