Şəhanənin gözündə görmə ilə bağlı problem yoxmuş - Yarışlardan ömürlük uzaqlaşdırıldı - FOTO

Azərbaycan idmanında növbəti qalmaqal baş verib.

Bizim.Media Prosport.az-a istinadən xəbər verir ki, 13-15 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada baş tutacaq görmə məhdudiyyətli cüdoçuların (paracüdo) dünya çempionatında 2 idmançımız tibbi təsnifatdan keçə bilməyib.
 

Belə ki, 2021-ci ildə Tokioda keçirilmiş Paralimpiya Oyunlarının qalibi olan Şəhanə Hacıyeva qismən görmə məhudiyyətli (J2 kateqoriyası, 52 kq) cüdoçuların tibbi təsnifatında uğursuzluqla üzləşib. Onun gözündə görmə ilə bağlı hər hansısa məhdudiyyət olmadığı üzə çıxıb. Sumqayıt cüdo məktəbinin 24 yaşlı idmançısının ömürlük paracüdo yarışlarına buraxılmayacağına dair qərar verilib.


Həmçinin tamamilə görməyən idmançılar (J1) kimi tibbi təsnifatdan keçən Elnarə Nizamlının da görmə qabiliyyətinin olduğu məlum olub. Bu səbəbdən də Nizamlı 60 kq çəki dərəcəsində J1 yox, J2 (qismən görmə qabiliyyəti olanlar) kateqoriyasında yarışacaq.

Beləliklə, komandamızın lideri İlham Zəkiyevin yoxluğunda Astanada keçiriləcək dünya çempionatında İsmayıl Muradov (J1, 70 kq), Zakir Mislimov (J1, 95 kq), Elnarə Nizamlı (J2, 60 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) mübarizə aparacaq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Məni ad gününə çağırmadılar"

"Məni ad gününə çağırmadılar"

Türkiyənin ən gözəl qadınını tələb etmişdi - Qalmaqallı açıqlaması ilə gündəm oldu

Türkiyənin ən gözəl qadınını tələb etmişdi - Qalmaqallı açıqlaması ilə gündəm oldu

Magistraturaya maraq AZALIB? – İNFOQRAFİKA

Magistraturaya maraq AZALIB? – İNFOQRAFİKA

Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...

Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...

Şimal-Qərb bölgəsində hava yağışlı, yollar dumanlıdır - FOTO

Şimal-Qərb bölgəsində hava yağışlı, yollar dumanlıdır - FOTO

Ən çətin xasiyyətli qayınanalar bu bürclərdən çıxır

Ən çətin xasiyyətli qayınanalar bu bürclərdən çıxır

Bu xidmət mayın 1-dən tarixə qovuşur

Bu xidmət mayın 1-dən tarixə qovuşur

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

Tramp İranla Ukraynanı səhv saldı – VİDEO

Tramp İranla Ukraynanı səhv saldı – VİDEO

Hamamda ölən Yusufla bağlı iddia

Hamamda ölən Yusufla bağlı iddia

“Pentaqon” Ukraynaya 400 milyon dollarlıq yardımı BƏRPA ETDİ

“Pentaqon” Ukraynaya 400 milyon dollarlıq yardımı BƏRPA ETDİ

Elektron jurnaldan istifadə edə bilməyən müəllimlərin NƏZƏRİNƏ

Elektron jurnaldan istifadə edə bilməyən müəllimlərin NƏZƏRİNƏ

Hava nə vaxt düzələcək? — Gülşad Məmmədova açıqladı

Hava nə vaxt düzələcək? — Gülşad Məmmədova açıqladı

Neft qiymətləri 4 ilin tarixi maksimumunu YENİLƏDİ

Neft qiymətləri 4 ilin tarixi maksimumunu YENİLƏDİ

Çempionlar Liqası: “Atletiko Madrid” - “Arsenal” oyununda qollu heç-heçə - VİDEO

Çempionlar Liqası: “Atletiko Madrid” - “Arsenal” oyununda qollu heç-heçə - VİDEO

Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

Gəncədə məktəblilər arasında dava qanla bitdi

Gəncədə məktəblilər arasında dava qanla bitdi

BİZİM TƏQVİM:30 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:30 apreldə baş vermiş tarixi hadisələr

Balakəndə fındıq bağında tarixi abidə tapılıb - FOTO

Balakəndə fındıq bağında tarixi abidə tapılıb - FOTO

Bəzi ət yeməkləri gözləri kor edə bilər

Bəzi ət yeməkləri gözləri kor edə bilər

Üzüm yarpağı quru halda bankaya necə qoyulur?

Üzüm yarpağı quru halda bankaya necə qoyulur?

"Teşkilat" serialı ilə bağlı dəyişiklik

"Teşkilat" serialı ilə bağlı dəyişiklik

Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO

Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO

ƏTİRLƏRDƏ olan təhlükəli maddələr hormonal sistemə təsir edir

ƏTİRLƏRDƏ olan təhlükəli maddələr hormonal sistemə təsir edir

End of content

No more pages to load

RADİO