“Şərurlu İsfəndiyar” 9 gün sonra HƏBS EDİLƏCƏK?

“Məni həbs edin, canım qurtarsın...”. Bu, “Şərur” MTK-nın sahibi, tanınmış iş adamı İsfəndiyar Axundovun məhkəmədə dediyi sözlərdir. İsfəndiyar Axundovu məhkəməyə çəkən isə “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovdur.

Bizim.Media xəbər verir ki, İsfəndiyar Axundov Emil Səməndərovu, onun barəsində yekun məhkəmə qərarı olmadan dələduz adlandırıb.

Sonuncu bu sözləri böhtan və təhqir hesab etdiyindən Binəqədi Rayon Məhkəməsində xüsusi ittiham qaydasında şikayət təqdim edib.

İsfəndiyar Axundov düz 6 məhkəmə iclasına gəlməyib. Əslində, bu əməl məhkəməyə sayğısızlıq kimi dəyərləndirilə bilər. Onu yerinə elə xüsusi ittihamçı Emil Səməndərov olsaydı, yəqin ki, barəsində bir tədbir görülərdi. İsfəndiyar Axundov əsaslı bir səbəb göstərmədən məhkəmənin çağırışlarına gəlməyib və ona “gözün üstə qaşın var” deyən də olmayıb.

Maraqlıdır ki, vəkili bunu İsfəndiyar Axundovun savadsızlığı ilə izah edib.

“Onun savadı yoxdur, hüquqi prosesləri anlamır”, - bu da vəkilinin sözləridir. İsfəndiyar Axundov məhkəməyə gəlmək istəmir, amma məhkəməyə gəlmədiyi üçün verilən həbs qətimkan və ölkədən çıxış qadağası vəsatətlərinə də etiraz edir. Özü hesab edir ki, kimsə onu aldada bilməz, amma hər kəs onu günahkar saya bilər.

“Məhkəmənin gedişini necə qiymətləndirirsiniz?” sualına verdiyi cavabı da, İsfəndiyar Axundovun cəzasız qalacağına güvənci kimi də dəyərləndirmək olar. O, hakimin 6 çağırışını iqnor edib məhkəmə prosesi getmir və “Get, hakimdən soruş…”, deyir.

Məhkəmədə bir tərəfdə şikayətçi Emil Səməndərov, o biri tərəfdə isə özünü “qurban” kimi təqdim edən İsfəndiyar Axundov dayanıb.

Görəsən, İsfəndiyar Axundovun “savadım yoxdur” müdafiə xəttini seçməsi xilas edəcəkmi? Onu qarşı tərəfi dələduz adlandırmasının məsuliyyətindən azad olunmasına yol açacaqmı?

Bəlkə də, biz bu məhkəməyə hüquqi hadisə kimi yox, ictimai dram kimi baxmalıyıq. Axı burada artıq söhbət təkcə böhtandan, təhqirdən getmir. Bu işin simasında zənginlik, məsuliyyətsizlik və cəzasızlıq görünür.

İsfəndiyar Axundovun hələ də azadlıqda olmasını sadəcə hüquqi prosesin təmkinliyi kimi qiymətləndirmək də çətindir. Bu, ədalətin yubanmasına bəraət qazandırmır. İsfəndiyar Axundovun “xahiş etmişəm ki, məni həbs etsinlər” deməsi də ziddiyyətlidir. Cinayət törətməkdə ittiham edilən İsfəndiyar Axundov məhkəmədə özünü günahsız bilir, amma həbs olunmaq istədiyini deyir. Görəsən, bu hansı hüquq fəlsəfəsində yazılıb?

Bəs İsfəndiyar Axundov özü demişkən, “can qurtaran” cəzanın müddəti nə qədər ola bilər?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, əgər İsfəndiyar Axundova qarşı irəli sürülmüş ittihamlar Cinayət Məcəlləsinin 147.2-ci (böhtan – ağır və ya xüsusilə ağır cinayətdə ittiham etmə) və 148-ci (təhqir) maddələri üzrə təsdiqlənərsə, məhkəmə onun barəsində azadlıqdan məhrumetmə də daxil olmaqla, bir neçə cəzadan birini seçə bilər:

-Bu maddələr xüsusi ittiham qaydasında baxılan işlərə aiddir. Yəni belə işlərdə ittihamçı kimi dövlət ittihamçısı deyil, zərərçəkmiş şəxs, bu halda Emil Səməndərov özü ittihamı irəli sürüb və cinayət təqibinə başlayıb.

Azərbaycan Cinayət Məcəlləsinin 147.2-ci maddəsi, yəni böhtan atma, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etmədir. Bir şəxsin barəsində məhkəmə hökmü olmadan ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham etmək cinayət məsuliyyəti yaradır. Belə əmələ görə məhkəmə cəza tədbiri olaraq 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verə bilər.
 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi, yəni təhqir etmə, şərəf və ləyaqətin alçaldılmasıdır. Təhqir ictimai şəkildə, KİV vasitəsilə və ya ictimai çıxışda ifadə edilərsə bu halda 500 manatdan 1000 manatadək cərimə, və ya 1 ilədək islah işləri cəzası verilə bilər. Hakim 6 ayadək azadlığın məhdudlaşdırılması cəzası da təyin edə bilər.


