“Nurəddini ömrümün axırına qədər bağışlamaram, Ramizi tutdurmaq istəyirdi”

Xalq artisti Ramiz Novruzun vəfatından sonra onun ailəsi ilə bağlı duyğusal açıqlamalar davam edir.

Bizim.Media xəbər veri ki, “moderator.az”a danışan sənətkarın ömür-gün yoldaşı Xoşavaz Novruzova mərhum aktyorun xarakteri və ailədaxili münasibətləri ilə bağlı xatirələrini bölüşüb.



“Ramiz doğum günündə hər zaman özü yuxarı başda əyləşərdi. Dəbdəbəni, ailədən kənar insanları sevməzdi. Bir yerə gedəndə yola gətirirdik onu. Elə ki, eşidirdi bir-iki nəfər əlavə insan gələcək, deyirdi ki, “yox, yox, mən getmirəm”. Mən də deyirdim ki, ay Şəfəq, işdən heç kimi götürüb gəlmə də. Ona görə də onu biz gəzintilərə apara bilmirdik. Elə də çox hədiyyə sevən deyildi. Şəfəq ona nərd bağlatdırırdı. Mən ona kostyum alırdım. Bilirdik ki, o özünə geyim alan deyil. Qəribə xarakteri var idi... Mağazaya getməyə utanırdı, çəkinirdi. Hər dəfə onun geyimlərini özüm alardım. Əvvəldən də şərt kəsirdim ki, filankəsin yoldaşıyam, balaca yaxud böyük olarsa gəlib dəyişdirəcəm.

Ramizin yoxluğu mənə daha çox təsir edir. Bir-birimizə olan sevgimiz qarşılıqlı idi. Neçə illər elə gözəl yaşayırdıq ki... Hərdən uşaqlara deyirdim ki, siz gəlməyəndə biz mehriban oluruq, siz gələndə problem çıxır (gülür). Onu biz gülərüzlə xatırlayırıq. O insan xoşbəxtdir ki, ondan keçmişdə belə danışanda üzün gülür. Ağlasam da, sızlasam da elə bilirəm ki, hər gün yanımdadır, bizimlə birlikdə yaşayır. Elə bir gün yoxdur ki, onun adını çəkməyək, həyatda olan insan kimi ondan danışmayaq”.



Xoşavaz Novruzova daha sonra mərhum sənətkarın tələbəlik illərindən və bəzi şəxsi münasibətlərindən danışaraq belə əlavə edib:

“Elə şeylər var ki, insana təsir edir. Biz cavan idik. Ramiz oxuduğu ildə kurslarında ilk ailə həyatı quran da o olmuşdu. İkinci kursda oxuyurdu. Mən də universiteti bitirmişdim. Bizim evimiz var idi, kirayədə qalmırdıq. Evimiz də Nizami kinoteatrının qarşısındakı binada idi. Tələbələrin çoxu o evə gedib-gəlirdi. Mən də yemək hazırlayırdım, süfrə açırdım.

Ən çox evimizə gedib-gələn də Nurəddin Mehdixanlı idi. Onun qulluğunda çox durmuşam. Biz ailəlikcə də yaxın olmuşuq. O da Cəlilabaddan idi. Axşam saat neçəyə qədər oturardı, sonra yataqxanaya gedərdi. Tanış olduğu xanımları belə mənimlə məsləhətləşərdi. Evimizin içi idi. Mən bəzən Ramizin geyimini yuyub ütüləyirdim, onunkunu da edirdim.


 

Ramiz onunla küsülü dünyadan getdi. Bütün günahlar da Nurəddində idi. Çox adamlar onları barışdırmaq istəsə də Ramiz yaxın durmadı. Çünki bu adam ərizəyə qol çəkib Ramizi tutdurmaq istəyirdi. Söhbət bilirsiniz hansı hadisədən gedir? Ramiz Məliklə olan qalmaqaldan. Bu da bir qurma idi. Ramizin nə işi var idi onda? Mən özüm də onda şok oldum ki, Ramiz Məlik hara? Ramiz Novruz hara? Yay vaxtında Ramiz evdən çölə çıxmırdı, ancaq evdə oturub ssenari yazırdı. Qurma bir şey idi.


Ramiz nə qədər deyib ki, çıxıb çöldə danışarıq. Sadəcə öncədən ssenari artıq yazılmışdı. Ramiz Məlik Ramizi başa düşməmişdi. Ramiz də çox hövsələli insan idi. O da vurmuşdu. İkinci yumruğu Ramiz Məlikə vuranda ona Kazım Abdullayev mane olmuşdu. Məqsəd də o idi ki, o Ramiz Məliki vursun və həbs olunsun. İzahat alanda Ramiz Novruzun əleyhinə 3 nəfər qol çəkmişdisə, onlardan biri də Nurəddin Mehdixanlı idi. Bu Ramizə çox pis təsir etmişdi. Qol çəkənlərdən biri Rafiq Əzimov idi. Onu da yoldan çıxarmışdılar. Daha sonra onunla barışdılar.

