Azərbaycanda sahibkar qadınların sayı AÇIQLANDI – Ən çox bu sahələrdə fəaliyyət göstərirlər – ARAŞDIRMA

Bu ilin 3 ayı ərzində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 404 mini keçib.

Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Məlumata görə, fərdi sahibkarların 76,6 faizini kişilər, 23,4 faizini isə qadınlar təşkil edib.

Sahibkar qadınların 28,6 faizi Bakıda, 10,0 faizi Lənkəran-Astara, 9,6 faizi Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

Adıçəkilən iqtisadi rayonlarda qadınlar, əsasən, sahibkarlığın hansı növü ilə məşğul olurlar?

Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən (DSK) bildirilib ki, bu ilin aprel ayının 1-nə olan məlumata görə, ümumi fərdi sahibkar qadınların sayı 328 min 276 nəfərdir.

Bildirilib ki, onun 93 min 714 nəfəri Bakının payına düşür. Bakıdan sonrakı yerləri 32 min 927 min sayla Lənkəran-Astara, 31 min 450 sayla Qazax-Tovuz, 22 min 749 sayla Gəncə-Daşkəsən, 22 min 684 sayla Mərkəzi Aran, 22 min 324 sayla Şəki-Zaqatala və digər iqtisadi rayonlar bölüşdürürlər. Ən az fərdi sahibkar qadınlar (1472) Şərqi Zəngəzur iqtisadi rayonundadır. Bu da torpaqlar işğaldan azad olunduqdan sonra əhalinin orda mərhələli şəkildə məskunlaşması ilə bağlıdır.

Bakıda qadınlar ən çox digər sahələrdə xidmətin göstərilməsi üzrə qeydiyyatdan keçiblər. Bu say 22 min 149-dur. İkinci yerdə isə 21 min 906 sayla ticarət, nəqliyyat vasitələrinin təmiri gəlir. Yəni 21 min 906 qadın sahibklarlığın bu növü ilə məşğuldur. Paytaxtda da qadınların bir qismi, yəni 4 min 714 nəfəri kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyət növü üzrə sahibkarlıqla məşğul olur. Sahibkarlığın peşə, elm, texniki fəaliyyət, təhsil, istirahət, əyləncə, maliyyə, rabitə fəaliyyət növü ilə məşğul olan qadınlar da var. Ən az, cəmi 36 fərdi sahibkar qadın su təchizatı, tullantıların təmizlənməsi və emalı, 5 qadın isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı fəaliyyət növü ilə məşğul olmaq üçün qeydiyyatdan keçiblər.
 

Qeyd edək ki, ümumilikdə 7 qadın elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı fəaliyyət növü ilə məşğul olmaq üçün fərdi sahibkar kimi qeydiyyatdan keçiblər. Onun 5-i Bakı, 1-i Qarabağ, 1-i isə Mil-Muğan iqtisadi rayonların ərazisindədir.


Fərdi sahibkarların ən çox qeydə alındığı iqtisadi rayonlardan biri də Lənkəran-Astaradır. Burada qadınlar əsasən, yəni 24 min 440 qadın kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyət növü üzrə sahibkar kimi fəaliyyət göstərirlər. Ən az məşğul olduqları fəaliyyət növü isə maliyyə və sığorta (45), tikinti (42) və su təchizatı, tullantıların təmizlənməsi və emalı (6) sahəsidir.

Sahibkarlığın mədənçıxarma fəaliyyət növü ilə Naxçıvan, Lənkəran-Astara və Şrqi-Zəngəzur iqtisadi rayonlarda məşğul olan fərdi sahibkar qadınlar yoxdur.

Qazax-Tovuz iqtisadi rayonunda da fərdi sahibkarların ən çoxu kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyət növü (22132) üzrə qeydiyyatdan keçiblər. Ən az fərdi sahibkarlar isə isə su təchizatı, tullantıların təmizlənməsi və emalı (5), mədənçıxarma (8), maliyyə və sığorta (27), əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi (31) sahələri üzrə qeydiyyatlarını təsdiqlədiblər.

Sahibkarlığın təhsil fəaliyyəti üzrə qadınların ən çoxu Bakıda (6916), Abşeron-Xızıda (1172), Gəncə-Daşkəsəndə (698), ən azı isə Şərqi-Zəngəzuru çıxmaq şərti ilə Dağlıq Şirvan (138), Mil-Muğan (169), Quba-Xaçmaz (216), Şirvan-Salyan (286) və digər iqtisadi rayonlarda məşğul olurlar.

Günay Şahmar, Bizim.Media

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Ayanın İstanbuldakı evi – VİDEO

Ayanın İstanbuldakı evi – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Zelenski müdafiə naziri postuna Yevgeni Xmaranı təyin etdi

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Suyun temperaturu yüksələcək – Çimərlik HAVASI

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

Yuxusuzluq amerikalı qadını VARLI ETDİ

19 ilin müəllimi MiQ-in imtahanında 95 bal TOPLADI

19 ilin müəllimi MiQ-in imtahanında 95 bal TOPLADI

Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ

Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ

Son dəqiqə: Dubayın mərkəzində güclü partlayış səsləri eşidilir

Son dəqiqə: Dubayın mərkəzində güclü partlayış səsləri eşidilir

Britaniya kral ailəsi məğlub olan İngiltərə millisinə müraciət etdi

Britaniya kral ailəsi məğlub olan İngiltərə millisinə müraciət etdi

Azərbaycana ən çox gəlir gətirən meyvə-tərəvəz - SİYAHI

Azərbaycana ən çox gəlir gətirən meyvə-tərəvəz - SİYAHI

Dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapıldı- RƏSMİ

Dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapıldı- RƏSMİ

Deputatın ələ keçirilən "Telegram" hesabı bərpa olundu

Deputatın ələ keçirilən "Telegram" hesabı bərpa olundu

DÇ-2026: İspaniya millisində final öncəsi ciddi itki - Yamal məşqi yarımçıq dayandırdı

DÇ-2026: İspaniya millisində final öncəsi ciddi itki - Yamal məşqi yarımçıq dayandırdı

Alimlər açıqladı: İnsan ömrünün ən xoşbəxt yaşı məlum oldu

Alimlər açıqladı: İnsan ömrünün ən xoşbəxt yaşı məlum oldu

Bu xəstələrə verilən dərmanların sayı ARTIRILDI

Bu xəstələrə verilən dərmanların sayı ARTIRILDI

Bakıda açıq ərazidə baş verən yanğın söndürüldü - FOTO

Bakıda açıq ərazidə baş verən yanğın söndürüldü - FOTO

İran Trampın göydələnlərini və qolf klublarını HƏDƏF ALDI - FOTO

İran Trampın göydələnlərini və qolf klublarını HƏDƏF ALDI - FOTO

Tərtərdəki qəzada ölənlər ər-arvad imiş – FOTO

Tərtərdəki qəzada ölənlər ər-arvad imiş – FOTO

Rza Zərrabla bağlı uzun illər davam edən məhkəmə işi YEKUNLAŞDI

Rza Zərrabla bağlı uzun illər davam edən məhkəmə işi YEKUNLAŞDI

Sabah 4 mindən çox abonentin qazı kəsiləcək

Sabah 4 mindən çox abonentin qazı kəsiləcək

Azərbaycanda internetin sürəti açıqlandı – Rəsmi göstəricilər

Azərbaycanda internetin sürəti açıqlandı – Rəsmi göstəricilər

End of content

No more pages to load

RADİO