Xaçmazın Fərzəlioba kəndində bıçaqlanma hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakini 31 yaşlı Səbuhi Firudin oğlu Mahmudov həmkəndlisi, 41 yaşlı Mübariz Zahuddin oğlu Şıxmuradovu bıçaqlayıb. Boğaz nahiyəsindən xəsarət alan yaralı Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə saxlanılan Səbuhi Mahmudov Mübariz Şıxmuradovun cinsiyyət orqanını kəsib.
Səbuhi Mahmudov Xaçmaz polisi tərəfindən saxlanılıb.
Fakta görə araşdırma başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu