Gəncə terrorunda əli olan erməni hərbçilər İFŞA EDİLDİ

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində tədqiq olunan sənədlərdə Gəncəni raketlərlə hədəf almış Ermənistan silahlı qüvvələrinin hərbçilərinin bir qisminin adları da yer alıb.

Bizim.Media xəbər verir ki, sənədlərdə qeyd edilib ki, Gəncə şəhərini yenidən hədəf alaraq Ermənistan silahlı qüvvələrinin bu ölkənin Stepanavan rayonunda dislokasiya olunmuş 71-ci hərbi texnikaların saxlanması bazasının (51556 saylı hərbi hissə) komandiri polkovnik Artaşen Rafiki Hacatyan, komandir müavini polkovnik-leytenant Ara Artuşi Sarqsyan, “Elbrus” taktiki raket kompleksləri diviziyasının komandiri polkovnik-leytenant Vazgen Daviti Vardanyan, “İsgəndər” taktiki raket kompleksləri diviziyasının komandiri polkovnik-leytenant Tiqran Norayri Vardanyan və qeyrilərinin rəhbərliyi ilə həmin hərbi hissənin ehtiyatında olan, əvvəlki hücumlarda istifadə edilmiş silah növlərindən daha böyük dağıdıcı qüvvəyə malik operativ-taktiki təyinatlı ballistik trayektoriyalı “Elbrus” taktiki raket kompleksi Ermənistanın Geqarqunik vilayətinin Vardenis (tarixi Basarkeçər) rayonunun ərazisinə gətirilib.

2020-ci il oktyabrın 11-də saat 2 radələrində döyüşə hazır vəziyyətə gətirilmiş həmin raket kompleksindən fuqaslı təsirə malik olan, “8Ф44” tipli döyüş başlığı ilə təchiz edilmiş raket böyük insan tələfatı törətmək məqsədilə və Gəncə şəhərinin silahlı münaqişə zonası hesab edilməyən, hərbi əməliyyatların aparılmadığı, hərbi obyektlərin yerləşmədiyi, aşkar surətdə yalnız mülki obyektlərin mövcud olduğu istiqamətdə düşünülmüş şəkildə hədəfə yönəldilərək Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Rəfibəyli küçəsinin 4-cü dalanında yerləşən 3 saylı 2 mərtəbəli, 4, 5 və 7 saylı 1 mərtəbəli yaşayış binalarının üzərinə 1 ədəd atılıb. Həmin raketin dinc əhalinin sıx yaşadığı qeyd edilən ünvanlara düşüb partlaması nəticəsində 10 mülki şəxs qəsdən öldürülüb, 1 mülki şəxsə ağır, 18 mülki şəxsə yüngül, 32 mülki şəxsə dərəcəsi təyin edilməyən xəsarət yetirilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 2-də davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyevdən Makrona TƏBRİK MƏKTUBU

İlham Əliyevdən Makrona TƏBRİK MƏKTUBU

Azərbaycan Prezidenti: Slovakiya Qarabağın bərpasında fəal iştirak edir

Azərbaycan Prezidenti: Slovakiya Qarabağın bərpasında fəal iştirak edir

Növbədənkənar sessiyanın SONUNCU İCLASI – Hansı məsələlər müzakirə olunacaq?

Növbədənkənar sessiyanın SONUNCU İCLASI – Hansı məsələlər müzakirə olunacaq?

Magistraturaya ixtisaslaşma seçimi növbəti həftə başlayacaq

Magistraturaya ixtisaslaşma seçimi növbəti həftə başlayacaq

İlham Əliyev: “Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir” - VİDEO

İlham Əliyev: “Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir” - VİDEO

İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü keçirildi – FOTO

İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü keçirildi – FOTO

Prezidentlər Şuşada mətbuata bəyanatlarla çıxış edirlər – CANLI

Prezidentlər Şuşada mətbuata bəyanatlarla çıxış edirlər – CANLI

Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşdü – FOTO

Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşdü – FOTO

Moskva vilayətində terror aktı törətmək istəyən şəxs TUTULDU - VİDEO

Moskva vilayətində terror aktı törətmək istəyən şəxs TUTULDU - VİDEO

HƏMAS-ın komandiri öldürüldü – FOTO

HƏMAS-ın komandiri öldürüldü – FOTO

Səudiyyə Ərəbistanı Yəmənə zərbə endirdi - FOTO

Səudiyyə Ərəbistanı Yəmənə zərbə endirdi - FOTO

Tramp: “İranın hazırkı hakimiyyət nümayəndələrini məhv edə bilərik”

Tramp: “İranın hazırkı hakimiyyət nümayəndələrini məhv edə bilərik”

Yayda avtomobilin qızmaması üçün nə etməli? – Doğrular və yanlışlar

Yayda avtomobilin qızmaması üçün nə etməli? – Doğrular və yanlışlar

Gəncədə evdə qadın meyiti tapıldı

Gəncədə evdə qadın meyiti tapıldı

İran Hörmüz boğazında iki tankeri vurdu: Yaralılar arasında ukraynalılar da var

İran Hörmüz boğazında iki tankeri vurdu: Yaralılar arasında ukraynalılar da var

Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı

Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı

Rəqəmlər bir şeyi deyir, vitrinlər başqa - Türkiyə idxalı artır, bəs niyə Çin liderliyini qoruyur?

Rəqəmlər bir şeyi deyir, vitrinlər başqa - Türkiyə idxalı artır, bəs niyə Çin liderliyini qoruyur?

Prezidentin köməkçisi: “Azərbaycanda media mühitinin modernləşdirilməsi həyata keçirilib”

Prezidentin köməkçisi: “Azərbaycanda media mühitinin modernləşdirilməsi həyata keçirilib”

Şuşada İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü KEÇİRİLDİ - VİDEO

Şuşada İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü KEÇİRİLDİ - VİDEO

“Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar” - VİDEO

“Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar” - VİDEO

Cəlilabadda qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi tapıldı - FOTO

Cəlilabadda qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi tapıldı - FOTO

İlham Əliyev Slovakiya Prezidentini Şuşada QARŞILADI - FOTO

İlham Əliyev Slovakiya Prezidentini Şuşada QARŞILADI - FOTO

Türkiyədə genişmiqyaslı əməliyyat: 74 nəfər saxlanıldı

Türkiyədə genişmiqyaslı əməliyyat: 74 nəfər saxlanıldı

Hikmət Hacıyev: “Süni intellekt jurnalistikanı yenidən formalaşdırır”

Hikmət Hacıyev: “Süni intellekt jurnalistikanı yenidən formalaşdırır”

End of content

No more pages to load

RADİO