Daim rəngarəng olan Bakıya niyə səfər ETMƏLİSİNİZ? – “Forbes”in MƏQALƏSİ

“Qafqaz regionunda yerləşən Azərbaycan öz ərazisinə görə ABŞ-ın Cənubi Karolina ştatı və ya İrlandiya ilə müqayisə oluna bilər. Lakin bu kiçik ölkə, coğrafi mövqeyi və tarixi mirasına görə bir sıra mədəniyyətləri özündə birləşdirir. Fars, türk, ərəb və rus mədəniyyətləri Azərbaycanda bir araya gəlir”.

Bizim.Media xəbər verir ki, bu fikirlər dünyaca nüfuzlu “Forbes” nəşrində dərc olunan Tom Mullenin Bakı ilə bağlı məqaləsində öz əksini tapıb.

Məqalənin davamını təqdim edirik:

“Bizə bələdçilik edən Nərmin Musabəyova qeyd edir ki, Azərbaycan bir sıra böyük mədəniyyətləri özündə birləşdirir:

“Xəritəyə baxın, görün hansı qüvvələr bu şəhəri – Asiya ilə Avropanı birləşdirən körpünü – ələ keçirmək istəyib.”

Heydər Əliyev Beynəlxalq Hava Limanından Bakıya doğru uzanan səkkizzolaqlı magistral yol boyunca, Dubayın illər öncəki Şeyx Zayed şossesini xatırladan art-nuvo üslublu göydələnlər sıralanır. Lakin yerli sakinlər bu bənzətməni qəbul etmir – çünki onların qədim şəhəri artıq 16 əsrlik tarixə sahibdir. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin isə heç 2 əsr belə yaşı yoxdur.

Bakının əsas yolları geniş və səliqəlidir. Yollarda bəzən sıxlıq olsa da, yol kənarındakı yaşıllıq zolaqları şəhərə təravət qatır.

Bakı gecələr də həyat doludur. Gecə yarısı belə Bakıda “Bolt” və “Yango” taksiləri ilə yaşıl rəngli avtobuslar arasında nizamlı xaos hökm sürür. Üç xətt və 27 stansiyadan ibarət Bakı Metropoliteni isə hər gün yarım milyondan çox sərnişin daşıyır. Şəhərdə cinayət halları aşağı səviyyədədir və əhali tolerantlığı, açıq fikirli olmaları ilə qürur duyur. 1918-ci ildə Azərbaycan, qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşüb.


Neft və tarixi güc


Xəzər dənizinin qərb sahilində yerləşən Bakı tarix boyu rus və fars təsirinə məruz qalıb. 1920-ci ildən etibarən Azərbaycanın paytaxtı olan şəhərdə bu gün 2.4 milyon insan yaşayır. Əsrlərdir ki, Bakı iqtisadi gücünü neft və qaz ehtiyatlarından əldə edib. Hələ 1594-cü ildə Bakıda35 metr dərinliyə qədər qazılan neft quyusunun olması ilə bağlı yazılı mənbə mövcuddur.

Məşhur səyyah Marko Polo Azərbaycanın neftinin yalnız yanacaq yox, həm də dəriyə sürtülən müalicəvi vasitə kimi istifadə olunduğunu qeyd edib. Vinston Çörçill Bakı haqqında “əgər neft dünyanın kraliçasıdırsa, Baku onun taxtıdır” deyə bildirib. Hitler isə Bakının neft mədənlərini ələ keçirməsə, müharibəni uduzacağını etiraf etmişdi.

Bakıda ilk xarici neft şirkətini 19-cu əsrdə Nobel qardaşları yaradıblar. Dünyada ilk polad neft tankerini də məhz onlar hazırlayıblar.

Rekordlar ölkəsi

Azərbaycan bir sıra unikallıqlarına görə Ginnesin Rekordlar kitabına düşüb. Dünyanın ən kiçik kitabı (22 mikron), ən hündür bayraq dirəyi (70 metr), ən çox palçıq vulkanı, ən böyük taxta şərab çəlləyi (88,000 butulka tutumunda), ilk dənizüstü neft platforması (1951) Azərbaycandadır. Eyni zamanda dəniz səviyyəsindən 28 metr aşağıda yerləşən Bakı dünyanın ən aşağı hündürlükdə yerləşən paytaxt şəhəri hesab olunur.


Ziddiyyətlərin harmoniyası


Azərbaycan həm də ziddiyyətlərin harmoniyasıdır. Dünyəvi islam dövləti olan Azərbaycandakı restoranlarda donuz əti və pivə kimi məhsullar müştərilərə rahatlıqla təqdim olunur. Bakıda rəsmi kostyum geyinmiş ciddi görkəmli iş adamları gözlənilmədən, səmimi şəkildə sizi manqal ətrafına, kabab, tərəvəz və meyvə likörləri ilə bəzədilmiş süfrəyə dəvət edə bilər.

