2024-cü ildə insan alveri qurbanlarının respublikanın rayon və şəhərləri üzrə bölgüsü məlum olub.
Bizim.Media xəbər verir ki, bu məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında təqdim edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.
Məlumata görə, Bakıda 19, Gəncədə 8, Ağcabədi və Abşeronda 5, Lənkəranda 4, Beyləqan, Bərdə, Biləsuvar, Qubada 3, Şamaxı, Şirvan, Sumqayıt, Sabirabad, Mingəçevir, Füzuli, Xaçmaz, Göygöl, Xocavənddə 2, Astara, Ağdaş, Ağstafa, Ağsu, Tərtər, Tovuz, Qax, Siyəzən, Naxçıvan, Cəliləbad, Kürdəmir, Goranboy, Şəki, Şabran, Şəmkir, Göyçay, Yevlax, Ucar, Gədəbəy və Zərdabda isə 1 nəfər insan alveri qurbanı müəyyən edilib.
Günay Şahmar, Bizim.Media