Kollec məzunları üçün YOL BAĞLANIR - Bitirənlər müəllim işləyə BİLMƏYƏCƏK

Kollec məzunlarının  işlə təmin olunması, yaxın zamanda bu kadrlara ehtiyac olmayacağı məsələsi gündəmin ən çox müzakirə mövzularındandır.

Bu məzunların məktəbəqədər təhsil müəssisələrinə və məktəbəqədər hazırlıq qruplarına müəllim, tərbiyəçi kimi işə qəbulu demək olar ki, dayandırılıb.

Halbuki indiyədək bu təhsil müəssisəsini bitirənlər pedoqoji sahələrdə işə asanlıqla işə düzələ bilirdilər.

Lakin son illər müəllimlik məsləyinə sahib olanların hər birinin ali təhsil almasının vacibliyi tələbi onların diplomlarını bir növ etibarsız edib.

Bəs, kollec məzunu olanlar bundan sonra nə etməlidirlər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırda kollec, yəni orta ixtisas təhsili istiqamətində kadr hazırlığı qeyri-pedoqoji ixtisaslarda davam etdirilir:

“Həmin ixtisas sahibləri fərqli istiqamətlərdə əmək fəaliyyətinə başlaya bilirlər. Yalnız pedoqoji istiqamətlərdə subbakalavr yox, bakalavr dərəcəsinin tələb olunması onu deməyə əsas verir ki, bir müddət sonra orta ixtisas müəssisələrini pedoqoji ixtisas üzrə bitirənlər dövlət təhsil müəssisələrində çalışmaq imkanını itirəcəklər.
 

Ona görə də onlara tövsiyəmiz ondan ibarətdir ki, çalışıb qarşıdakı dövr ərzində bakalavr pilləsi üzrə ali təhsil alsınlar. Subbakalavrdan bakalavra keçid də ala bilərlər. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, müsabiqədə də iştirak edə bilərlər. Bu fürsətlərdən yararlansınlar”.


Ekspert qeyd edib ki, əvvəlki dövrlərdə müxtəlif sferalarda kadr ehtiyacı kifayət qədər çox olduğu üçün kolleclərin kadr yetişdirməsi labüd idi:

“Xüsusilə pedoqoji  kolleclər kadr hazırlığını həyata keçirməyə məcbur idilər. İndi isə müasir çağırışlar göstərir ki, kollec təhsili mövcud təhsil standartları ilə ayaqlaşa bilmir. Ona görə də hazırda tədricən pedoqoji yöndə kollec yox, ali təhsil istiqamətində kadrların hazırlanması və onların gələcəkdə iş təminatının daha yaxşı olması əsas şərtlərdən biridir.

Ona görə də yaxşı olar ki, kollec təhsili istiqamətində təhsil alan şəxs mütləq ixtisasını inkişaf etdirsin. Subbakalavrın bakalavr səviyyəsini də mənimsəsin. Yaxud da əmək bazarında daha çox ehtiyac duyulan sahələr üzrə təhsil alsın”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

“Yox” deməyi bacarmayan 5 BÜRC

“Yox” deməyi bacarmayan 5 BÜRC

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

Mbappe Fransa futbol tarixinə düşdü

Mbappe Fransa futbol tarixinə düşdü

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

End of content

No more pages to load

RADİO