Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ – Yaxın vaxtlarda...

“Sənədsiz evlərlər bağlı yaxın zamanda amnistiya aktı olacaq. Bununla bağlı qanunvericilik bazası da hazırlanıb. Belə ki, “Qiymətləndirmə haqqında”qanuna müvafiq dəyişiklik edilib. Bu dəyişikliyə əsasən  bələdiyyə torpaqlarının qiymətləndirilməsi yeni qaydada aparılacaq.

Yəni, bundan sonra satışa çıxarılan bələdiyyə torpaqları Qiymətləndirmə Palatasından qeydiyyatdan keçmiş qiymətləndiricilər tərəfindən qiymətləndiriləcək.

Qanuna belə bir əlavənin edilməsi onunla bağlıdır ki, bundan sonra vətəndaşlara satılan torpaqlar bələdiyyələrin subyektiv maraqlarına görə deyil, real bazar qiymətlərinə uyğun qiymətləndiriləcək. Bu da həm alqı-satqı prosesində şəffaflıq yaradacaq, həm də torpaq alan vətəndaşın qayğılarını xeyli azaldacaq. Eyni zamanda vətəndaş çox asanlıqla aldığı torpaq sahəsinə görə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış ala biləcək”.

Bunu Bizim.Media-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib.

Yeni qanun nələri dəyişəcək?

O bildirib ki, uzun illər bələdiyyə mülkiyyətində olan torpaqlar müxtəlif əyri yollarla vətəndaşa satılırdı:

“Amma bu alqı-satqıdan dövlət büdcəsinə bir qəpik də olsun vəsait daxil olmurdu. Yeni qanun bu məsələni tənzimləyəcək. Məlumdur ki, bələdiyyələrin qanunsuz əməlləri hesabına bu gün onminlərlə insan tikib, yaşadığı evə rəsmi sənəd ala bilmir. Qanunvericiliyə əsasən vətəndaş ilk növbədə fərdi mənzil tikintisi üçün ayrılmış torpaq sahəsinı Dövlət Reyestrindən çıxarış almalıdır. Bundan sonra tikiləcək evin hazrlanmış layihəsi müvafiq icra orqanları tərəfindən təsdiqlənməlidir. Yalnız bundan sonra hər hansı bir tikinti işi aparıla bilər.

Çox təəssüf ki, uzun illər proses tərsinə gedib.

Vətəndaşlar əvvəlcə evlərini tikirdi, sonra onun sənədləşdirilməsi barədə düşünürdü. Bu və digər səbəblər üzündən bu gün ölkədə yarım milyondan çox sənədsiz ev var. Sənədsiz evlərlə bağlı yaxın aylarda amnistiyanın veriləcəyi gözlənilir. Artıq bütün texniki-iqtisadi əsaslandırmalar aparılıb. Qalıb amnistiyanın verilməsi. Bu amnistiyanın verilməsi isə Ölkə Başçısının səlahiyyətinə aid məsələ olduğu üçün konkret vaxt demək doğru olmaz”.

Hansı evlər amnistiyadan kənarda qalacaq?

Müsahibimiz bildirib ki, amnistiyadan kənar qalacaq evlər barədə də müəyyən fikir var:

“Yüksək gərginlik elektrik xətlərinin altında, su, qaz və neft kəmərlərinin, eləcə də dəmir yollarının mühafizə zolağında tikilmiş evlər amnistiyaya düşməyəcək. Neft istehsalı sahələrində yerləşən, həmçinin hər hansı bir ASC, MMC-lərin mülkiyyətində olan torpaq ərazilərində tikilən evlərə də sənəd verilməyəcək. Burada müəyyən istisnalar da var. Məsələn, sadaladığımız ərazilərdə tikilən evlərin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddirsə, o zaman müəyyən güzəştlər ola bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Pezeşkian dövlət televiziyasını tənqid etdi: "Bu, İsrailin narratividir" - VİDEO

