Dünyanın ən asan dili hansıdır? - Bir neçə saata öyrənə bilərsiz

Təsəvvür edin, bir xarici dili yeni proqramı telefonda öyrənməkdən daha tez mənimsəyirsiniz. Bu fantastika kimi səslənir, amma belə bir dil mövcuddur — XIX əsrin sonunda yaradılmış esperanto. Deyilənə görə, Lev Tolstoy bu dili cəmi üç saata öyrənib.

Bizim.Media “Lent.az”a istinadən xəbər verir ki, esperanto o qədər məntiqli və sadədir ki, hətta yeni başlayan biri cəmi bir neçə günə mətnləri oxumağı, bir həftəyə isə dialoqlar qurmağı bacarar.

Bəs niyə bu dil barədə az adam məlumatlıdır?

Esperantonun sirri — istisnaların olmamasındadır. Bütün fellər eyni qayda ilə dəyişir, isimlərdə cins yoxdur, sözlər isə asanlıqla kombinə olunan köklərdən düzəlir.

Məsələn, san- ("sağlamlıq") kökü sana ("sağlam"), malsana ("xəstə"), sanejo ("xəstəxana") sözlərini yaradır. Əlifba fonetikdir: hər hərf hər sözdə eyni tələffüz olunur. İngilis və fransız dillərindəki kimi mürəkkəb səslər yoxdur, vurğu isə həmişə sondan əvvəlki hecaya düşür.

Bəs niyə esperanto dünya dili olmadı?

Bunun bir neçə səbəbi var. Əvvəla, onun "mədəni fonu" yoxdur — bu dili dəstəkləyən bir ölkə və ya tarix mövcud deyil. İkincisi, siyasətçilər və iş adamları ingilis dili kimi dominant dillərə üstünlük verirlər.

Lakin esperanto yaşayır: bu dildə təxminən 2 milyon insan danışır, konfranslar keçirilir, kitablar yazılır. Bugün esperanto karyera üçün deyil, icma və bərabərlik ideyası naminə öyrənilir — çünki bu dil heç bir millətə məxsus deyil. Sınaqdan keçirin: dərsliyə və ya tətbiqə baxın, və cəmi bir saata strukturu başa düşəcəksiniz. Üç saat sonra isə — Tolstoy kimi — sadə mətnləri oxuya biləcəksiniz.

Bəlkə bu yeganə dildir ki, burada səhv etmək demək olar ki, mümkün deyil və irəliləyiş dərhal hiss olunur. Kim bilir, bəlkə də növbəti dəfə esperanto dilində sürətlə danışan məhz siz olacaqsınız.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran memorandumun imzalanması zamanı ABŞ-ı üstələyib – "Financial Times"

İran memorandumun imzalanması zamanı ABŞ-ı üstələyib – "Financial Times"

2-ci Dünya müharibəsindən sonra İLK DƏFƏ - Yaponiya kəşfiyyat xidmətini bərpa edir

2-ci Dünya müharibəsindən sonra İLK DƏFƏ - Yaponiya kəşfiyyat xidmətini bərpa edir

Azərbaycan ABŞ-nin Cənubi Qafqaz doktrinasını necə dəyişir?- ANALİZ

Azərbaycan ABŞ-nin Cənubi Qafqaz doktrinasını necə dəyişir?- ANALİZ

Zümrüd Qasımova ayrıldığı həyat yoldaşı ilə - Foto

Zümrüd Qasımova ayrıldığı həyat yoldaşı ilə - Foto

Pelleqrini: Baş Qərvənd kəndindəki məktəb Slovakiya və Azərbaycan dostluğunun simvolu olacaq

Pelleqrini: Baş Qərvənd kəndindəki məktəb Slovakiya və Azərbaycan dostluğunun simvolu olacaq

Zeynəbin axtarışlarına helikopter cəlb olundu - VİDEO

Zeynəbin axtarışlarına helikopter cəlb olundu - VİDEO

TƏBİB-dən vətəndaşlara ÇAĞIRIŞ

TƏBİB-dən vətəndaşlara ÇAĞIRIŞ

Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA

Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA

İran gizli silahını İŞƏ SALIR – Dünya iqtisadiyyatı üçün FƏLAKƏT SSENARİSİ

İran gizli silahını İŞƏ SALIR – Dünya iqtisadiyyatı üçün FƏLAKƏT SSENARİSİ

Zaur Nəbioğluna vəzifə verildi

Zaur Nəbioğluna vəzifə verildi

Ağdərədə avtomobil aşdı - Ər-arvad öldü

Ağdərədə avtomobil aşdı - Ər-arvad öldü

XƏBƏRDARLIQ: Sabah Bakıda güclü külək əsəcək

XƏBƏRDARLIQ: Sabah Bakıda güclü külək əsəcək

Azərbaycanda daha iki dövlət qurumu LƏĞV EDİLİR

Azərbaycanda daha iki dövlət qurumu LƏĞV EDİLİR

Qordon İlham Əliyevlə birgə FOTOSUNU paylaşdı

Qordon İlham Əliyevlə birgə FOTOSUNU paylaşdı

Zelenski: Rusiya döyüş meydanında təşəbbüsü əldən verib

Zelenski: Rusiya döyüş meydanında təşəbbüsü əldən verib

Prezidentlər Ağdamın Baş Qərvənd kəndində məktəb binasının təməlini qoydular - FOTO

Prezidentlər Ağdamın Baş Qərvənd kəndində məktəb binasının təməlini qoydular - FOTO

Prezidentin maşınında selfi çəkdi - Foto

Prezidentin maşınında selfi çəkdi - Foto

Moldova Rusiyaya nota VERDİ

Moldova Rusiyaya nota VERDİ

Təsadüfi ad bənzərliyi yoxsa tarix? - Sumqayıt və Ukraynanın Sumi şəhəri arasında SİRLİ ƏLAQƏ - FOTO

Təsadüfi ad bənzərliyi yoxsa tarix? - Sumqayıt və Ukraynanın Sumi şəhəri arasında SİRLİ ƏLAQƏ - FOTO

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

Ötən ay ən çox bahalaşan və ucuzlaşan MƏHSULLAR – SİYAHI

Ötən ay ən çox bahalaşan və ucuzlaşan MƏHSULLAR – SİYAHI

“AzerGold”un təşkilatçılığı ilə Göygöldə səyyar tibbi müayinə aksiyası keçirildi – FOTO/VİDEO

“AzerGold”un təşkilatçılığı ilə Göygöldə səyyar tibbi müayinə aksiyası keçirildi – FOTO/VİDEO

Masallıda yük maşını yandı – VİDEO

Masallıda yük maşını yandı – VİDEO

Almaniyada həddindən artıq isti havadan sonra güclü dolu yağdı – VİDEO

Almaniyada həddindən artıq isti havadan sonra güclü dolu yağdı – VİDEO

End of content

No more pages to load

RADİO