Amma Nurəddini bağışlamadı. İnsan necə belə addım ata bilərdi? Ramizi tutdurmaq istəyirdilər.

Allah böyükdür. Bu məsələ bəlkə də bir çoxları üçün gizli qalmışdı, amma açıqlama vermək istədim ki, səbəbsiz yerə heç nə olmur. Bu hadisəni indiyə qədər heç kimə açıqlamırdıq. Cavidan çox istədi onları barışdırsın. Ramiz heç cür qəbul etmirdi. Sonda mən də qarışdım ki, Cavidan, əl çək, o bağışlamırsa demək bir bildiyi var. Günahını ört-basdır etmək istəyirdi. Onu nəinki Ramiz, ömrümün sonuna qədər mən də bağışlamaram. Heç bağışlamayacam da”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran memorandumun imzalanması zamanı ABŞ-ı üstələyib – "Financial Times"

İran memorandumun imzalanması zamanı ABŞ-ı üstələyib – "Financial Times"

2-ci Dünya müharibəsindən sonra İLK DƏFƏ - Yaponiya kəşfiyyat xidmətini bərpa edir

2-ci Dünya müharibəsindən sonra İLK DƏFƏ - Yaponiya kəşfiyyat xidmətini bərpa edir

Azərbaycan ABŞ-nin Cənubi Qafqaz doktrinasını necə dəyişir?- ANALİZ

Azərbaycan ABŞ-nin Cənubi Qafqaz doktrinasını necə dəyişir?- ANALİZ

Zümrüd Qasımova ayrıldığı həyat yoldaşı ilə - Foto

Zümrüd Qasımova ayrıldığı həyat yoldaşı ilə - Foto

Pelleqrini: Baş Qərvənd kəndindəki məktəb Slovakiya və Azərbaycan dostluğunun simvolu olacaq

Pelleqrini: Baş Qərvənd kəndindəki məktəb Slovakiya və Azərbaycan dostluğunun simvolu olacaq

Zeynəbin axtarışlarına helikopter cəlb olundu - VİDEO

Zeynəbin axtarışlarına helikopter cəlb olundu - VİDEO

TƏBİB-dən vətəndaşlara ÇAĞIRIŞ

TƏBİB-dən vətəndaşlara ÇAĞIRIŞ

Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA

Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA

İran gizli silahını İŞƏ SALIR – Dünya iqtisadiyyatı üçün FƏLAKƏT SSENARİSİ

İran gizli silahını İŞƏ SALIR – Dünya iqtisadiyyatı üçün FƏLAKƏT SSENARİSİ

Zaur Nəbioğluna vəzifə verildi

Zaur Nəbioğluna vəzifə verildi

Ağdərədə avtomobil aşdı - Ər-arvad öldü

Ağdərədə avtomobil aşdı - Ər-arvad öldü

XƏBƏRDARLIQ: Sabah Bakıda güclü külək əsəcək

XƏBƏRDARLIQ: Sabah Bakıda güclü külək əsəcək

Azərbaycanda daha iki dövlət qurumu LƏĞV EDİLİR

Azərbaycanda daha iki dövlət qurumu LƏĞV EDİLİR

Qordon İlham Əliyevlə birgə FOTOSUNU paylaşdı

Qordon İlham Əliyevlə birgə FOTOSUNU paylaşdı

Zelenski: Rusiya döyüş meydanında təşəbbüsü əldən verib

Zelenski: Rusiya döyüş meydanında təşəbbüsü əldən verib

Prezidentlər Ağdamın Baş Qərvənd kəndində məktəb binasının təməlini qoydular - FOTO

Prezidentlər Ağdamın Baş Qərvənd kəndində məktəb binasının təməlini qoydular - FOTO

Prezidentin maşınında selfi çəkdi - Foto

Prezidentin maşınında selfi çəkdi - Foto

Moldova Rusiyaya nota VERDİ

Moldova Rusiyaya nota VERDİ

Təsadüfi ad bənzərliyi yoxsa tarix? - Sumqayıt və Ukraynanın Sumi şəhəri arasında SİRLİ ƏLAQƏ - FOTO

Təsadüfi ad bənzərliyi yoxsa tarix? - Sumqayıt və Ukraynanın Sumi şəhəri arasında SİRLİ ƏLAQƏ - FOTO

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

Ötən ay ən çox bahalaşan və ucuzlaşan MƏHSULLAR – SİYAHI

Ötən ay ən çox bahalaşan və ucuzlaşan MƏHSULLAR – SİYAHI

“AzerGold”un təşkilatçılığı ilə Göygöldə səyyar tibbi müayinə aksiyası keçirildi – FOTO/VİDEO

“AzerGold”un təşkilatçılığı ilə Göygöldə səyyar tibbi müayinə aksiyası keçirildi – FOTO/VİDEO

Masallıda yük maşını yandı – VİDEO

Masallıda yük maşını yandı – VİDEO

Almaniyada həddindən artıq isti havadan sonra güclü dolu yağdı – VİDEO

Almaniyada həddindən artıq isti havadan sonra güclü dolu yağdı – VİDEO

End of content

No more pages to load

RADİO