Bakıda ən ucuz mənzillər bu ərazidə SATILIR – FOTO

Bakı şəhərinin mənzil bazarında qiymətlər regiondan regiona əhəmiyyətli fərqlər göstərir. Ümumiyyətlə, şəhər mərkəzinə yaxın və prestijli rayonlarda mənzillərin kvadratmetr qiyməti daha yüksəkdir.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Qiymətləndiricilər Palatasının mətbuat katibi Elnur Fərzəliyev verib.

Onun sözlərinə görə, ən bahalı mənzillər ənənəvi olaraq Nəsimi, Nərimanov və Səbail rayonlarında qeydə alınır:

“Təhlil olunan dövrdə Nəsimi rayonu üzrə mənzillərin orta qiyməti təxminən 3126 AZN/kv.m, Nərimanovda isə 3006 AZN/kv.m təşkil edib. Digər mərkəzə yaxın rayonlardan Yasamal (2822 AZN/kv.m) və Nizami (2633 AZN/kv.m) də orta qiymət göstəricilərinə görə ön sıralardadır.

Mərkəzdən bir qədər kənardakı Binəqədi (2563 AZN/kv.m) və Xətai (2467 AZN/kv.m) rayonlarında qiymətlər orta səviyyədən bir qədər aşağıdır.

Ən ucuz mənzillər isə şəhər ətrafı və yarımkənar ərazilərdə yerləşir. Məsələn, Suraxanı rayonunda orta qiymət cəmi 1836 AZN/kv.m olduğu halda, Xəzər rayonunda bu rəqəm 1913 AZN/kv.m civarındadır. Digər kənar rayonlardan Sabunçuda orta qiymət 2226 AZN/kv.m təşkil edir. Bu fərqlər ilk növbədə rayonların yerləşməsindən, infrastrukturundan və mənzillərin keyfiyyətindən qaynaqlanır. Şəhər mərkəzinə yaxın yerlərdə və yaxud metrostansiya, park, ticarət mərkəzi kimi imkanları bol olan rayonlarda qiymətlər daha yüksək formalaşır. Məsələn, Nəsimi və Sabail kimi mərkəzi rayonlarda elit binalarda kvadratmetri 5000-7000 AZN civarında olan mənzillərə rast gəlmək olur. Əksinə, kənar qəsəbələrdə və mikrorayonlarda kvadratmetr qiyməti 1000-1500 AZN intervalında olan çoxlu sayda təklif mövcuddur.

Mətbuat katibi rayonlar üzrə qiymətlərin yeni və köhnə binalar arasında differensiasiyasının da maraqlı olduğunu bildirib:

“Məsələn, Suraxanıda yeni tikililərdə 1752–2230 AZN/kv.m , köhnə tikililərdə 1420–1995 AZN/kv.m diapazonunda qiymətlər qeydə alınıb, yəni orta hesabla 10-23% fərq var. Mərkəzi rayonlarda isə yeni və köhnə tikili arasındakı fərq nisbətən azala bilər – məsələn, Nərimanov rayonunda bu fərq 3-16%, Xətai rayonunda 7-19% arasıdır. Ümumiyyətlə, bütün rayonlarda yeni tikililər köhnələrdən bahadır, lakin mərkəzdə köhnə binalar da yüksək yerə və infrastrukura malik olduqları üçün qiymətləri kifayət qədər yüksək olaraq qalır”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalada itkin düşən şəxsin meyiti çaydan tapıldı

Zaqatalada itkin düşən şəxsin meyiti çaydan tapıldı

Xarici banklardan pul oğurlayan əcnəbi BAKIYA GƏTİRİLƏCƏK

Xarici banklardan pul oğurlayan əcnəbi BAKIYA GƏTİRİLƏCƏK

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində başsağlığı verdi – FOTO

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində başsağlığı verdi – FOTO

Smartfonlar niyə gecə saatlarında şarj itirir? - Əsas səbəblər və tövsiyələr

Smartfonlar niyə gecə saatlarında şarj itirir? - Əsas səbəblər və tövsiyələr

Tramp: "İran böyük boksçudur, gözlənilmədən cavab zərbəsi endirir”

Tramp: "İran böyük boksçudur, gözlənilmədən cavab zərbəsi endirir”

İlham Əliyev: “Azərbaycan həlledici anlarda Türkiyənin yanında oldu”

İlham Əliyev: “Azərbaycan həlledici anlarda Türkiyənin yanında oldu”

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR

Krımın Kerç şəhəri qaranlığa QƏRQ OLDU

Krımın Kerç şəhəri qaranlığa QƏRQ OLDU

Dünya çempionatının final matçının fasiləsi 30 dəqiqə olacaq

Dünya çempionatının final matçının fasiləsi 30 dəqiqə olacaq

Rusiyadan Odessaya RAKET ZƏRBƏSİ – Ölənlər var – VİDEO

Rusiyadan Odessaya RAKET ZƏRBƏSİ – Ölənlər var – VİDEO

İlham Əliyevdən Ərdoğana MƏKTUB

İlham Əliyevdən Ərdoğana MƏKTUB

Türkiyədə güclü meşə yanğınları – Əhali təxliyə edilir – VİDEO

Türkiyədə güclü meşə yanğınları – Əhali təxliyə edilir – VİDEO

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır - Fərqlər nələrdir?

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır - Fərqlər nələrdir?

Lyayen Kiyevə gəldi: “Ukrayna müharibədə "dönüş nöqtəsinə" çatıb” – VİDEO

Lyayen Kiyevə gəldi: “Ukrayna müharibədə "dönüş nöqtəsinə" çatıb” – VİDEO

39 nömrəli marşrutun hərəkət sxemi dəyişdirildi

39 nömrəli marşrutun hərəkət sxemi dəyişdirildi

Bəhreyndə vurulan ABŞ bazasının peyk görüntüləri – VİDEO

Bəhreyndə vurulan ABŞ bazasının peyk görüntüləri – VİDEO

Trampdan İrana yeni zərbələrin ANONSU – VİDEO

Trampdan İrana yeni zərbələrin ANONSU – VİDEO

Rusiya və Ukraynadan qarşılıqlı PUA HÜCUMLARI - VİDEO

Rusiya və Ukraynadan qarşılıqlı PUA HÜCUMLARI - VİDEO

Kiyev Avropa liderlərini qəbul edir - VİDEO

Kiyev Avropa liderlərini qəbul edir - VİDEO

Autizm diaqnozu qoyulan uşaqların SAYI– Oğlanlar niyə daha çoxdur?

Autizm diaqnozu qoyulan uşaqların SAYI– Oğlanlar niyə daha çoxdur?

Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? - Hakimdən hüquqi İZAH

Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? - Hakimdən hüquqi İZAH

Keçmiş bələdiyyə sədri vəfat etdi

Keçmiş bələdiyyə sədri vəfat etdi

Rusiya-Ukrayna müharibəsinin kölgəsi yenidən Gürcüstanın üzərinə düşür

Rusiya-Ukrayna müharibəsinin kölgəsi yenidən Gürcüstanın üzərinə düşür

End of content

No more pages to load

RADİO