“Rolling Stone” jurnalı: Azərbaycanın “Avroviziya”ya yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır

Məşhur “Rolling Stone” jurnalı Azərbaycanı bu il “Avroviziya 2025” musiqi yarışında təmsil edən “Mamagama” qrupundan yazıb.

Bizim.Media apa-ya istinadən həmin məqaləni təqdim edir:

“Hər ilin mayında keçirilən “Avroviziya” mahnı müsabiqəsi dünyanın ən möhtəşəm və baxımlı müsabiqəsi, eləcə də, dünyanın müxtəlif kontinentlərində milyonlarla izləyicisi olan ən baxımlı musiqi yarışması sayıla bilər. Bu yarışma həm də musiqidən daha çox özünün ekstavaqantlığı ilə məşhur olsa da daxilində geosiyasi üstünlük də yox deyil.
 

Məsələn, 2016-cı ildə Ukrayna təmsilçisi olan Сamala 1944-cü ildə, Stalinin hakimiyyəti dövründə təqiblərə məruz qalan Krım tatarlarının xatirəsinə, eləcə də Krımın Rusiya tərəfindən işğalına həsr olunmuş səhnə performansı ilə qələbə qazana bilmişdi. 2022-ci ildə isə Rusiyanın Ukraynaya genişmiqyaslı aqressiyası başladı bir neçə ay sonra Avropa bu faktı tənqid etməyə başlamışdı və o zaman da Ukrayna qələbə qazandı. “Avroviziya”da geosiyasət və böyük güclər zaman-zaman əl-ələ verib. Bu il də o baxımdan istisna deyil.


Azərbaycanı builki yarışmada müsəlman bir ölkədə yəhudi əsilli solistin yer aldığı “Mamagama” qrupu təmsil edəcək. Gərgin geosiyasi vəziyyətdə bu seçim özlüyündə bir çağırış hesab oluna bilər. Regional problemlərin olduğu bir vaxtda, qrup tolerantılıq çağırışları etməyi düşünür. Buna isə bütün dünyanın ehtiyacı var.

Qrupun hər bir üzvü müxtəlif etnik qruplara aiddir. Solist Asəf Mişiyev yəhudi, gitara ifaçısı Həsən Heydər və baraban ifaçısı Arif İmanov isə Livan-Rus əsilli etnik azərbaycanlılardır.

Əhalisinin 95 faizinin müsəlman olduğu bir ölkə olan Azərbaycan dini və etnik baxımından hər hansı gərginlik demək olar ki, mövcud deyil. “Mamagama” qrupunun üzvləri deyir ki, onlar Azərbaycanın paytaxtı Bakının miniatür modelini simvolizə edir: “Burada tam bir dözümlülük hökm sürür, - 32 yaşlı Asəf Mişiyev belə deyir, - yəhudilərə xas olan bayramlar da müsəlmanların bayramları ilə eyni dərəcədə qeyd edilir deyə biz bir-birimizi təbrik edirik”.

Belə bir vaxtda müsəlman bir xalqı təmsil etmək üçün “Avroviziya” müsabiqəsinə yəhudi əsilli bir ifaçını göndərən ikinci bir dövlət təsəvvür etmək mümkün deyil. Lakin Azərbaycan yəhudi irsi ilə qürur duyur. Burada həm də dünyanın daim mövcud olan ən qədim yəhudi icmalarından biri məskunlaşıb. Bu icma təkcə özünün uzunömürlü olmasına görə deyil, həm də müsəlmanların çox olduğu bir dövlətdə yaşaya bilməsinə görə də tanınır.

Dağ yəhudiləri ehtimal edildiyi kimi vaxtilə qədim farsdilli yəhudilərdən törəmə etnik qrupdur.

Onlar indiki İran ərazisindən təqiblər nəticəsində qaçaraq, eramızın V əsrində müasir Azərbaycanın şimal-şərq hissəsində məskunlaşıblar. Asəf Mişiyev Azərbaycanın paytaxtı Bakıda dünyaya gəlsə də, ailəsi öz yəhudi-fars adətlərinə sadiq olan, dialektlərini və milli geyimlərini qoruyan, tarixən müsəlman qonşuları ilə sülh şəraitində yaşayan yəhudi icmasına mənsubdur.

Azərbaycanın “Avroviziya” müsabiqəsinə məhz yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır. Ötən ilki müsabiqə ziddiyyətlərlə dolu idi, çünki həm rəqiblər, həm də etiraz edən kütlə İsrail təmsilçisi İden Qolanın Qəzzadakı hərbi əməliyyatlar səbəbindən müsabiqədən kənarlaşdırılmasını tələb edirdi.

Azərbaycanı təmsil edən ifaçılar Fəxri və İlkin Dövlətovlar bu cür mübahisələrə qoşulmadıqları üçün çox şanslı idilər. Çox güman ki, onlar bunu siyasətdən kənar qalmaq və ölkəsinin İsraillə isti münasibətlərini vurğulamaq üçün ediblər. Lakin A. Mişiyev yəhudi dövlətinə olan rəğbətini gizlətmir:

“Mən ivrit dilinə danışa bilirəm. Burada yəhudi məktəbində təhsil almışam. Burada iki yəhudi məktəbi yerləşir. Bizim İsraillə münasibətlərimiz çox möhkəmdir. Mən təkcə fəxr etdiyim ölkəm olan Azərbaycanı yox, həm də yəhudi xalqını təmsil etməkdən və valideynlərimin də yəhudi olmasından qürur duyuram”.

Bu iki dövlət üç onillik boyunca bir-biri ilə sıx münasibətlər qurub. 1992-ildə İsrail SSRİ-nin süqutu və müstəqilliyin bərpasından sonra Azərbaycanla diplomatik münasibətlər yaradan ilk dövlətlərdən biri oldu. Hər iki dövlət möhkəm ticarət əlaqələri saxlayır və müxtəlif beynəlxalq plarformalarda bir-birinin mövqeyini dəstəkləyir. 2024-cü ildə Azərbaycan yəhudi dövlətində səfirlik açmış şiə müsəlmanların çoxluq təşkil etdiyi ilk ölkə oldu.

Bu il isə Azərbaycan antisemitizmi dərslik proqramlarına daxil edən ilk müsəlman çoxluğun yaşadığı dövlət adını qazandı.

Bu siyasi dinamika heç də "Mamagama"nın ifa etdiyi musiqinin məğzini təşkil etməsə belə, onun rəmzi hesab olunur. Qrupun "Run With U" mahnısı yüksək enerjiyə malik pop-himndir.
 

Həmin ifa Azərbaycanın ənənəvi musiqisi ilə retro-futuristik ahəng təşkil edir. Həmin mahnıda mili musiqi aləti olan sazdan da istifadə edilib. Musiqi parçasına çəkilmiş klip tünd antiutopik gələcəyi təmsil edir. Əsas qəhrəman Mişiyev mahnı ifa edən kiborq - əcaib varlıq obrazında təmsil olunub. Obraz dayanıqlılığı və özünüdərki simvolizə edir. Mişiyev deyir ki, qrupun əsas məqsədi sərhədləri aşmağa qadir olan bir kompozisiya yaratmaqdan ibarət olub:


"Bu, sevgi haqqında yazılmış, pop janrında bir kompozisiyadır. Əsas məqsədim onun insanlarla ahəng yarada bilməsindən və sərhəd olmadan onları bir-birinə yaxınlaşdırmaqdan ibarət olub.

Bazel şəhərində mayın 13-də keçiriləcək müsabiqə zamanı qrup məhz bunu etmək şansı qazanacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

Zelenski: Əsas məqsədimiz benzinsiz Rusiya deyil, Rusiyasız Ukraynadır

Zelenski: Əsas məqsədimiz benzinsiz Rusiya deyil, Rusiyasız Ukraynadır

Hikmət Hacıyev: “Şuşa mədəniyyət və ilham şəhəridir” – VİDEO

Hikmət Hacıyev: “Şuşa mədəniyyət və ilham şəhəridir” – VİDEO

Haluk Leventdən səs-küylü etiraflar

Haluk Leventdən səs-küylü etiraflar

DSMF I yarımildə 1,1 milyard manatdan artıq vəsait ödəyib

DSMF I yarımildə 1,1 milyard manatdan artıq vəsait ödəyib

Bu vəzifəli şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olundu – FƏRMAN

Bu vəzifəli şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olundu – FƏRMAN

Tramp: “Putin sülh sazişi bağlamağa hazırdır” – VİDEO

Tramp: “Putin sülh sazişi bağlamağa hazırdır” – VİDEO

Gəncədə gənc oğlan bıçaqlandı

Gəncədə gənc oğlan bıçaqlandı

Azərbayvan Slovakiya ilə anlaşma memorandumu imzaladı

Azərbayvan Slovakiya ilə anlaşma memorandumu imzaladı

Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimat mərasimi keçirildi – FOTO

Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimat mərasimi keçirildi – FOTO

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı – FƏRMAN

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı – FƏRMAN

İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddəti artırıldı

İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddəti artırıldı

Leysan yağacaq, dolu düşəcək – BU TARİXLƏRDƏ

Leysan yağacaq, dolu düşəcək – BU TARİXLƏRDƏ

Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi

Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi

Rusiyada yanacaqdoldurma məntəqəsində atışma oldu

Rusiyada yanacaqdoldurma məntəqəsində atışma oldu

Ermənistan sabah TRIPP üzrə çərçivə sazişini təsdiqləyəcək

Ermənistan sabah TRIPP üzrə çərçivə sazişini təsdiqləyəcək

Tehranda Trampın nəhəng plakatı yerləşdirildi

Tehranda Trampın nəhəng plakatı yerləşdirildi

Amerikada yarımfinal, Şuşada final matçı - Uduzan Fransadır

Amerikada yarımfinal, Şuşada final matçı - Uduzan Fransadır

Əhaliyə XƏBƏRDARLIQ: Hava kəskin dəyişir: İntensiv yağış, sel, şimşək...

Əhaliyə XƏBƏRDARLIQ: Hava kəskin dəyişir: İntensiv yağış, sel, şimşək...

Trampın təsviri olan 1 dollarlıq qızıl sikkə buraxılır – FOTO

Trampın təsviri olan 1 dollarlıq qızıl sikkə buraxılır – FOTO

Odessa yaxınlığındakı gəmidə dron hücumuna məruz qalmış soydaşımızdan AÇIQLAMA

Odessa yaxınlığındakı gəmidə dron hücumuna məruz qalmış soydaşımızdan AÇIQLAMA

Azərbaycan XİN-dən vətəndaşlara ÇAĞIRIŞ: “Həmin ərazilərdə işləməyin!”

Azərbaycan XİN-dən vətəndaşlara ÇAĞIRIŞ: “Həmin ərazilərdə işləməyin!”

Bakının çağırışları fonunda UNESCO-nun SÜKUTU - Qarabağın dağıdılmış tarixi irsi niyə araşdırılmır? – VİDEO

Bakının çağırışları fonunda UNESCO-nun SÜKUTU - Qarabağın dağıdılmış tarixi irsi niyə araşdırılmır? – VİDEO

Bir vəkil kollegiyadan xaric edildi – SƏBƏB

Bir vəkil kollegiyadan xaric edildi – SƏBƏB

End of content

No more pages to load

RADİO