Natiq Ələsgərov deyib ki, əgər İsfəndiyar Axundovun əvvəllər məhkumluğu yoxdursa, ictimai fəaliyyəti və yaşı, həmçinin zərərin xarakteri və məhkəmədəki davranışı yüngülləşdirici hallar sayılarsa, bu halda məhkəmə onun barəsində azadlıqdan məhrumetmə deyil, cərimə, şərti cəza və ya ictimai işlər kimi yüngül alternativ cəzalarla kifayətlənə bilər.

Bununla belə, xüsusi ittihamçı İsfəndiyar Axundovun ona böhtan və təhqiri qəsdən və ictimai şəkildə etdiyini sübut etsə, eyni zamanda İsfəndiyar Axundov prosesi uzatmaqda və iştirakdan yayınmaqda davam etsə, əvvəllər də bu tip hallara yol veribsə, bu halda məhkəmə onun barəsində azadlıqdan məhrumetmə cəzası da təyin edə bilər. İttihamlar sübuta yetirilsə, İsfəndiyar Axundovu maksimum olaraq 2 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Amma bu, məhkəmənin sonda verəcəyi faktiki sübutlara əsaslanan qərardan asılı olacaq.

Məhkəmənin növbəti iclası mayın 24-nə təyin olunub. Həmin gün İsfəndiyar Axundov üçün azadlığın son günü ola bilər. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putindən Trampa TƏKLİF: Qələbə Günü ATƏŞKƏSƏ hazıram

Putindən Trampa TƏKLİF: Qələbə Günü ATƏŞKƏSƏ hazıram

Xalq artisti AĞLADI: “Qızım məndən ayrılır…” - VİDEO

Xalq artisti AĞLADI: “Qızım məndən ayrılır…” - VİDEO

Həm Azərbaycan, həm də Kolumbiya mina problemindən əziyyət çəkir... - FOTO

Həm Azərbaycan, həm də Kolumbiya mina problemindən əziyyət çəkir... - FOTO

Bəzi ərazilərdə qaz kəsiləcək

Bəzi ərazilərdə qaz kəsiləcək

Birinci Liqa: “Mingəçevir”dən böyükhesablı qələbə - VİDEO

Birinci Liqa: “Mingəçevir”dən böyükhesablı qələbə - VİDEO

Pentaqondan Ukrayna ilə bağlı ETİRAF: onları kəşfiyyat məlumatları ilə təmin edirik

Pentaqondan Ukrayna ilə bağlı ETİRAF: onları kəşfiyyat məlumatları ilə təmin edirik

Qalibaf: Tramp İranı məhv etməyə çalışır

Qalibaf: Tramp İranı məhv etməyə çalışır

AFFA millimizin baş məşqçisi ilə bağlı qərar verdi

AFFA millimizin baş məşqçisi ilə bağlı qərar verdi

Məktəbli idmançılar Türkiyədən medallarla qayıtdılar - FOTOLAR

Məktəbli idmançılar Türkiyədən medallarla qayıtdılar - FOTOLAR

Tramp İranı blokadadan çıxarmaq üçün ŞƏRTİNİ AÇIQLADI

Tramp İranı blokadadan çıxarmaq üçün ŞƏRTİNİ AÇIQLADI

Paytaxtda yeni xəstəxana tikiləcək

Paytaxtda yeni xəstəxana tikiləcək

Küçədə, ictimai nəqliyyatda öz-özünə danışmaq... – Hansı psixoloji problemin XƏBƏRÇİSİDİR?

Küçədə, ictimai nəqliyyatda öz-özünə danışmaq... – Hansı psixoloji problemin XƏBƏRÇİSİDİR?

Suqovuşanda "Prezident Kuboku-2026": Reqatanın ilk mərhələsi başa çatdı - FOTO

Suqovuşanda "Prezident Kuboku-2026": Reqatanın ilk mərhələsi başa çatdı - FOTO

55 yaşlı məşhur ana olacaq

55 yaşlı məşhur ana olacaq

FHN Oğuzda 254 şəxsi heyət və 41 texnika ilə təlim keçirdi - FOTO/VİDEO

FHN Oğuzda 254 şəxsi heyət və 41 texnika ilə təlim keçirdi - FOTO/VİDEO

Türkiyə kəşfiyyatı Xomeyni haqqında "tam məxfi" sənəd paylaşdı - FOTO

Türkiyə kəşfiyyatı Xomeyni haqqında "tam məxfi" sənəd paylaşdı - FOTO

Xalq artisti ağır durumda...

Xalq artisti ağır durumda...

Bakıda mənzillərin qiymətləri yüksəldi - VİDEO

Bakıda mənzillərin qiymətləri yüksəldi - VİDEO

Onun sürprizi Əməkdar artisti ağlatdı

Onun sürprizi Əməkdar artisti ağlatdı

Gecə və səhər saatlarında yola çıxacaq sürücülərin NƏZƏRİNƏ

Gecə və səhər saatlarında yola çıxacaq sürücülərin NƏZƏRİNƏ

Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO

Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO

Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır

Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır

Pentaqon İrana qarşı əməliyyatlara nə qədər VƏSAİT xərclədiyini açıqladı - VİDEO

Pentaqon İrana qarşı əməliyyatlara nə qədər VƏSAİT xərclədiyini açıqladı - VİDEO

Leyla Əliyeva Şəkiyə səfərindən paylaşım edib - FOTO

Leyla Əliyeva Şəkiyə səfərindən paylaşım edib - FOTO

End of content

No more pages to load

RADİO