Dünən saat 10 radələrində paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində faciəvi hadisə baş verib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, qəsəbənin Xaqani küçəsində yaşayan 2023-cü il təvəllüdlü Nilay Təbriz qızı Məmmədova yaşadığı mənzilin hamam otağında vannada boğularaq ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Bizim.Media