Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verildi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzindən şəhərin ərazisində yerləşən istehlakçıların - yeni salınan yaşayış komplekslərinin, tikintisi aparılan sənaye və sosial təyinatlı infrastrukturun, kənd təsərrüfatı və turizm obyektlərinin, xüsusən əhalinin elektrik enerji təchizatının fasiləsizliyinin və dayanaqlığının təmin olunması nəzərdə tutulur.
 

Mərkəz elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Burada hər birinin gücü 1600 kVA olan iki ədəd güc transformatoru, müasir avadanlıqlarla təchiz olunmuş 35 kV-luq və 0,4 kV-luq qapalı paylayıcı qurğular quraşdırılıb. Mərkəzin elektrik təchizatı üçün “Laçın” yarımstansiyasından 4,8 km uzunluğunda ikidövrəli elektrik verilişi xətləri çəkilib.


Burada quraşdırılan müasir avadanlıq bütün texnoloji ölçmələrin yüksək dəqiqliyini və vahidliyini təmin edir ki, bu isə öz növbəsində şəbəkənin etibarlı istismarını dəstəkləməklə yanaşı, elektrik enerjisinin ötürülməsi zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına şərait yaradır.
 

Mərkəzdə, həmçinin istehlakçıların elektrik enerjisi verilişində planlı fasilələrin yaranması barədə onlayn qaydada əvvəlcədən məlumatlandırılma imkanı yaradılıb. Bərpaolunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi Rəqəmsal İdaretmə Mərkəzində avtomatik idarə olunduğundan elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır.


Alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, həmçinin cihaz və avadanlıqların qarşılıqlı koordinasiyasını tam təmin edən mərkəz vasitəsilə əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılması həyata keçirilir. Bununla yanaşı, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyəti, “yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyası da icra olunur. Mərkəzdə yerləşən yarımstansiya qapalı tiplidir və idarəetmə əməliyyatları məsafədən həyata keçirildiyindən daimi işçi heyətinə ehtiyac olmur.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran memorandumun imzalanması zamanı ABŞ-ı üstələyib – "Financial Times"

İran memorandumun imzalanması zamanı ABŞ-ı üstələyib – "Financial Times"

2-ci Dünya müharibəsindən sonra İLK DƏFƏ - Yaponiya kəşfiyyat xidmətini bərpa edir

2-ci Dünya müharibəsindən sonra İLK DƏFƏ - Yaponiya kəşfiyyat xidmətini bərpa edir

Azərbaycan ABŞ-nin Cənubi Qafqaz doktrinasını necə dəyişir?- ANALİZ

Azərbaycan ABŞ-nin Cənubi Qafqaz doktrinasını necə dəyişir?- ANALİZ

Zümrüd Qasımova ayrıldığı həyat yoldaşı ilə - Foto

Zümrüd Qasımova ayrıldığı həyat yoldaşı ilə - Foto

Pelleqrini: Baş Qərvənd kəndindəki məktəb Slovakiya və Azərbaycan dostluğunun simvolu olacaq

Pelleqrini: Baş Qərvənd kəndindəki məktəb Slovakiya və Azərbaycan dostluğunun simvolu olacaq

Zeynəbin axtarışlarına helikopter cəlb olundu - VİDEO

Zeynəbin axtarışlarına helikopter cəlb olundu - VİDEO

TƏBİB-dən vətəndaşlara ÇAĞIRIŞ

TƏBİB-dən vətəndaşlara ÇAĞIRIŞ

Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA

Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA

İran gizli silahını İŞƏ SALIR – Dünya iqtisadiyyatı üçün FƏLAKƏT SSENARİSİ

İran gizli silahını İŞƏ SALIR – Dünya iqtisadiyyatı üçün FƏLAKƏT SSENARİSİ

Zaur Nəbioğluna vəzifə verildi

Zaur Nəbioğluna vəzifə verildi

Ağdərədə avtomobil aşdı - Ər-arvad öldü

Ağdərədə avtomobil aşdı - Ər-arvad öldü

XƏBƏRDARLIQ: Sabah Bakıda güclü külək əsəcək

XƏBƏRDARLIQ: Sabah Bakıda güclü külək əsəcək

Azərbaycanda daha iki dövlət qurumu LƏĞV EDİLİR

Azərbaycanda daha iki dövlət qurumu LƏĞV EDİLİR

Qordon İlham Əliyevlə birgə FOTOSUNU paylaşdı

Qordon İlham Əliyevlə birgə FOTOSUNU paylaşdı

Zelenski: Rusiya döyüş meydanında təşəbbüsü əldən verib

Zelenski: Rusiya döyüş meydanında təşəbbüsü əldən verib

Prezidentlər Ağdamın Baş Qərvənd kəndində məktəb binasının təməlini qoydular - FOTO

Prezidentlər Ağdamın Baş Qərvənd kəndində məktəb binasının təməlini qoydular - FOTO

Prezidentin maşınında selfi çəkdi - Foto

Prezidentin maşınında selfi çəkdi - Foto

Moldova Rusiyaya nota VERDİ

Moldova Rusiyaya nota VERDİ

Təsadüfi ad bənzərliyi yoxsa tarix? - Sumqayıt və Ukraynanın Sumi şəhəri arasında SİRLİ ƏLAQƏ - FOTO

Təsadüfi ad bənzərliyi yoxsa tarix? - Sumqayıt və Ukraynanın Sumi şəhəri arasında SİRLİ ƏLAQƏ - FOTO

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

Ötən ay ən çox bahalaşan və ucuzlaşan MƏHSULLAR – SİYAHI

Ötən ay ən çox bahalaşan və ucuzlaşan MƏHSULLAR – SİYAHI

“AzerGold”un təşkilatçılığı ilə Göygöldə səyyar tibbi müayinə aksiyası keçirildi – FOTO/VİDEO

“AzerGold”un təşkilatçılığı ilə Göygöldə səyyar tibbi müayinə aksiyası keçirildi – FOTO/VİDEO

Masallıda yük maşını yandı – VİDEO

Masallıda yük maşını yandı – VİDEO

Almaniyada həddindən artıq isti havadan sonra güclü dolu yağdı – VİDEO

Almaniyada həddindən artıq isti havadan sonra güclü dolu yağdı – VİDEO

End of content

No more pages to load

RADİO