Bakı əhalisi ilə bağlı kritik proses – Onlar şəhərdən çıxarıla bilər

Türkiyəli aktrisa Nurgül Yeşilçayın İstanbuldan köçməsi sosial şəbəkələrdə geniş müzakirə olunur. Bu tendensiya təkcə Türkiyədə deyil, dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda da müşahidə edilir.
 

Məşhur simalar sıxlıqdan, tıxaclardan və insanların aqressiv davranışlarından yorularaq böyük şəhərləri tərk etməyə üstünlük verdiklərini bildirirlər. Məsələn, azərbaycanlı müğənni Abbas Bağırov da bu səbəbdən paytaxt Bakını tərk edərək Gəncəyə köçmüşdü. O, şəhərdəki tıxacların gündəlik həyatına mənfi təsir etdiyini bildirmişdi.
Bu proses gələcək üçün nə vəd edir?


Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan sosioloq Elçin Bayramlı deyib ki, sözügedən proses inkişaf etmiş dövlətlərdə azı 20-30 ildir, davam edir:
“Bir sıra Avropa ölkələrində, ABŞ-da, Yaponiyada şəhərlər ekoloji, sosial, iqtisadi, sağlamlıq, psixoloji cəhətdən yaşanmaz vəziyyətə çatıb. İmkanı olan şəxslər, xüsusilə də məşhur insanlar, biznesmenlər çalışırlar ki, kiçik şəhərlərə, kəndlərə köçsünlər, orada fəaliyyət göstərsinlər.

Meqapolislərin yaranması qeyri-təbii həyat formasının ortaya çıxmasına səbəb olur. Şəhərlər artıq dəhşətli məkana çevrilib. Ona görə də bütün imkanlardan istifadə edərək, qaçmaq lazımdır.

Digər tərəfdən, Avropa ölkələrində paytaxt əhalisi çox azdır. Azərbaycanda isə insanların 50 faizi Bakıda məskunlaşıb. Regionlarda yaşamaq üçün imkanlar yoxdur. İş yerləri azdır, sosial-mədəni obyektlər yoxdur və sair. Belə şəraitdə bizdə əks proses – şəhərə axın daha sürətli gedir, nəticədə kəndlər, regionlar boşalır”.

Sosioloq bildirib ki, Bakıda müşahidə olunan sıxlıq həm də xəstəlik mənbəyinə çevrilir:

“Yaxın 15 ildə şəhərlər dəhşətli vəziyyətə çatacaq. Yaşayış xərcləri həddən artıq bahalaşacaq, ekoloji durum pisləşəcək, hərəkət imkanları çətinləşəcək. Ona görə də indidən ağıllı insanlar şəhərlərdən kənara köçməyə çalışırlar. Regionları inkişaf etdirmək, Bakıdakı əhalinin ən azı yarısını regionlara yönəltmək lazımdır.

Bu baxımdan, “Kəndə qayıdış” adlı böyük bir proqram hazırlanmalı, regionlarda müxtəlif vergi güzəştləri, dövlət yardımları, biznes kreditləri, özünüməşğulluq çərçivəsində dəstəklər və sair olmalıdır. Eyni zamanda işğaldan azad olunmuş ərazilər çox böyük potensiala malikdir, elə bir milyon insanı ora köçürmək mümkündür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?

Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

“Yox” deməyi bacarmayan 5 BÜRC

“Yox” deməyi bacarmayan 5 BÜRC

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

Mbappe Fransa futbol tarixinə düşdü

Mbappe Fransa futbol tarixinə düşdü

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

End of content

No more pages to load

RADİO