İctimai nəqliyyatda bank kartları ilə ödəniş reallığa çevrilir – RƏSMİ AÇIQLAMA

Xəbər verildiyi kimi mütəmadi olaraq Bakı şəhərində ictimai nəqliyyatda onlayn ödəniş sistemi olan “BakıKart”da ciddi problem yaranır. Bu da sənişinlərin narahatlığına səbəb olub. 

Nəzərə alaq ki, Bakının avtonəqliyyat sistemində və metroda yalnız “BakıKart”la ödəniş etmək mümkündür. Ödəniş sistemində alternativlərin olmaması sərnişinlərin haqlı narazılığına səbəb olur.

Üstəlik, “BakıKart” sistemində mütəmadi problemlər yaranır. Balans artırma aparatlarının azlığı isə başqa bir problemdir. Bəzi aparatlar kağız pulu, bəziləri isə qəpikləri qəbul etmir. Bu da əlavə vaxt itkisinə və digər problemlərə səbəb olur.

Çözüm nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, əksər ölkələrdə ictimai nəqliyyatda alternativ ödəniş sistemləri tətbiq edilir:

“İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə bu sistemə çoxdan keçilib. Hətta qonşu dövlətlərin çoxunda bi sistem çoxdan mövcuddur. Məsələn, Gürcüstanda bank kartı vasitəsi ilə ictimai nəqliyyatın bütün növlərində ödəniş etmək olur. Əlavə hansısa kartın alınmasına ehtiyac qalmır.
 

Avropada isə çoxdan bu sistemlə işləyirlər. Texniki cəhətdən bu sistemin tətbiqi o qədər də çətin deyil. Sadəcə buna təşəbbüs lazımdır. Nəzərə alaq ki, dəmir yolunda istənilən bank kartı ilə ödəniş etmək olur. Bu da insanları əlavə xərcdən və vaxt itkisindən azad edir. Ona görə də müvafiq qurumlar bu məsələni gündəmə gətirsələr, yaxşı olar. Bu bir növ müştəri məmnunluğu da yaradar”.


İctimai nəqliyyatda bank kartları ilə ödəniş mümkün olacaq?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Qurumdan Bizim.Media-ya bildirildi ki, hazırda AYNA tərəfindən paytaxtda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir:

“Həmçinin ölkənin digər şəhər və rayonlarında da ictimai nəqliyyatda nağdsız ödənişin tətbiqi nəzərdə tutulub.  Ümumilikdə ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi və nağdsız ödəniş alətlərindən istifadə üçün beynəlxalq təcrübə nəzərə alınıb.

Nəqliyyat xidmətləri istehlakçıları tərəfindən bütün ödəniş vasitələrindən istifadə etməklə nağdsız ödənişlərin həyata keçirilməsi imkanının yaradılması nəzərdə tutulur”.

Surxay Atakişiyev, Bizim.Media             

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalada itkin düşən şəxsin meyiti çaydan tapıldı

Zaqatalada itkin düşən şəxsin meyiti çaydan tapıldı

Xarici banklardan pul oğurlayan əcnəbi BAKIYA GƏTİRİLƏCƏK

Xarici banklardan pul oğurlayan əcnəbi BAKIYA GƏTİRİLƏCƏK

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində başsağlığı verdi – FOTO

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində başsağlığı verdi – FOTO

Smartfonlar niyə gecə saatlarında şarj itirir? - Əsas səbəblər və tövsiyələr

Smartfonlar niyə gecə saatlarında şarj itirir? - Əsas səbəblər və tövsiyələr

Tramp: "İran böyük boksçudur, gözlənilmədən cavab zərbəsi endirir”

Tramp: "İran böyük boksçudur, gözlənilmədən cavab zərbəsi endirir”

İlham Əliyev: “Azərbaycan həlledici anlarda Türkiyənin yanında oldu”

İlham Əliyev: “Azərbaycan həlledici anlarda Türkiyənin yanında oldu”

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR

Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR

Krımın Kerç şəhəri qaranlığa QƏRQ OLDU

Krımın Kerç şəhəri qaranlığa QƏRQ OLDU

Dünya çempionatının final matçının fasiləsi 30 dəqiqə olacaq

Dünya çempionatının final matçının fasiləsi 30 dəqiqə olacaq

Rusiyadan Odessaya RAKET ZƏRBƏSİ – Ölənlər var – VİDEO

Rusiyadan Odessaya RAKET ZƏRBƏSİ – Ölənlər var – VİDEO

İlham Əliyevdən Ərdoğana MƏKTUB

İlham Əliyevdən Ərdoğana MƏKTUB

Türkiyədə güclü meşə yanğınları – Əhali təxliyə edilir – VİDEO

Türkiyədə güclü meşə yanğınları – Əhali təxliyə edilir – VİDEO

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır - Fərqlər nələrdir?

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır - Fərqlər nələrdir?

Lyayen Kiyevə gəldi: “Ukrayna müharibədə "dönüş nöqtəsinə" çatıb” – VİDEO

Lyayen Kiyevə gəldi: “Ukrayna müharibədə "dönüş nöqtəsinə" çatıb” – VİDEO

39 nömrəli marşrutun hərəkət sxemi dəyişdirildi

39 nömrəli marşrutun hərəkət sxemi dəyişdirildi

Bəhreyndə vurulan ABŞ bazasının peyk görüntüləri – VİDEO

Bəhreyndə vurulan ABŞ bazasının peyk görüntüləri – VİDEO

Trampdan İrana yeni zərbələrin ANONSU – VİDEO

Trampdan İrana yeni zərbələrin ANONSU – VİDEO

Rusiya və Ukraynadan qarşılıqlı PUA HÜCUMLARI - VİDEO

Rusiya və Ukraynadan qarşılıqlı PUA HÜCUMLARI - VİDEO

Kiyev Avropa liderlərini qəbul edir - VİDEO

Kiyev Avropa liderlərini qəbul edir - VİDEO

Autizm diaqnozu qoyulan uşaqların SAYI– Oğlanlar niyə daha çoxdur?

Autizm diaqnozu qoyulan uşaqların SAYI– Oğlanlar niyə daha çoxdur?

Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? - Hakimdən hüquqi İZAH

Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? - Hakimdən hüquqi İZAH

Keçmiş bələdiyyə sədri vəfat etdi

Keçmiş bələdiyyə sədri vəfat etdi

Rusiya-Ukrayna müharibəsinin kölgəsi yenidən Gürcüstanın üzərinə düşür

Rusiya-Ukrayna müharibəsinin kölgəsi yenidən Gürcüstanın üzərinə düşür

End of content

No more pages to load

RADİO