Ağsunun Qaraqaşlı kəndində yeniyetmə həmkəndlisi tərəfindən döyülüb.
Bizim.Media xəbər verir ki, kənd sakini, 2007-ci il təvəllüdlü Məmişov Nihad Vüqar oğlu mübahisə zəminində həmkəndlisi tərəfindən şiddətə məruz qalıb.
N.Məmişov əvvəlcə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lakin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media