Mübariz İbrahimovun şəhid olduğu gündür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu gündür.

Bizim.Media xəbər verir ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.  1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini bitirib.

Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Şəhid qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı (ölümündən sonra) verilib.


Allah Rəhmət Eləsin !

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu MƏLUM OLDU

Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu MƏLUM OLDU

Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

Estoniyanın Azərbaycanda səfirliyi açıldı

Estoniyanın Azərbaycanda səfirliyi açıldı

DÇ-2026: Açılış matçının heyətləri açıqlandı

DÇ-2026: Açılış matçının heyətləri açıqlandı

Beyləqanda 11-ci sinif şagirdi vəfat etdi

Beyləqanda 11-ci sinif şagirdi vəfat etdi

Dünya çempionatının açılış mərasimi başlayıb - FOTO/VİDEO

Dünya çempionatının açılış mərasimi başlayıb - FOTO/VİDEO

“Zirə” Amin Seydiyevlə müqavilə bağladı - FOTO

“Zirə” Amin Seydiyevlə müqavilə bağladı - FOTO

Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ - FOTO

Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ - FOTO

Fransa klubunun futbolçusu “Sabah”da

Fransa klubunun futbolçusu “Sabah”da

BMT rəhbəri İsrail və “Hizbullah”a ÇAĞIRIŞ ETDİ

BMT rəhbəri İsrail və “Hizbullah”a ÇAĞIRIŞ ETDİ

Zakir Həsənov 11 ölkənin iştirak etdiyi beynəlxalq TƏLİMDƏ - FOTO

Zakir Həsənov 11 ölkənin iştirak etdiyi beynəlxalq TƏLİMDƏ - FOTO

İranda Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxdı - VİDEO

İranda Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxdı - VİDEO

Beyləqanda iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO

Beyləqanda iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO

BƏƏ və İran rəsmiləri münaqişədən sonra ilk dəfə GÖRÜŞDÜ

BƏƏ və İran rəsmiləri münaqişədən sonra ilk dəfə GÖRÜŞDÜ

Gülay canlı efirdə ağladı - VİDEO

Gülay canlı efirdə ağladı - VİDEO

Bakıda kafedə ÖLÜM HADİSƏSİ

Bakıda kafedə ÖLÜM HADİSƏSİ

Yaşar Gülər Rüstəm Umerovla görüşdü - FOTO

Yaşar Gülər Rüstəm Umerovla görüşdü - FOTO

Arzusu çin olan azarkeş - FOTO

Arzusu çin olan azarkeş - FOTO

“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq” - VİDEO

“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq” - VİDEO

Avtomobilin nömrəsini çıxararaq Sumqayıt yollarında avtoxuliqanlıq elədi - VİDEO

Avtomobilin nömrəsini çıxararaq Sumqayıt yollarında avtoxuliqanlıq elədi - VİDEO

Əli Əsədov Özbəkistana səfər edəcək

Əli Əsədov Özbəkistana səfər edəcək

Prezidentə gələn təbrik MƏKTUBLARI

Prezidentə gələn təbrik MƏKTUBLARI

Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib - FOTO

Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib - FOTO

Əməkdar artist: “Kişi məclislərinə bir şərtlə gedirəm”

Əməkdar artist: “Kişi məclislərinə bir şərtlə gedirəm”

End of content

No more pages to load

RADİO