Pezeşkian dövlət televiziyasını tənqid etdi: "Bu, İsrailin narratividir" - VİDEO

Həkim: “Samuxda zəhərlənənlər halva və südlü aş yeyiblər”

Həkim: “Samuxda zəhərlənənlər halva və südlü aş yeyiblər”

DİM rezidentura namizədlərinə müraciət etdi

DİM rezidentura namizədlərinə müraciət etdi

AQTA Samuxdakı zəhərlənmə ilə bağlı un sexində araşdırmalara BAŞLADI

AQTA Samuxdakı zəhərlənmə ilə bağlı un sexində araşdırmalara BAŞLADI

Deputatın adından DƏLƏDUZLUQ

Deputatın adından DƏLƏDUZLUQ

Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO

Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO

Slovakiya Prezidentinin Azərbaycana səfəri BAŞA ÇATDI - FOTO

Slovakiya Prezidentinin Azərbaycana səfəri BAŞA ÇATDI - FOTO

Samuxda qidadan zəhərlənənlərin adları MƏLUM OLDU

Samuxda qidadan zəhərlənənlərin adları MƏLUM OLDU

Slovakiya Prezidenti “Sea Breeze”də - FOTO

Slovakiya Prezidenti “Sea Breeze”də - FOTO

Deputat mandatından imtina edib, BYD-də işləməyə BAŞLADI

Deputat mandatından imtina edib, BYD-də işləməyə BAŞLADI

TƏCİLİ! Samuxda zəhərlənənlərin son durumu AÇIQLANDI

TƏCİLİ! Samuxda zəhərlənənlərin son durumu AÇIQLANDI

“Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı- Açıqlama-Fotolar

“Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı- Açıqlama-Fotolar

40 il sonra: Messi "şeytan ayağı" ilə qol vurub Maradonanın səhvini düzəldə bilərmi?

40 il sonra: Messi "şeytan ayağı" ilə qol vurub Maradonanın səhvini düzəldə bilərmi?

Qonşunun bişirdiyi halva kənd sakinlərini xəstəxanalıq etdi... – Samuxdakı zəhərlənmənin TƏFƏRRÜATI

Qonşunun bişirdiyi halva kənd sakinlərini xəstəxanalıq etdi... – Samuxdakı zəhərlənmənin TƏFƏRRÜATI

Xankəndidə tapdığı sursatı laqunda ilə evdə doğradı, partlayış baş verdi: Otaq yoldaşı öldü

Xankəndidə tapdığı sursatı laqunda ilə evdə doğradı, partlayış baş verdi: Otaq yoldaşı öldü

Laricani İranı uzunmüddətli müharibəyə hazırlaşmağa çağırdı

Laricani İranı uzunmüddətli müharibəyə hazırlaşmağa çağırdı

Qərb bölgəsində bir həftədə 3-cü QİDA ZƏHƏRLƏNMƏSİ

Qərb bölgəsində bir həftədə 3-cü QİDA ZƏHƏRLƏNMƏSİ

Trampdan Putinə ÇAĞIRIŞ: "Vladimir, artıq dayanmağın vaxtıdır" – VİDEO

Trampdan Putinə ÇAĞIRIŞ: "Vladimir, artıq dayanmağın vaxtıdır" – VİDEO

Şirkətin 1,4 milyon manatını mənimsəyən dəstə üzvlərinə HÖKM OXUNDU

Şirkətin 1,4 milyon manatını mənimsəyən dəstə üzvlərinə HÖKM OXUNDU

Ceyhun Bayramov sabah Rusiyaya GEDƏCƏK

Ceyhun Bayramov sabah Rusiyaya GEDƏCƏK

Zaqatalalı gənc Rusiyada faciəvi şəkildə HƏYATINI İTİRDİ

Zaqatalalı gənc Rusiyada faciəvi şəkildə HƏYATINI İTİRDİ

End of content

No more pages to load

RADİO