Üç kənddə görünməmiş FƏLAKƏT – 100 hektardan çox təsərrüfat və toyuq-cücə MƏHV oldu – FOTO/VİDEO

Xəbər verildiyi kimi iki gün əvvəl Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə edilib. Zaqatala və Qax rayonlarının bir sıra yaşayış məntəqələrinə güclü leysanla müşahidə olunan dolu yağıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, güclü leysanla müşahidə edilən dolu daha çox Zəyəm, Tasmalı və Qarabaldır kəndlərinə yağıb. Belə ki, qeyri-sabit hava bir saata kimi davam edib.

Kənd sakinlərinin sözlərinə görə on illər əvvəl kəndə güclü sel gəlsə də ciddi fəsad yaratmayıb. Lakin bu hadisə bir ilkdir ki, leysan, dolu və güclü küləklə birlikdə gəlib və təsərrüfatları məhv edib.

Sakinlər bildirir ki, leysan o qədər güclü olub ki, bəzən arxlara gələn suyu ötürə bilmədiyindən bir metrə kimi yüksəlib. Gülbəniz Orucova axşamdan həyətdə ancaq çəkmə ilə gəzdiklərini deyir:

“Qəflətən külək və çovğun başladı, dalınca da dolu, yağış tökdü. Evdən həyətə düşmək mümkün deyildi”, - deyən qadın əlavə edir ki, təsərrüfatında toyuqlar və bostanı məhv olub.
Qonşuluqda yaşayan digər sakinin 80 başa yaxın cücəsi məhv olub. Hamısını bir qaba yığıb tullamaq üçün aparırdılar.

Kəndin digər bir hissəsində yaşayan Asif Əmranovun bostan-tərəvəz sahəsinə baş çəkirik. Mənzərə heç də ürəkaçan deyil:

“Dünən axşam 6-7 radələrində göy guruldadı, şimşək çaxdı, başladı dolu leysanla birlikdə yağmağa. Hardasa bir saata kimi davam elədi. Evdən çıxmaq mümkün deyildi. Bir saatdan sonra çıxıb bu vəziyyəti gördük”, - deyə doludan yerlə bir olan. torpağa yapışan təsərrüfatını göstərir. Asif Əmranov həyət-bacasında meyvə ağaclarının da zərər gördüyünü, bütün meyvələrin ağacın altına töküldüyünü bildirir.

Zəyəm kənd icra nümayəndəsi Rövşən Salamovun sözlərinə görə kənd tarixində ilk dəfədir belə təbii fəlakətlə qarşılaşır. Leysan yağışları ara verəndən sonra texnika vasitəsi ilə kənd ara və məhəllədaxili arxların təmizlənməsini həyata keçirdiklərini, işlərin davam etdiyini bildirib.

“Yağan güclü leysan və dolu nəticəsində təsərrüfatlara ciddi ziyan dəyib. Hardasa 100 hektardan artıq fındıq bağlarına, 70-80 hektar meyvə bağlarına, 100 hektara yaxın tərəvəz bağlarına, 80 hektar da taxıl sahələri doludan ziyan çəkib. Eyni zamanda yağan güclü yağışdan sonra həyətlərə yağış suları yığılıb, dolu nəticəsində ağacların yarpaq və budaqları qırıldığı üçün həyətlərdən su ötürən arxların tutulması baş verib. Dünən axşam saat 9-dan saat 12-yə kimi texnikanın köməyi ilə həyətlərdəki suyun suötürücü arxlara ötürülməsi üçün çalışmışıq. Bu gün də yenə texnikalar işləyir”, - deyə fikrini çatdırır.

İcra nümayəndəsi təssüflə onu da qeyd edir ki, 2 min nəfər əhalinin yaşadığı, 400 təsərrüfatın olduğu Zəyəm kəndində sakinlərin əksəri nə əkinlərini, nə də digər təsərrüfatlarını sığorta etdirib. Digər tərəfdən həyətlərdən keçən daxili su kanallarının da təmizlənməməsi, bəzi hallarda isə doldurulması güclü leysandan sonra suyun çoxalmasına səbəb olub. Rövşən Salamov texnikanın işlədiyini, fəsadların aradan qaldırılması istiqamətində işlərin davam etdirilldiyini bildirdi.










Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran memorandumun imzalanması zamanı ABŞ-ı üstələyib – "Financial Times"

İran memorandumun imzalanması zamanı ABŞ-ı üstələyib – "Financial Times"

2-ci Dünya müharibəsindən sonra İLK DƏFƏ - Yaponiya kəşfiyyat xidmətini bərpa edir

2-ci Dünya müharibəsindən sonra İLK DƏFƏ - Yaponiya kəşfiyyat xidmətini bərpa edir

Azərbaycan ABŞ-nin Cənubi Qafqaz doktrinasını necə dəyişir?- ANALİZ

Azərbaycan ABŞ-nin Cənubi Qafqaz doktrinasını necə dəyişir?- ANALİZ

Zümrüd Qasımova ayrıldığı həyat yoldaşı ilə - Foto

Zümrüd Qasımova ayrıldığı həyat yoldaşı ilə - Foto

Pelleqrini: Baş Qərvənd kəndindəki məktəb Slovakiya və Azərbaycan dostluğunun simvolu olacaq

Pelleqrini: Baş Qərvənd kəndindəki məktəb Slovakiya və Azərbaycan dostluğunun simvolu olacaq

Zeynəbin axtarışlarına helikopter cəlb olundu - VİDEO

Zeynəbin axtarışlarına helikopter cəlb olundu - VİDEO

TƏBİB-dən vətəndaşlara ÇAĞIRIŞ

TƏBİB-dən vətəndaşlara ÇAĞIRIŞ

Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA

Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA

İran gizli silahını İŞƏ SALIR – Dünya iqtisadiyyatı üçün FƏLAKƏT SSENARİSİ

İran gizli silahını İŞƏ SALIR – Dünya iqtisadiyyatı üçün FƏLAKƏT SSENARİSİ

Zaur Nəbioğluna vəzifə verildi

Zaur Nəbioğluna vəzifə verildi

Ağdərədə avtomobil aşdı - Ər-arvad öldü

Ağdərədə avtomobil aşdı - Ər-arvad öldü

XƏBƏRDARLIQ: Sabah Bakıda güclü külək əsəcək

XƏBƏRDARLIQ: Sabah Bakıda güclü külək əsəcək

Azərbaycanda daha iki dövlət qurumu LƏĞV EDİLİR

Azərbaycanda daha iki dövlət qurumu LƏĞV EDİLİR

Qordon İlham Əliyevlə birgə FOTOSUNU paylaşdı

Qordon İlham Əliyevlə birgə FOTOSUNU paylaşdı

Zelenski: Rusiya döyüş meydanında təşəbbüsü əldən verib

Zelenski: Rusiya döyüş meydanında təşəbbüsü əldən verib

Prezidentlər Ağdamın Baş Qərvənd kəndində məktəb binasının təməlini qoydular - FOTO

Prezidentlər Ağdamın Baş Qərvənd kəndində məktəb binasının təməlini qoydular - FOTO

Prezidentin maşınında selfi çəkdi - Foto

Prezidentin maşınında selfi çəkdi - Foto

Moldova Rusiyaya nota VERDİ

Moldova Rusiyaya nota VERDİ

Təsadüfi ad bənzərliyi yoxsa tarix? - Sumqayıt və Ukraynanın Sumi şəhəri arasında SİRLİ ƏLAQƏ - FOTO

Təsadüfi ad bənzərliyi yoxsa tarix? - Sumqayıt və Ukraynanın Sumi şəhəri arasında SİRLİ ƏLAQƏ - FOTO

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

Ötən ay ən çox bahalaşan və ucuzlaşan MƏHSULLAR – SİYAHI

Ötən ay ən çox bahalaşan və ucuzlaşan MƏHSULLAR – SİYAHI

“AzerGold”un təşkilatçılığı ilə Göygöldə səyyar tibbi müayinə aksiyası keçirildi – FOTO/VİDEO

“AzerGold”un təşkilatçılığı ilə Göygöldə səyyar tibbi müayinə aksiyası keçirildi – FOTO/VİDEO

Masallıda yük maşını yandı – VİDEO

Masallıda yük maşını yandı – VİDEO

Almaniyada həddindən artıq isti havadan sonra güclü dolu yağdı – VİDEO

Almaniyada həddindən artıq isti havadan sonra güclü dolu yağdı – VİDEO

End of content

No more pages to load

RADİO