Tərtərdə "Mercedes" və "Toyota Prius" toqquşub.
Bizim.media-nın yerli bürosu xəbər verir ki, rayonun Sarıcalı kəndi ərazisində qeydə alınan qəzada 1961-ci il təvəllüdlü Şabanov Eldar Əli oğlu, 1986-cı il təvəllüdlü Şahbazov Elməddin Eldəniz oğlu, 1963-cü il təvəllüdlü Şabanov Elxan Əli oğlu və 1955-ci il təvəllüdlü Əliaslanov Məzahir Şəkəralı oğlu xəsarət alıb.
Tərtər rayon Cəmilli kənd sakinləri olan yaralılar Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.