Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" tədbiri təşkil edib – FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən müasir Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Sən elə bir zirvəsən" tədbiri təşkil olunub.

Bakı Konqres Mərkəzində keçirilən tədbirdə mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların rəhbər şəxsləri, Milli Məclisin deputatları, ictimai təşkilatların nümayəndələri və həmkarlar ittifaqlarının çoxsaylı üzləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı həyat yolunu, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahı və müasir Azərbaycanın inkişafı üçün tarixi xidmətlərini əks etdirən film nümayiş olunub.



Tədbirdə vurğulanıb ki, xalqımızı ağır sınaqlardan, ölkəmizi dərin böhrandan xilas edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın tərəqqi və inkişaf yolunun əsasını qoyub. Milli maraqları hər şeydən üstün tutan, demokratik prinsiplərə, vətəndaş cəmiyyətinin inkişafına böyük önəm verən Ümummilli Liderimiz həmkarlar ittifaqlarına böyük diqqət və qayğı göstərib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının formalaşmasında və fəaliyyətinin genişlənməsində dahi şəxsiyyətin tövsiyə və məsləhətləri bu gün də əsl yol xəritəsidir.
 

Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin bildirilib ki, dövlətimizin başçısının birgə addımladığı, ən yaxın silahdaşı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlətimizin daha da qüdrətlənməsində xidmətləri əvəzsiz, dahi şəxsiyyətin zəngin irsinin öyrənilməsində və təbliğində Ulu Öndərin adını daşıyan, işıqlı ideyalarını yaşadan Heydər Əliyev Fondunun rolu misilsizdir.


Sonra tədbirdə xalq və bəstəkar mahnılarından ibarət musiqi proqramı təqdim olunub. Tanınmış ifaçılar Ümummilli Liderin sevdiyi, rəğbət bəslədiyi musiqi nömrələri ilə çıxış ediblər.



Konsert proqramı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Layiqli Əmək Səfiri, Xalq artisti Mənsum İbrahimovun “Qarabağ” musiqi kompozisiyası ilə başa çatıb və tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.













































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Pezeşkian dövlət televiziyasını tənqid etdi: "Bu, İsrailin narratividir" - VİDEO

Pezeşkian dövlət televiziyasını tənqid etdi: "Bu, İsrailin narratividir" - VİDEO

Həkim: “Samuxda zəhərlənənlər halva və südlü aş yeyiblər”

Həkim: “Samuxda zəhərlənənlər halva və südlü aş yeyiblər”

DİM rezidentura namizədlərinə müraciət etdi

DİM rezidentura namizədlərinə müraciət etdi

AQTA Samuxdakı zəhərlənmə ilə bağlı un sexində araşdırmalara BAŞLADI

AQTA Samuxdakı zəhərlənmə ilə bağlı un sexində araşdırmalara BAŞLADI

Deputatın adından DƏLƏDUZLUQ

Deputatın adından DƏLƏDUZLUQ

Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO

Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO

Slovakiya Prezidentinin Azərbaycana səfəri BAŞA ÇATDI - FOTO

Slovakiya Prezidentinin Azərbaycana səfəri BAŞA ÇATDI - FOTO

Samuxda qidadan zəhərlənənlərin adları MƏLUM OLDU

Samuxda qidadan zəhərlənənlərin adları MƏLUM OLDU

Slovakiya Prezidenti “Sea Breeze”də - FOTO

Slovakiya Prezidenti “Sea Breeze”də - FOTO

Deputat mandatından imtina edib, BYD-də işləməyə BAŞLADI

Deputat mandatından imtina edib, BYD-də işləməyə BAŞLADI

TƏCİLİ! Samuxda zəhərlənənlərin son durumu AÇIQLANDI

TƏCİLİ! Samuxda zəhərlənənlərin son durumu AÇIQLANDI

“Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı- Açıqlama-Fotolar

“Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı- Açıqlama-Fotolar

40 il sonra: Messi "şeytan ayağı" ilə qol vurub Maradonanın səhvini düzəldə bilərmi?

40 il sonra: Messi "şeytan ayağı" ilə qol vurub Maradonanın səhvini düzəldə bilərmi?

Qonşunun bişirdiyi halva kənd sakinlərini xəstəxanalıq etdi... – Samuxdakı zəhərlənmənin TƏFƏRRÜATI

Qonşunun bişirdiyi halva kənd sakinlərini xəstəxanalıq etdi... – Samuxdakı zəhərlənmənin TƏFƏRRÜATI

Xankəndidə tapdığı sursatı laqunda ilə evdə doğradı, partlayış baş verdi: Otaq yoldaşı öldü

Xankəndidə tapdığı sursatı laqunda ilə evdə doğradı, partlayış baş verdi: Otaq yoldaşı öldü

Laricani İranı uzunmüddətli müharibəyə hazırlaşmağa çağırdı

Laricani İranı uzunmüddətli müharibəyə hazırlaşmağa çağırdı

Qərb bölgəsində bir həftədə 3-cü QİDA ZƏHƏRLƏNMƏSİ

Qərb bölgəsində bir həftədə 3-cü QİDA ZƏHƏRLƏNMƏSİ

Trampdan Putinə ÇAĞIRIŞ: "Vladimir, artıq dayanmağın vaxtıdır" – VİDEO

Trampdan Putinə ÇAĞIRIŞ: "Vladimir, artıq dayanmağın vaxtıdır" – VİDEO

Şirkətin 1,4 milyon manatını mənimsəyən dəstə üzvlərinə HÖKM OXUNDU

Şirkətin 1,4 milyon manatını mənimsəyən dəstə üzvlərinə HÖKM OXUNDU

Ceyhun Bayramov sabah Rusiyaya GEDƏCƏK

Ceyhun Bayramov sabah Rusiyaya GEDƏCƏK

Zaqatalalı gənc Rusiyada faciəvi şəkildə HƏYATINI İTİRDİ

Zaqatalalı gənc Rusiyada faciəvi şəkildə HƏYATINI İTİRDİ

End of content

No more pages to load

RADİO