Məktəblərdə yay tətili qısaldılır?

“Məktəblərdə tədris müddətinin artırılması və yay tətilinin qısaldılması məsələsi cəmiyyət üçün sadəcə təqvim dəyişikliyi deyil, həm də pedaqoji və sosial nəticələri olan ciddi qərardır”.

Bizim.Media xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlama verən Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov qeyd edib.

Ekspertin sözlərinə görə, sosial şəbəkələrdə yay tətilinin uzunluğu ilə bağlı səsləndirilən: “bizdə 3 ay, Avropada isə cəmi 6-7 həftədir” fikri haqlı görünə bilər:

“Ancaq bu müqayisələr kontekstdən kənar aparıldığı zaman yanıldıcı olur. Tədris müddətinin artırılması yalnız rəsmi günlərin çoxalması ilə deyil, bu müddətin nə dərəcədə effektiv istifadə olunduğu ilə ölçülür.
 

Statistik olaraq, Azərbaycanda məktəblərin tədris ili sentyabrın 15-dən iyunun 14-dək davam edir və bu, təxminən 34 həftəlik bir dövrü əhatə edir. Bu isə, texniki baxımdan, bir çox Avropa ölkəsindəki – məsələn, Almaniyada və ya Danimarkada 38-40 həftəlik - tədris müddətindən qısadır. Amma burada əsas məsələ dərs ili deyil, tədrisin keyfiyyəti və intensivliyidir.


“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd olunur ki, tədris prosesi yalnız təqvim planlaması ilə deyil, məzmun və metodika baxımından da modernləşdirilməlidir. Yəni sadəcə dərs müddətini artırmaqla nəticə əldə etmək mümkün deyil. Əgər hazırkı tədris prosesi aşağı effektivliklə təşkil olunursa - yəni dərslər əzbərləmə, passiv tədris, yüklü və mənasız ev tapşırıqları ilə doludursa - bu sistemi daha da uzatmaq yalnız uşaqların fiziki və psixoloji tükənməsinə səbəb olacaq”.

“Tədris müddətinin artırılması yalnız o halda məqsədəuyğundur ki, bu dəyişiklik tədris planlarının yüngülləşdirilməsi, praktiki öyrənmənin artırılması, yaradıcı və layihə əsaslı metodların tətbiqi, fənn proqramlarının şaxələndirilməsi ilə müşayiət olunsun”,- deyə ekspert fikrinə əlavə edib:

“Misal üçün, Finlandiyada və Estoniyada dərs ili daha uzun olsa da, dərslər layihə əsaslıdır, şagirdlər sinifdə müəllimi sadəcə dinləmir, özləri araşdırır, təqdim edir, tədqiqat aparır. Bu yanaşmada tədrisin keyfiyyəti müddətdən daha vacib sayılır.

Azərbaycanda isə dərs saatı artdıqca, öyrənmənin keyfiyyəti yüksəlmir, sadəcə dərs yükləri və stress artır.

Yay tətilinin qısaldılması məsələsi isə digər həssas məsələdir. 3 aylıq yay tətili sovetdənqalma bir sistemin mirasıdır və bir çox hallarda bu müddət effektiv istifadə olunmur. Amma məsələ təkcə uzun tətildə deyil.

Azərbaycanda iqlim xüsusiyyəti nəzərə alınmalıdır. Məsələn, iyul və avqust aylarında ölkənin böyük hissəsində temperatur +35-40°C arasında dəyişir və məktəblərin çoxu hələ də kondisioner və soyutma sistemi ilə təmin olunmayıb. Bu halda tədris müddətini iyul ayına qədər uzatmaq real təhsilə yox, rəsmi “vaxt doldurmağa” çevrilə bilər. Danimarka və Almaniyada isə məktəblərdə şərait bu tip dəyişikliklərə uyğunlaşdırılıb və iqlim də daha mülayimdir.
 

Digər tərəfdən, Azərbaycan ailə modeli hələ də yay tətilini ailəvi birlik, kəndə getmək, babagilə yollanmaq, yay məktəblərində iştirak və fərdi inkişaf üçün istifadə edir. Yay tətili təkcə dərsdən uzaqlaşma deyil, həm də sosial və emosional inkişaf üçün önəmlidir.


Əgər tədris müddəti artırılacaqsa, bu zaman yay aylarında məktəb daxili yay məktəbləri, seçmə kurslar, istedadlı uşaqlar üçün əlavə inkişaf proqramları tətbiq olunmalıdır. Yəni məcburi ümumi dərs yox, seçimli və maraq əsaslı fəaliyyətlər təşkil olunmalıdır”.

K.Əsədov bildirib ki, əgər məqsəd dərsin müddətini yox, dəyərini artırmaqdırsa, bu zaman dəyişikliklər əsaslandırılmış şəkildə həyata keçirilə bilər:

“Əgər bu addım atılacaqsa, ilk növbədə bu şərtlər mövcud olmalıdır: Məktəblərin maddi-texniki bazası (ventilyasiya, soyutma, rahatlaşdırılmış sinif strukturu) təmin olunmalı, tədris planları mərhələli yüngülləşdirilməli, lakin yay aylarında şagirdin yaradıcılığı və sosial bacarıqları üzərində qurulmuş modul dərslər əlavə olunmalı, müəllimlərin əmək haqqı və iş yükü də bu uzadılmış müddətə uyğunlaşdırılmalıdır ki, bu dəyişiklik müəllim üçün də stimul yaradılmalıdır. Valideynlərə və ictimaiyyətə bu addımın məqsədi və nəticəsi şəffaf və əsaslandırılmış şəkildə izah olunmalıdır.
 

Qısacası, Azərbaycan təhsilində tədris müddətinin artırılması yalnız “başqaları ilə müqayisə” motivasiyası ilə yox, yerli kontekst, iqlim şəraiti, mövcud resurslar, psixoloji və pedaqoji əsaslandırma ilə həyata keçirilməlidir.


Əgər məqsəd dərsin müddətini yox, dəyərini artırmaqdırsa, bu zaman dəyişikliklər əsaslandırılmış şəkildə həyata keçirilə bilər. Əks halda, bu qərar təhsilə yox, onun qəbul olunmasına mənfi təsir edəcək. Bizə çox dərs saatı yox, çox öyrədən dərs lazımdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

“Yox” deməyi bacarmayan 5 BÜRC

“Yox” deməyi bacarmayan 5 BÜRC

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

Mbappe Fransa futbol tarixinə düşdü

Mbappe Fransa futbol tarixinə düşdü

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

End of content

No more pages to load

RADİO