SON DƏQİQƏ - DİM nəticələri açıqladı

Azərbaycan dili (dövlət dili) fənni üzrə mayın 4-də keçirilən test imtahanının nəticələri elan olunub.

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 2025-ci il 4 may tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün keçirilən Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanın nəticələri DİM-in internet səhifəsində yerləşdirilib.

Cari ilin məzunları 8 rəqəmli şagird kodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), əvvəlki illərin məzunları isə şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 27337 nəfərdən 433 nəfər imtahana gəlməyib.

Cari ildə məzun olan iştirakçıların toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.
 

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.


Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 29 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak edə bilərlər. İkinci imtahana qeydiyyat 22 may - 10 iyun tarixlərində aparılacaq.
 

Xatırladaq ki, ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanından (4 may və ya 29 iyun) məqbul qiymət alan abituriyentlər iştirak edə bilərlər.


İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 20 may saat 10:00-dan 22 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.

Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

• Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

• Şagirdlərin (abituriyentlərin) müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

• Şagirdlərin (abituriyentlərin) apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra iştirakçılar apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
 

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.


Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl iştirakçılar DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İştirakçıların nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp İranı blokadadan çıxarmaq üçün ŞƏRTİNİ AÇIQLADI

Tramp İranı blokadadan çıxarmaq üçün ŞƏRTİNİ AÇIQLADI

Paytaxtda yeni xəstəxana tikiləcək

Paytaxtda yeni xəstəxana tikiləcək

Küçədə, ictimai nəqliyyatda öz-özünə danışmaq... – Hansı psixoloji problemin XƏBƏRÇİSİDİR?

Küçədə, ictimai nəqliyyatda öz-özünə danışmaq... – Hansı psixoloji problemin XƏBƏRÇİSİDİR?

Suqovuşanda "Prezident Kuboku-2026": Reqatanın ilk mərhələsi başa çatdı

Suqovuşanda "Prezident Kuboku-2026": Reqatanın ilk mərhələsi başa çatdı

55 yaşlı məşhur ana olacaq

55 yaşlı məşhur ana olacaq

FHN Oğuzda 254 şəxsi heyət və 41 texnika ilə təlim keçirdi - FOTO/VİDEO

FHN Oğuzda 254 şəxsi heyət və 41 texnika ilə təlim keçirdi - FOTO/VİDEO

Türkiyə kəşfiyyatı Xomeyni haqqında "tam məxfi" sənəd paylaşdı - FOTO

Türkiyə kəşfiyyatı Xomeyni haqqında "tam məxfi" sənəd paylaşdı - FOTO

Xalq artisti ağır durumda...

Xalq artisti ağır durumda...

Bakıda mənzillərin qiymətləri yüksəldi - VİDEO

Bakıda mənzillərin qiymətləri yüksəldi - VİDEO

Onun sürprizi Əməkdar artisti ağlatdı

Onun sürprizi Əməkdar artisti ağlatdı

Gecə və səhər saatlarında yola çıxacaq sürücülərin NƏZƏRİNƏ

Gecə və səhər saatlarında yola çıxacaq sürücülərin NƏZƏRİNƏ

Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO

Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO

Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır

Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır

Pentaqon İrana qarşı əməliyyatlara nə qədər VƏSAİT xərclədiyini açıqladı - VİDEO

Pentaqon İrana qarşı əməliyyatlara nə qədər VƏSAİT xərclədiyini açıqladı - VİDEO

Leyla Əliyeva Şəkiyə səfərindən paylaşım edib - FOTO

Leyla Əliyeva Şəkiyə səfərindən paylaşım edib - FOTO

Kralın Ukrayna çıxışı Konqresdə belə alqışlandı – VİDEO

Kralın Ukrayna çıxışı Konqresdə belə alqışlandı – VİDEO

Eldar Səlimov İraq DİN-in generalı ilə...

Eldar Səlimov İraq DİN-in generalı ilə...

“Həkim üzünüzü corab çəkən kimi çəkəcək” - FOTO

“Həkim üzünüzü corab çəkən kimi çəkəcək” - FOTO

Bu şura sülhün pozulmasında alət kimi istifadə olunur – QMİ sədri

Bu şura sülhün pozulmasında alət kimi istifadə olunur – QMİ sədri

85 yaşlı Flora Kərimovanın səhhəti pisləşdi: "İki ay əvvəl..."

85 yaşlı Flora Kərimovanın səhhəti pisləşdi: "İki ay əvvəl..."

Dünya azərbaycanlıları Nyu York merinin paylaşımına qarşı petisiya başlatdı

Dünya azərbaycanlıları Nyu York merinin paylaşımına qarşı petisiya başlatdı

Azərbaycanla Uruqvay arasında viza rejimi müzakirə edildi - FOTO

Azərbaycanla Uruqvay arasında viza rejimi müzakirə edildi - FOTO

Hakan Fidan: Avropa Birliyində siyasi iradə yoxdur - VİDEO

Hakan Fidan: Avropa Birliyində siyasi iradə yoxdur - VİDEO

PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib...

PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib...

End of content

No more pages to load

RADİO