Şəmkirdə 58 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Səməd Vurğun qəsəbəsində 1967-ci il təvəllüdlü Namiq Qurbanov yaşadığı ünvanda məişət tullantılarını yandıran zaman, ocağa benzin töküb.
Bu zaman ehtiyatsızlıqdan alov kişinin bədəninə yayılıb və o termiki yanıq xəsarətləri alıb. Zərərçəkən xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə başmayaraq N. Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu