Xankəndidə ilk dəfə qəbul imtahanı KEÇİRİLƏCƏK

Dövlət İmtahan Mərkəzi Xankəndi şəhərində ilk dəfə qəbul imtahanı keçirəcək.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.
 

Bildirilib ki, mayın 25-də II və III, iyunun 1-də isə I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları respublikamızın 24 şəhər və rayonunda təşkil olunacaq.


Sevindirici haldır ki, Dövlət İmtahan Mərkəzi həm mayın 25-də, həm də iyunun 1-də Xankəndi şəhərində də qəbul imtahanları keçirəcək. Bu işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır.

İmtahanlar Qarabağ Universitetində təşkil olunacaq. İmtahanlarda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər.

Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məkətbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndi şəhərində verəcəklər. Mayın 25-də keçiriləcək imtahanda 51, iyunun 1-də keçiriləcək imtahanda isə 21 abituriyentin iştirakı nəzərdə tutulur.
 

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi 2023-cü ildən etibarən işğaldan azad olunan bölgələrdə ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilməsinə başlayıb. İlk buraxılış imtahanı Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində keçirilib.


Daha sonra Laçın (Laçın şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəbi), Füzuli (M.Uluqbəy adına 1 nömrəli məktəb) və Ağdərədə (Talış kənd tam orta məktəbi), 2025-ci ildə isə Şuşa (1 nömrəli tam orta məkətb), Xankəndi (4 nömrəli tam orta məktəb), Xocalı (1 nömrəli tam orta məktəb), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb) və Laçında (Sus kənd tam orta məktəbi) ilk dəfə buraxılış imtahanları keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

“Yox” deməyi bacarmayan 5 BÜRC

“Yox” deməyi bacarmayan 5 BÜRC

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

Mbappe Fransa futbol tarixinə düşdü

Mbappe Fransa futbol tarixinə düşdü

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

End of content

No more pages to load

RADİO