Bu il ən çox bahalaşan MƏHSULLAR – SİYAHI

Dövlət Statistika Komitəsinin məlumatına görə 2025-ci ilin aprel ayında istehlak qiymətləri indeksi 2024-cü ilin aprel ayına nisbətən 6,3 faiz artıb.

Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,6 faiz, qeyri-qida məhsulları üzrə 2,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,6 faiz artıb.

Hazırda Azərbaycan Mərkəzi Bankının pul kredit siyasətində illik inflyasiya hədəfi 2%-6% diapazonunda götürülür.

Göründüyü kimi illik inflyasiya Mərkəzi Bankın hədəf çərçivəsindən “çıxıb”.

Növbəti aylarda inflyasiya daha da böyüyə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, pandemiya və pandemiyaya qarşı mübarizə metodologiyasında inkişaf etmiş ölkələr əsasən monetar və fiskal siyasətdən istifadə etdilər:

“Bu siyasət də ona gətirib çıxardı ki, dünya iqtisadiyyatını inflyasiya bürüdü və 2022-ci il tarixə inflyasiya ili kimi düşdü. Təbii ki, Azərbaycan da bu proseslərdən kənarda qalmadı. Ölkə iqtisadiyyatı inflyasiyaya uğramış oldu və inflyasiya bu gün də davam edir.

Rəsmi statistikaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz inflyasiya artımı var. Amma əvvəlki aya nisbətən inflyasiyanın həcmi 0,3 faizdir. Əslində bir çox ekspertlər proqnozlaşdırmışdı ki, 2025-ci ilin may ayından başlayaraq strukturlu səviyyədə inflyasiyada səngimə baş verəcək. Son aydakı 0,3 faizlik inflyasiya da onu göstərir ki, proses səngiməyə doğru gedir. Ən azından inflyasiya Mərkəzi Bankın proqnozlaşdırdığı səviyyədə olacaq. Yəni inflyasiyanın çərçivədən çıxması və 2 rəqəmlə ifadə edilməsi ehtimalı yoxdur”.

Müsahibimiz bildirib ki, ötən aylarda inflyasiya daha çox qida məhsullarının qiymətlərində olub:

“Qeyri-qida məhsullarının qiymətində inflyasiya proqnozlaşdırılan səviyyədədir. Ümumiyyətlə, inflyasiyanın ölçülməsindəki əyarlara differensil qayda ilə yanaşsaq, daha obyektiv, daha dolğun məlumatı əldə edə bilərik. Məsələn, inflyasiya daha çox birinci dərəcəli məhsulların qiymətində nəzərə çarpır. Yəni gündəlik tələbat nəyədirsə, o məhsullar daha çox bahalaşır. Amma az istifadə edilən və qeyri-ərzaq məhsullarının qiymətində inflyasiya çox zəifdir”.

Fuad İbrahimov qeyd edib ki, inflyasiya səviyyəsinin aşağı salmağın yeganə yolu yerli istehsalı stimullaşdırmaqdır:

“İdxaldan asılılıq azaldıqca dünya bazarındakı inflyasiya ölkəmizə daha az təsir edəcək. Bununla belə son aydakı inflyasiyanın səviyyəsinin elastikliyini nəzərə alaraq deyə bilərik ki, ikinci rübün sonlarına doğru inflyasiyanın səviyyəsi MB-nın proqnozlaşdırdığı həcmdə olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?

Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

“Yox” deməyi bacarmayan 5 BÜRC

“Yox” deməyi bacarmayan 5 BÜRC

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

Mbappe Fransa futbol tarixinə düşdü

Mbappe Fransa futbol tarixinə düşdü

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

End of content

No more pages to load

RADİO