İƏT Ölkələri Gənc Sahibkarlarının 11-ci Beynəlxalq Forumu Kazanda öz işinə başladı - FOTO

15 may 2025 Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏGF Avrasiya Regional Mərkəzi), Tatarıstan Respublikası Gənclərlə İş Nazirliyi, Tatarıstan Respublikası "Selet" Gənclər Fondu və bu regionu təmsil edən Gənclərin Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənc Sahibkarların 11-ci Beynəlxalq Forumu öz işinə başlayıb.

Bizim.Media xəbər verir ki, Selet-Batır Gənclər Mərkəzində baş tutan Forumun açılış mərasimində Tatarıstan Respublikası başçısının köməkçisi Timur Suleymanov, İƏGF Avrasiya Regional Mərkəzinin direktoru Rafiq İsmayılov, Çuvaş Respublikasından bələdiyyə sədri Rudof Selivanov, bu respublikanın Gənclər Siyasəti departamentinin sədri Kiril Lukin, “Selet” Gənclər Fondunun direktoru Aygül Qabdrrəhmanova iştirakçıları salamlayaraq, onlara uğurlar arzu ediblər.

Çıxışlarda İƏT Gənc Sahibkarlar Forumunun artıq ənənə xarakter aldığı, ən əsası, bir çox layihələrə investisiyalar cəlb olunaraq onların uğurla həyata keçməsi xüsusi vurğulanıb.
 

İƏGF Avrasiya Regional Mərkəzinin direktoru Rafiq İsmayılov öz çıxışında təşkilatın Tatarıstan Respublikası hökuməti, bu regionun Gənclərlə İş Nazirliyi ilə əməkdaşlıq etməsindən məmnun olduğunu nəzərə çatdıraraq, Forumun əhəmiyyətindən bəhs edib, eləcə də gənc iş adamlarının müəllifi olduğu startap layihələrinin stimullaşdırlması, onların davamlı olması baxımından Forumun işinə yüksək dəyər verib.


Açılış mərasimindən sonra startap nümayəndələri arasında şəbəkələşmə sessiyası keçirilib.

Növbəti mərhələdə nümayəndələr öz startaplarına dair ilkin təqdimatlarını ediblər.

Artıq 10 ildən çoxdur həyata keçirilən İƏT Gənc Sahibkarlar Beynəlxalq Forumunun əsas məqsədi İƏT məkanında yeni yaradılan startap layihələrinə dəstək vermək, eləcə də gənc sahibkarların fəaliyyətlərini stimullaşdırmaq, qloballaşan dünyada yeni biznes ideyalarının yaranmasını təşviq etməkdən ibarətdir.

Qeyd etmək lazımdır ki, hər il Forumun son günü ekspertlərdən ibarət beynəlxalq jüri müvafiq qiymətləndirmə kriteriləri əsasında qalib startap layihələrinin maliyyələşdirilməsi ilə bağlı qərarlar verir.

İƏT ölkələri, eləcə də Rusiyanın müxtəlif regionlarını təmsil edən 25 startap layihəsinin qatıldığı beynəlxalq forum öz işini işçi qruplar səviyyəsində 3 gün ərzində başa vuracaq.

Forum iştirakçıları həmçinin mədəni proqramlara qatılmaqla, Tatarıstanın sahibkarlıq və startap subyektlərinə, o cümlədən görməli yerlərinə səfər edəcəklər.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyəli futbolçu “Mançester Yunayted”ə keçə bilər

Türkiyəli futbolçu “Mançester Yunayted”ə keçə bilər

Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!

Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı YENİLİK

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı YENİLİK

Zelenski Belarusa qarşı sanksiyalar TƏTBİQ ETDİ

Zelenski Belarusa qarşı sanksiyalar TƏTBİQ ETDİ

İsrail ordusu İran sərhədində - Quru hücumu olacaq!

İsrail ordusu İran sərhədində - Quru hücumu olacaq!

Taleh ilk dəfə AÇIQLADI: “İstəyirsən, övladın hamı kimi olsun” - VİDEO

Taleh ilk dəfə AÇIQLADI: “İstəyirsən, övladın hamı kimi olsun” - VİDEO

Pentaqon açıqladı: ABŞ müdafiəyə 1,5 trilyon dollar ayırır

Pentaqon açıqladı: ABŞ müdafiəyə 1,5 trilyon dollar ayırır

Ukrayna Rusiya ilə yeni ƏSİR MÜBADİLƏLƏRİNƏ hazırlaşır

Ukrayna Rusiya ilə yeni ƏSİR MÜBADİLƏLƏRİNƏ hazırlaşır

Röya ilə Əkbərin trend olan mahnısı yutubdan SİLİNDİ

Röya ilə Əkbərin trend olan mahnısı yutubdan SİLİNDİ

Putindən Trampa TƏKLİF: Qələbə Günü ATƏŞKƏSƏ hazıram

Putindən Trampa TƏKLİF: Qələbə Günü ATƏŞKƏSƏ hazıram

Xalq artisti AĞLADI: “Qızım məndən ayrılır…” - VİDEO

Xalq artisti AĞLADI: “Qızım məndən ayrılır…” - VİDEO

Həm Azərbaycan, həm də Kolumbiya mina problemindən əziyyət çəkir... - FOTO

Həm Azərbaycan, həm də Kolumbiya mina problemindən əziyyət çəkir... - FOTO

Bəzi ərazilərdə qaz kəsiləcək

Bəzi ərazilərdə qaz kəsiləcək

Birinci Liqa: “Mingəçevir”dən böyükhesablı qələbə - VİDEO

Birinci Liqa: “Mingəçevir”dən böyükhesablı qələbə - VİDEO

Pentaqondan Ukrayna ilə bağlı ETİRAF: onları kəşfiyyat məlumatları ilə təmin edirik

Pentaqondan Ukrayna ilə bağlı ETİRAF: onları kəşfiyyat məlumatları ilə təmin edirik

Qalibaf: Tramp İranı məhv etməyə çalışır

Qalibaf: Tramp İranı məhv etməyə çalışır

AFFA millimizin baş məşqçisi ilə bağlı qərar verdi

AFFA millimizin baş məşqçisi ilə bağlı qərar verdi

Məktəbli idmançılar Türkiyədən medallarla qayıtdılar - FOTOLAR

Məktəbli idmançılar Türkiyədən medallarla qayıtdılar - FOTOLAR

Tramp İranı blokadadan çıxarmaq üçün ŞƏRTİNİ AÇIQLADI

Tramp İranı blokadadan çıxarmaq üçün ŞƏRTİNİ AÇIQLADI

Paytaxtda yeni xəstəxana tikiləcək

Paytaxtda yeni xəstəxana tikiləcək

Küçədə, ictimai nəqliyyatda öz-özünə danışmaq... – Hansı psixoloji problemin XƏBƏRÇİSİDİR?

Küçədə, ictimai nəqliyyatda öz-özünə danışmaq... – Hansı psixoloji problemin XƏBƏRÇİSİDİR?

Suqovuşanda "Prezident Kuboku-2026": Reqatanın ilk mərhələsi başa çatdı - FOTO

Suqovuşanda "Prezident Kuboku-2026": Reqatanın ilk mərhələsi başa çatdı - FOTO

55 yaşlı məşhur ana olacaq

55 yaşlı məşhur ana olacaq

FHN Oğuzda 254 şəxsi heyət və 41 texnika ilə təlim keçirdi - FOTO/VİDEO

FHN Oğuzda 254 şəxsi heyət və 41 texnika ilə təlim keçirdi - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO