Ukrayna nəşrində AZƏRTAC-ın xüsusi müxbirinin Ümumilli Liderə həsr olunan məqaləsi DƏRC EDİLDİ – FOTO

Ukraynanın “Kiyev diplomatik” nəşrində AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı “Ukraynalılar Heydər Əliyevi həmişə xatırlayırlar” sərlövhəli məqaləsi dərc olunub.
Müəllif yazır ki, ukraynalılar da Azərbaycanın Ümummilli Liderini anadan olmasının 102-ci ildönümündə yad edirlər.
 

Çünki iki ölkə arasında əməkdaşlığın inkişaf tarixinin böyük hissəsi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevlə bağlıdır. Heydər Əliyev dost Azərbaycan-Ukrayna münasibətlərinin banisi, müasir Azərbaycanın memarıdır. Azərbaycan apardığı uğurlu xarici siyasət sayəsində bir çox dövlətlərin, o cümlədən Ukraynanın strateji tərəfdaşıdır.


Məqalədə qeyd olunur ki, Heydər Əliyev Ukrayna dövləti və xalqı qarşısında müstəsna xidmətlər göstərmişdir. Ulu Öndərin SSRİ Nazirlər Kabineti sədrinin müavini işlədiyi dövrdə Ukraynada bir sıra iri sənaye müəssisələrinin, fabriklərin, mədəniyyət və idman komplekslərinin tikintisinə göstərdiyi köməkliklərin Ukrayna üçün əhəmiyyəti əvəzsizdir. Ukrayna xalqı onun xidmətlərini və Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması ilə bağlı qəbul etdiyi qərarları böyük minnətdarlıq hissi ilə xatırlayır.

Ölkələrimiz müstəqillik əldə etdikdən sonra Heydər Əliyev Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin qurulması kimi tarixi missiyasını məharətlə yerinə yetirdi. Heydər Əliyev Kiyevin fəxri vətəndaşı idi. Bu ada Azərbaycan rəhbəri Ukraynanın paytaxtına, xüsusilə metronun və bəzi müəssisələrin tikintisində konkret köməyə görə layiq görülüb.

Müəllif yazır ki, bu gün Azərbaycan və Ukrayna prezidentləri iki ölkə arasında tarixi dostluq münasibətlərini inkişaf etdirməkdə davam edirlər.

2022-ci il yanvarın 14-də Ukrayna və Azərbaycan prezidentləri Volodimir Zelenski və İlham Əliyev Kiyevdə Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Birgə Bəyannamə və bir sıra digər ikitərəfli sənədlər imzalayıblar. Müharibə dövründə Azərbaycan Ukraynaya humanitar yardım göstərməkdə davam edir. Azərbaycan Ukraynanın enerji obyektlərinin bərpasında və uşaqların reabilitasiyasında birbaşa iştirak edir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi göstərişi ilə həyata keçirilir.

Yazıda vurğulanıb ki, müharibə başlayandan Azərbaycan Ukraynanı həm siyasi, həm də humanitar cəhətdən dəstəkləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Pezeşkian dövlət televiziyasını tənqid etdi: "Bu, İsrailin narratividir" - VİDEO

Pezeşkian dövlət televiziyasını tənqid etdi: "Bu, İsrailin narratividir" - VİDEO

Həkim: “Samuxda zəhərlənənlər halva və südlü aş yeyiblər”

Həkim: “Samuxda zəhərlənənlər halva və südlü aş yeyiblər”

DİM rezidentura namizədlərinə müraciət etdi

DİM rezidentura namizədlərinə müraciət etdi

AQTA Samuxdakı zəhərlənmə ilə bağlı un sexində araşdırmalara BAŞLADI

AQTA Samuxdakı zəhərlənmə ilə bağlı un sexində araşdırmalara BAŞLADI

Deputatın adından DƏLƏDUZLUQ

Deputatın adından DƏLƏDUZLUQ

Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO

Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO

Slovakiya Prezidentinin Azərbaycana səfəri BAŞA ÇATDI - FOTO

Slovakiya Prezidentinin Azərbaycana səfəri BAŞA ÇATDI - FOTO

Samuxda qidadan zəhərlənənlərin adları MƏLUM OLDU

Samuxda qidadan zəhərlənənlərin adları MƏLUM OLDU

Slovakiya Prezidenti “Sea Breeze”də - FOTO

Slovakiya Prezidenti “Sea Breeze”də - FOTO

Deputat mandatından imtina edib, BYD-də işləməyə BAŞLADI

Deputat mandatından imtina edib, BYD-də işləməyə BAŞLADI

TƏCİLİ! Samuxda zəhərlənənlərin son durumu AÇIQLANDI

TƏCİLİ! Samuxda zəhərlənənlərin son durumu AÇIQLANDI

“Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı- Açıqlama-Fotolar

“Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı- Açıqlama-Fotolar

40 il sonra: Messi "şeytan ayağı" ilə qol vurub Maradonanın səhvini düzəldə bilərmi?

40 il sonra: Messi "şeytan ayağı" ilə qol vurub Maradonanın səhvini düzəldə bilərmi?

Qonşunun bişirdiyi halva kənd sakinlərini xəstəxanalıq etdi... – Samuxdakı zəhərlənmənin TƏFƏRRÜATI

Qonşunun bişirdiyi halva kənd sakinlərini xəstəxanalıq etdi... – Samuxdakı zəhərlənmənin TƏFƏRRÜATI

Xankəndidə tapdığı sursatı laqunda ilə evdə doğradı, partlayış baş verdi: Otaq yoldaşı öldü

Xankəndidə tapdığı sursatı laqunda ilə evdə doğradı, partlayış baş verdi: Otaq yoldaşı öldü

Laricani İranı uzunmüddətli müharibəyə hazırlaşmağa çağırdı

Laricani İranı uzunmüddətli müharibəyə hazırlaşmağa çağırdı

Qərb bölgəsində bir həftədə 3-cü QİDA ZƏHƏRLƏNMƏSİ

Qərb bölgəsində bir həftədə 3-cü QİDA ZƏHƏRLƏNMƏSİ

Trampdan Putinə ÇAĞIRIŞ: "Vladimir, artıq dayanmağın vaxtıdır" – VİDEO

Trampdan Putinə ÇAĞIRIŞ: "Vladimir, artıq dayanmağın vaxtıdır" – VİDEO

Şirkətin 1,4 milyon manatını mənimsəyən dəstə üzvlərinə HÖKM OXUNDU

Şirkətin 1,4 milyon manatını mənimsəyən dəstə üzvlərinə HÖKM OXUNDU

Ceyhun Bayramov sabah Rusiyaya GEDƏCƏK

Ceyhun Bayramov sabah Rusiyaya GEDƏCƏK

Zaqatalalı gənc Rusiyada faciəvi şəkildə HƏYATINI İTİRDİ

Zaqatalalı gənc Rusiyada faciəvi şəkildə HƏYATINI İTİRDİ

End of content

No more pages to load

RADİO