“Babasının evinin yerində yenisini tikmək istəyir, icazə vermirlər...”

“Lerik rayonunda 17 kənd dövlət meşə fondu torpaqlarında yerləşir. Bu torpaqların ümumi sahəsi 477 ha təşkil edir. Keçən əsrin 90-cı illərində bu torpaqlar dövlət meşə fonduna daxil edilib. Bu ərazilərdə uzun illərdir ki, əhali məskunlaşıb, yaşayış evləri tikib, meşə ilə ötrülü olmayan sahələrdə əkin işləri aparıb. Bir əsrdən çoxdur ki, həmin torpaqlar əhali tərəfindən əkin, biçənək və örüş sahəsi kimi istifadə olunur”. 

Bizim.Media xəbər veri ki, bunu deputat Vasif Qafarov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, indi həmin kəndlərdə yaşayan vətəndaşlar özlərinə yeni ev tikə bilmirlər və 50-60 il əvvəl tikdikləri evlərinə də çıxarış ala bilmirlər:

“Vətəndaş yüz il bundan əvvəl babası tərəfindən tikilmiş köhnə evi sökür, onun yerində yeni ev tikmək istəyir. Bu zaman dövlət qurumları gəlirlər ki, bu torpaq meşə fonduna daxildir, burada tikinti aparmaq olmaz. Bu da əhalinin haqlı narazılığına səbəb olur. Bununla bağlı müvafiq qurumlara tapşırıq verilsə də, bu günə kimi bu məsələ öz həllini tapmayıb.
 

Bundan əlavə, torpaq islahatının aparılmasına dair tərtib olunmuş yerquruluşu layihələrində əksini tapan, eyni zamanda meşəquruluşu sxemlərində dövlət meşə fondu kimi göstərilən 250 hektar torpaq sahəsi də Dövlət Aktları əsasında vətəndaşlara pay torpağı kimi verilib. Bu torpaqların da dövlət meşə fonduna geri qaytarılması mümkün hesab edilmir. Ümumilikdə 727 ha təşkil edən bu torpaqların təyinatının dəyişdirilməsi və onların başqa torpaqlarla əvəzləşdirilməsi vacibdir.


Bu torpaqların əvəzləşdirilməsi mümkün hesab olunan sahələr bələdiyyələr və ərazi icra nümayəndələri tərəfindən müəyyən edilib.

Rayonun 17 kəndində yaşayan əhalinin uzun müddət istifadəsində olan bu torpaqların əvəzləşmə qaydasında onların xüsusi mülkiyyətinə verilməsi ilə bağlı müvafiq torpaqayırma sənədləri hazırlanıb və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunub. Lakin illərdir ki, bu məsələ həll edilməmiş qalır. Bu məsələnin həll edilməsini xahiş edirəm” – deyə deputat qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident: “Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir”

Prezident: “Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir”

İlham Əliyevdən Makrona TƏBRİK MƏKTUBU

İlham Əliyevdən Makrona TƏBRİK MƏKTUBU

Azərbaycan Prezidenti: Slovakiya Qarabağın bərpasında fəal iştirak edir

Azərbaycan Prezidenti: Slovakiya Qarabağın bərpasında fəal iştirak edir

Növbədənkənar sessiyanın SONUNCU İCLASI – Hansı məsələlər müzakirə olunacaq?

Növbədənkənar sessiyanın SONUNCU İCLASI – Hansı məsələlər müzakirə olunacaq?

Magistraturaya ixtisaslaşma seçimi növbəti həftə başlayacaq

Magistraturaya ixtisaslaşma seçimi növbəti həftə başlayacaq

İlham Əliyev: “Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir” - VİDEO

İlham Əliyev: “Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir” - VİDEO

İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü keçirildi – FOTO

İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü keçirildi – FOTO

Prezidentlər Şuşada mətbuata bəyanatlarla çıxış edirlər – CANLI

Prezidentlər Şuşada mətbuata bəyanatlarla çıxış edirlər – CANLI

Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşdü – FOTO

Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşdü – FOTO

Moskva vilayətində terror aktı törətmək istəyən şəxs TUTULDU - VİDEO

Moskva vilayətində terror aktı törətmək istəyən şəxs TUTULDU - VİDEO

HƏMAS-ın komandiri öldürüldü – FOTO

HƏMAS-ın komandiri öldürüldü – FOTO

Səudiyyə Ərəbistanı Yəmənə zərbə endirdi - FOTO

Səudiyyə Ərəbistanı Yəmənə zərbə endirdi - FOTO

Tramp: “İranın hazırkı hakimiyyət nümayəndələrini məhv edə bilərik”

Tramp: “İranın hazırkı hakimiyyət nümayəndələrini məhv edə bilərik”

Yayda avtomobilin qızmaması üçün nə etməli? – Doğrular və yanlışlar

Yayda avtomobilin qızmaması üçün nə etməli? – Doğrular və yanlışlar

Gəncədə evdə qadın meyiti tapıldı

Gəncədə evdə qadın meyiti tapıldı

İran Hörmüz boğazında iki tankeri vurdu: Yaralılar arasında ukraynalılar da var

İran Hörmüz boğazında iki tankeri vurdu: Yaralılar arasında ukraynalılar da var

Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı

Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı

Rəqəmlər bir şeyi deyir, vitrinlər başqa - Türkiyə idxalı artır, bəs niyə Çin liderliyini qoruyur?

Rəqəmlər bir şeyi deyir, vitrinlər başqa - Türkiyə idxalı artır, bəs niyə Çin liderliyini qoruyur?

Prezidentin köməkçisi: “Azərbaycanda media mühitinin modernləşdirilməsi həyata keçirilib”

Prezidentin köməkçisi: “Azərbaycanda media mühitinin modernləşdirilməsi həyata keçirilib”

Şuşada İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü KEÇİRİLDİ - VİDEO

Şuşada İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü KEÇİRİLDİ - VİDEO

“Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar” - VİDEO

“Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar” - VİDEO

Cəlilabadda qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi tapıldı - FOTO

Cəlilabadda qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi tapıldı - FOTO

İlham Əliyev Slovakiya Prezidentini Şuşada QARŞILADI - FOTO

İlham Əliyev Slovakiya Prezidentini Şuşada QARŞILADI - FOTO

Türkiyədə genişmiqyaslı əməliyyat: 74 nəfər saxlanıldı

Türkiyədə genişmiqyaslı əməliyyat: 74 nəfər saxlanıldı

End of content

No more pages to load

RADİO