Koronavirus yenidən QAPIDA - Yoluxmalarla bağlı SON VƏZİYYƏT

Xəbər verdiyimiz kimi, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub. Nazir bu səbəbdən Bakıda keçirilən “Caspian Agro” sərgisində iştirak edə bilməyib.

Ölkədə, həmçinin, koronavirus pandemiyası səbəbilə xüsusi karantin rejimi davam edir. Lakin karantin elan olunduğu vaxt, yəni 2020-ci ilin mart ayında tətbiq edilən qadağalardan demək olar ki, hamısı ləğv edilib. Hazırda pandemiya səbəbindən təkcə quru sərhədlər qapalıdır.

Bundan başqa, paytaxtda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavələr verilir. Baş nazirin qərarı ilə əlavələrin verilməsi müddəti iyul ayınadək uzadılıb.

Bunlar ölkədə hələ də koronavirusa yoluxanların olduğunu göstərir. Lakin uzun müddətdir COVID-19 infeksiyasına yoluxanların statistikası haqqında məlumat verilmir.

Koronavirusa yoluxan, sağalan və xəstəlikdən vəfat edənlərin sayı ilə bağlı sonuncu statistika 2024-cü ilin yanvar ayına aiddir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın 2 fevral 2024-cü ildə yaydığı məlumata görə, Azərbaycanda bir ay ərzində 325 nəfər yeni növ koronavirusa yoluxub. Ay ərzində 14 min 333 test verilib və 21 nəfər xəstəlik səbəbindən vəfat edib.

Bu məlumatın üzərindən bir il 4 aya yaxın müddət keçib.

Maraqlıdır, ölkədə karantin rejimi davam edirsə və hələ də koronavirusa yoluxanlar varsa, xəstələnən və ya həyatını itirənlər barədə niyə əvvəlki qaydada gündəlik, həftəlik, yaxud aylıq məlumatlar verilmir?

Dəfələrlə həm Səhiyyə Nazirliyinə, həm də Operativ Qərargaha koronavirusa yoluxan, sağalan və aparılan test sayı ilə bağlı sorğu ünvanlasaq da, sorğularımız cavabsız qalıb.

Son zamanlar koronavirusa yoluxma halları ilə bağlı Bizim.Media-ya danışan terapevt Rasif Bağırov deyib ki, koronavirusa kütləvi yoluxma yoxdur:


“Xüsusi karantin rejiminin niyə davam etməsi haqqında bir söz deyə bilmərəm. Çünki bütün dünyada karantin ləğv edilib və heç bir ölkədə də stastistik məlumat yoxdur. Həmçinin, bizdə də.

Adi viruslara yoluxmalar var. O da həmişə rast gəldiyimiz viruslardır. Onunla bağlı həyəcan təbili çalmağa ehtiyac yoxdur.

Sadəcə, İranda bir neçə koronavirusa yoluxma halları aşkar edilib, amma hansı variantı olduğu məlum deyil. Adətən, onlarda da, bizdə də rast gəlinən tək-tük hallar COVID-19-un ən yüngül variantına uyğun gəlir. Yəni insanların ölümü ilə nəticələnməyən hallara yoluxma ola bilər. Müəyyən infeksiya varsa, onun qarşısını almaq lazımdır. Amma kəskin şəkildə müəyyən məhdudlaşdırmaya getməyə ehtiyac yoxdur”.

Günay Şahmar, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?

Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

“Yox” deməyi bacarmayan 5 BÜRC

“Yox” deməyi bacarmayan 5 BÜRC

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

Mbappe Fransa futbol tarixinə düşdü

Mbappe Fransa futbol tarixinə düşdü

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

End of content

No more pages to load

RADİO