Elgün anası ilə sonuncu dəfə nə danışıb?

Xəbər verdiyimiz kimi, mayın 12-si axşam saatlarında Gəncədə 18 yaşlı Elgün İbrahimov küçədə döyülüb və ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Hadisəni kimin törətdiyi məlum deyil. Hüquq-mühafizə orqanları cinayət əməlini törədən şəxs və şəxslərin axtarışını davam etdirir.

Bizim.Media xəbər verir ki, Elgün İbrahimovun anası Fizzə xanım Modern.az-a açıqlamasında oğlunun çox sakit təbiətli olduğunu bildirib:

“Bəlkə də bu vəhşiliyi Elgünün dost bildiyi kimsə edib. Dünən axşam prokurorluqda olmuşuq, dedilər narahat olmayın, mütləq tapılacaq. O nə dalaşqan, nə pis iş tutan uşaq olub. Həm oxuyurdu, həm işləyirdi. 5 fənndən hazırlığa gedirdi. Onun boş vaxtı yox idi ki, kənar işlərlə məşğul olsun. Əksinə hamını bir araya gətirən uşaq idi. Dostları çox idi, həm qız, həm də oğlan. Hamı ilə də mehriban idi. Sevdiyi bir qız da olmayıb ki, deyim onun üstündə olub bu dəhşət”.


Fizzə İbrahimova Elgünlə olan son söhbətindən də danışıb:


“Repetitor yanında hazırlıqlarından başqa o bazar günləri restoranda ofisiant işləyirdi. İmtahanına 15 gün qalmışdı, istəmirdim dərslərindən yayınsın, gecə yorğun gəlib yatdı, ertəsi gün informatika hazırlığına hazırlaşdı, öpüb yola saldıq, axırıncı dəfə elə o hazırlıqda olub. Danışdım, dedi “Son zəng” hazırlığına gedirəm.

Ondan sonra neçə dəfə yığsam da, zəng çatmadı Elgünə. Sinif yoldaşları ilə də danışdım, ümumiyyətlə son zəng hazırlığına getməyib, informatika hazırlığı yoldaşları da Elgünün onlardan aralanıb, tək getdiyini bildirdi. Mənim övladım həyat dolu idi, ona restoranda “Son zəng” qonaqlığı verəcəkdik. Arzuları gözündə qaldı.

Heç bir səbəb mənim balamı o vəziyyətə qoymağa əsas vermir. Onun məktəbində də “Son zəng” ləğv edildi, bütün dostları imtahana hazırlaşmağa həvəslərini itiriblər. Mən də onlara Elgün üçün oxuyun deyirəm”.

Qeyd edək ki, qətlə yetirilən Elgün Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi imiş. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstəribmiş.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

“Yox” deməyi bacarmayan 5 BÜRC

“Yox” deməyi bacarmayan 5 BÜRC

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

Mbappe Fransa futbol tarixinə düşdü

Mbappe Fransa futbol tarixinə düşdü

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

End of content

No more pages to load

RADİO