Yaşıl Bazar kimi üstüörtülü bazarlarda isə həm ənənə, həm də müasirlik bir araya gəlir. Burada sumax, berqamot, nar kimi rəngarəng məhsullarla yanaşı, yerli trüfellər də satılır. Qədim zamanlarda “cadugər yeməyi” hesab olunan bu göbələklər indi bazarda rahatlıqla əldə edilə bilər.

Görünüş və memarlıq

Bakıya panoramik baxış üçün ən yaxşı ünvan – Dağüstü Parkdır. Şəhidlər Xiyabanı boyunca addımlayaraq şəhərin ən möhtəşəm mənzərəsini görə biləciyiniz nöqtəyə çatırsınız. Bakı Bulvarı İdarəsinin binasından isə altı basketbol meydançası böyüklüyündə və 500 kq ağırlığında olan Azərbaycanın nəhəng üçrəngli bayrağını görə bilərsiniz.

Şəhər gecələr “alovlanan” Flame Towers (Alov Qüllələri), xalça şəklində tikilmiş Azərbaycan Xalça Muzeyi və dünya şöhrətli Heydər Əliyev Mərkəzi ilə qonaqlarına vizual bayram yaşadır. Şəhərin mərkəzində həm müasir, həm də tarixi sənət nümunələri, interaktiv musiqi alətləri sərgiləri və tarixi geyimlər nümayiş olunur.


Oradan piyada təxminən yarım saatlıq məsafədə yerləşən İçərişəhər isə eramızdan əvvəl VII əsrə qədər uzanan tarixə malikdir. 22 hektar ərazidə yerləşən bu qala şəhər muzeyləri, nizamlı küçələri, nadir ağacları və sirli Qız Qalası ilə sizi sanki zamanda səyahətə çıxarır. İçərişəhərə yaxın məsafədə yerləşən Fəvvarələr Meydanı və Tarix Muzeyi də bu marşruta daxildir. Bakı həm də pişiklər şəhəridir. Hər yerdə rast gəlinən, yaxşı baxılmış pişiklər əvvəllər siçanlara qarşı “mühafizəçi” kimi saxlanılıb.


Mətbəx və şərab mədəniyyəti


Azərbaycan mətbəxi təravətli, doyurucu və zərif dadlarla zəngindir. Üzüm yarpağına bükülmüş dolmalar, müxtəlif düyülərdən hazırlanan plovlar (məsələn, xurma, kişmiş, şüyüd, vəhşi soğan və lobya ilə) ölkənin zəngin mətbəx mirasını özündə əks etdirir. Plovlar müştərilərə ayrı qablarda təqdim olunur və yanında səbzi və ya fisincan kimi ləzzətli yeməklərlə birgə servis edilir. Bu yeməklər əsasən quzu əti, göyərti, qoz və ya nar sousları ilə hazırlanır.

Ənənəvi şorbalar isə noxud, nanə, qarağat, zəfəran və yabanı turşənglə zənginləşdirilir. Qədim mətbəxə sədaqət göstəricisi kimi Bakıda kartof yerinə daha çox şabalıddan istifadə olunur.


Son zamanlar 7,2 kiloqram ağırlığında və 550 səhifədən ibarət yeni kitabını təqdim edən azərbaycanlı biznesmen və şərab istehsalçısı Ehtiram Fərzəlibəyov, Qərbi Azərbaycanın xaşlama, bozbaş və qovrulmuş baklava kimi ənənəvi yeməklərini sənədləşdirib.

“Room” şərab barında isə Məmməd bəyin hazırladığı tərxunlu dondurma, şərabda bişmiş armud, quru əncir, qoz, badam və mixək-zəfəran ədviyyatları ilə təqdim olunan desertlər isə qonaqlara əsl dad sərgüzəşti yaşadır. Əlbəttə, ən sonda azərbaycanlıların sevimlisi çay müştərilərə servis edilir.

Neft qədər gəlir gətirən digər məhsul isə zeytun yağıdır. Abşeron yarımadasında 2019-cu ildə salınmış 900 hektarlıq zeytun bağlarından ildə 800 ton "Extra Virgin" keyfiyyətli zeytun yağı istehsal olunur.

Bakı limanı yaxınlığında altıdan çox şərab barı fəaliyyət göstərir. “Kefli” kimi məkanlarda müştərilərə yalnız Bayan Şirə və ya Mədrəsə kimi üzümlərdən hazırlanan yerli şərablar təqdim olunur. Bakıda hətta nar şərabını da dadmaq tövsiyə olunur.

Bakıya necə gəlmək olar?

Bakını ziyarət etmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına uça bilərsiniz.  Müasir memarlıq nümunəsi olan bu hava limanına London, Paris, Milan, İstanbul, Moskva, Dubai və Təl-Əviv kimi 33 şəhərdən birbaşa reyslər həyata keçirilir. ABŞ vətəndaşları üçün vizalar onlayn əldə oluna bilər. Ekspres vizalar 3 saata, standart isə 5 günə hazır olur.

Əgər siz hələ də Bakını görməmisinizsə, nəzərə alın ki, Bakı sadəcə şəhər deyil, bu, yeni bir təcrübədir. Bakı tarix, mədəniyyət, müasirlik və insan təbəssümünün bir araya gəldiyi nadir bir məkandır...”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs SAXLANILDI

Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs SAXLANILDI

ABŞ ordusu İrana qarşı yeni hücum dalğasına BAŞLADI - VİDEO

ABŞ ordusu İrana qarşı yeni hücum dalğasına BAŞLADI - VİDEO

Şagirdlərin ev tapşırığını süni intellekt yoxlayacaq - YENİLİK

Şagirdlərin ev tapşırığını süni intellekt yoxlayacaq - YENİLİK

DİQQƏT! Bu marşrut avtobusunun hərəkət sxemi dəyişir

DİQQƏT! Bu marşrut avtobusunun hərəkət sxemi dəyişir

Tiranozavrın skeleti hərracda rekord qiymətə satıldı

Tiranozavrın skeleti hərracda rekord qiymətə satıldı

Baffet Qeytsin xeyriyyə fonduna 6 milyard dolları köçürməkdən imtina etdi

Baffet Qeytsin xeyriyyə fonduna 6 milyard dolları köçürməkdən imtina etdi

Dayılardan bacısı qızını sevən yeniyetməyə amansız davranış

Dayılardan bacısı qızını sevən yeniyetməyə amansız davranış

Apteklərdə diazolin TAPILMIR - Hər evə lazım olan dərman niyə yoxa çıxıb?

Apteklərdə diazolin TAPILMIR - Hər evə lazım olan dərman niyə yoxa çıxıb?

Daha bir serial eşqi gerçək oldu

Daha bir serial eşqi gerçək oldu

İrəvanın mərkəzində atışma – VİDEO

İrəvanın mərkəzində atışma – VİDEO

Bakıda 10 nəfərin ölümündə təqsirli bilinən şəxslərin cəzası azaldıldı

Bakıda 10 nəfərin ölümündə təqsirli bilinən şəxslərin cəzası azaldıldı

Ayı Xocalıda evin həyətinə girdi - Yeyib-içib geri qayıtdı – VİDEO

Ayı Xocalıda evin həyətinə girdi - Yeyib-içib geri qayıtdı – VİDEO

Tovuzda dərmandan zəhərlənən yeniyetmə dünyasını dəyişdi

Tovuzda dərmandan zəhərlənən yeniyetmə dünyasını dəyişdi

Əməkdar artistin evində yanğın – VİDEO

Əməkdar artistin evində yanğın – VİDEO

Bu gecə daha 20 Rusiya gəmisi MƏHV EDİLDİ – VİDEO

Bu gecə daha 20 Rusiya gəmisi MƏHV EDİLDİ – VİDEO

Sosial ödənişlərlə bağlı RƏSMİ MƏLUMAT

Sosial ödənişlərlə bağlı RƏSMİ MƏLUMAT

Bülənt Ersoy yeni imici və rəqsi ilə gündəm oldu - (Video)

Bülənt Ersoy yeni imici və rəqsi ilə gündəm oldu - (Video)

Dronla vurulan gəminin kapitanı həyatını itirdi – FOTO

Dronla vurulan gəminin kapitanı həyatını itirdi – FOTO

Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıya HÖKM OXUNDU

Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıya HÖKM OXUNDU

Sürücülərin NƏZƏRİNƏ! Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir – VİDEO

Sürücülərin NƏZƏRİNƏ! Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir – VİDEO

"Arzum"un adından dələduzluq - Foto

"Arzum"un adından dələduzluq - Foto

Bakıda nasaz avtobus qəza şəraiti yaratdı - Sürücü sərnişinləri təhqir etdi - VİDEO

Bakıda nasaz avtobus qəza şəraiti yaratdı - Sürücü sərnişinləri təhqir etdi - VİDEO

Fermerlərin DİQQƏTİNƏ– Heyvanların satışı ilə bağlı YENİLİK

Fermerlərin DİQQƏTİNƏ– Heyvanların satışı ilə bağlı YENİLİK

Ömər Xəyyamdan maraqlı tövsiyələr: Min ildir aktuallığını itirməyib...

Ömər Xəyyamdan maraqlı tövsiyələr: Min ildir aktuallığını itirməyib...

End of content

No more pages to load

RADİO